Səhiyyə Nazirliyi: “Sahibkarlar nöqsana görə məsuliyyət daşıyırlar”
Azərbaycan “Ədliyyə Nazirliyi nəzdində reystr xidməti mövcuddur. Yoxlama ilə bağlı bütün məlumatlar Bu xidmətə göndərilir. Sahibkar ora daxil olmaqla hansı tarixdə yoxlanacağı ilə bağlı məlumatlar əldə edə biləcək”.
Bunu ANS PRESS-ə açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə bu ildən etibarən Azərbaycanda mövcud olan sahibkarlıq müəssisələrində yoxlamalar yeni qaydalar əsasında həyata keçiriləcək. İ. Abdullayev qeyd edib ki, yoxlamalar “Yoxlamaların tənzimlənməsi” barədə qanuna müvafiq olaraq aparılacaq.
İ. Abdullayev bildirib ki, yoxlamalar zamanı obyeyktlər risk qruplarına bölünəcək: “Yoxlamalar öncədən hazırlanan planlaşdırmaya əsasən həyata keçiriləcək.” Onun sözlərinə görə. yoxlamalar əvvəlcədən təyin olunan illik plana uyğun olaraq, insan sağlamlığı üçün təhlükəli ola biləcək xüsusi risk qruplu obyektlərdə aparılacaq: “Yoxlamalar ildə bir dəfə və yaxud iki ildən bir həyata keçirilirdisə,a mma yeyinti məhsullarında, yüksək risk qruplarında ildə 2 dəfə, orta və aşağı risk qruplarında ildə bir dəfə yoxlamalar həyata keçiriləcək.
İ.Abdullayev qeyd edib ki, yoxlamalar zamanı hər hansı bir nöqsan aşkar edilərsə o, yoxlamaların dövrülüyü dəyişəcək: “ Nöqsan aşkar edilən zaman yoxlama prossesi yenidən təkrarlanacaq. Nöqsan olan müəssisə qanun müvafiq olaraq təkar yoxlanılacaq. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Resyistr xidmətindən çıxarış alındıqdan sonra yoxlama aparılır. “Sahibkarlar nöqsana görə məsuliyyət daşıyırlar”.
Sorğu
Yeni dizaynımız necədir?