"Səhiyyə Nazirliyi “Laçın” klinikasında yoxlamalar aparıb və yoxlamaların nəticısinə uyğun olaraq bu özəl tibb müəssisəsinə ciddi xəbərdarlıq edib. Aparılmış yoxlamalar zamanı bu klinikanın fəaliyyətində digər nöqsanlar da aşkarlanıb”.
Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirb. Onun sözlərinə görə, nazirlik özəl klinikalarla bu cür yoxlamaları bundan sonra da aparacaq.
Qeyd edək ki, Səhiyyə Nazirliyi “Laçın” klinikasında və digər özəl tibb müəssisələrində yoxlamalara virtualaz.org saytında dərc olunmuş geniş araşdırma yazısından sonra başlayıb. Həmin yazıda klinikanın həkimlərininin sonsuzluğu müalicə adı ilə fırıldaqçılıq etdiyi vurğulanmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?