GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ərzaq bahalaşmasının səbəbləri nədir? - İqtisadçıdan sərt açıqlama

Ərzaq bahalaşmasının səbəbləri nədir? - İqtisadçıdan sərt açıqlama

Tarix: 29-09-2025, 15:58 Bölmə :İqtisadiyyat Baxış: 224

Son bir ayda marketlərdə bir çox ərzaq və gündəlik istehlak məhsullarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Bu dəyişiklik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, insanlar arasında ciddi narazılıqlar yaradıb. Əhali xüsusilə gündəlik istifadə olunan məhsulların bahalaşmasının ailə büdcəsinə əlavə yük gətirdiyini vurğulayır.

Maraqlı sual isə budur: qiymətlər nə üçün birdən-birə bu qədər yüksəldi?

Gundemxeber.az bildirir ki, bununla bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Fuad İbrahimov qeyd edib ki, qiymət artımları var və bu proses mütəmadi şəkildə davam edir:

“Lakin aparılan müqayisələr göstərir ki, dünya bazarlarında məhsullar bu templə bahalaşmır, Azərbaycandakı qiymət artımı daha sürətlə gedir. Təhlillər də sübut edir ki, idxalçı və istehsalçı bəllidir, qiymətlər, daşınma xərcləri, gömrük rüsumları, marketlərin marjaları və vergilər də şəffafdır. Buna baxmayaraq, məhsulun üzərinə əlavə 30-40 faiz qiymət artımı tətbiq edilir. Bu isə müəyyən instansiyalarda inhisarçılığın mövcudluğundan xəbər verir.

Ekspertlər bildirirlər ki, əksər hallarda bu, market şəbəkələrinin öz aralarında apardıqları sövdələşmələrin nəticəsi olur. Belə halların qarşısının alınması üçün sağlam rəqabət mühiti formalaşdırılmalıdır. Yəni bazarda müxtəlif məhsulların çoxlu sayda təchizatçısı olmalı və şəbəkələr genişlənməlidir. Təəssüf ki, hazırda Azərbaycanda bu sistem işləmir və ölkə idxaldan asılı vəziyyətdə qalır”.

Ekspert onu da vurğulayıb ki, daxili istehsal imkanlarının da dəyərləndirilməməsi əlavə problemlər yaradır:

“Dövlət yalnız çörək kimi əsas məhsulu subsidiyalar hesabına müəyyən qədər sabit saxlaya bilir. Digər ərzaqlarda isə davamlı bahalaşmalar müşahidə olunur. Mütəxəssislər hesab edir ki, idxaldan asılılığı azaltmaq və yerli istehsala şərait yaratmaq vacibdir. Lakin istehsalçılar müxtəlif maneələrlə üzləşirlər: işə başlayan kimi bir neçə dövlət qurumunun təzyiqləri ilə qarşılaşır, icazələr və sənədləşmələrdə çətinliklər yaranır. Bu səbəbdən də sahibkarlar fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

Kənd təsərrüfatı sahəsində də vəziyyət eynidir. Heyvandarlığın inkişafı üçün örüş sahələri məhduddur, əkinçilikdə isə subsidiya və kreditlər formal xarakter daşıyır – torpaq ayrılır, amma su verilməmiş qalır; texnika təqdim olunur, amma enerji təminatı yoxdur. Bəzən məhsul yetişdirilsə belə, bazara çatdırılmasına maneələr olur. Bu da fermerlərin zərərə düşməsinə gətirib çıxarır.

Son illər bir neçə dəfə pomidor sahələrinin tarlalarda qalması, fermerlərin məhsulu məhv olmaması üçün pulsuz paylaması belə halların göstəricisidir. Əldə olunan məhsulun emal müəssisələrinə yönləndirilməməsi, məsələn, tomat pastası istehsalına verilməməsi də ciddi koordinasiya çatışmazlığından xəbər verir

"Koordinasiya yoxdur. İqtisadiyyat Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi elə templə işləyirlər ki, biz bu templə qeyri-neft sektorunu nə vaxt dirçəldəcəyik, bilmirəm. Allah köməyimiz olsun, sadəcə bunu deyə bilərəm”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün qiymətlərdə 1-3 qəpik artım olur

    MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün ...

    3-12-2017, 20:09

  • 
  • Marketlərdə qiymətlər KƏLLƏ-ÇARXDA... - NƏ ETMƏLİ?

    Marketlərdə qiymətlər KƏLLƏ-ÇARXDA... - NƏ ETMƏLİ? ...

    9-01-2023, 16:25

  • 
  • Ərzaq məhsulları bahalaşır: Firmalar yeni qiymətlər müəyyənləşdirib

    Ərzaq məhsulları bahalaşır: Firmalar yeni ...

    11-05-2020, 17:32

  • 
  • Çörək bahalaşacaq? - Açıqlama

    Çörək bahalaşacaq? - Açıqlama ...

    4-12-2013, 17:04

  • 
  • Qiymət artımı davam edəcək... - Bəs qida və sənaye mallarının qiymətindəki surətli artımın səbəbi nədir?

    Qiymət artımı davam edəcək... - Bəs qida və ...

    17-02-2021, 11:38


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (14)
Sentyabr 2025 (560)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu