Avropa İttifaqı rəhbərliyi polad idxalı üçün rüsumları 50 faizədək artırmağı nəzərdə tutan təklif layihəsi hazırlayıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.
Bildirilir ki, belə tədbirlər Aİ tariflərinin Çinin ifrat istehsalına qarşı mübarizə aparan ABŞ-nin tarifləri ilə uyğunlaşmasına gətirib çıxarmalıdır.
Hazırda Aİ-də poladtökmə sənayesinin müvəqqəti müdafiəsi mexanizmi işləyir. Bu mexanizm idxal məhsullarının əksəriyyətinə 25 faizlik rüsum tətbiq edir.
Bildirilir ki, son illərdə Aİ-nin poladtökmə sənayesi ciddi böhranla üzləşib, Çindən və digər Asiya ölkələrindən ucuz idxalın öhdəsindən gəlməyə çalışır.
Öz növbəsində, "Eurofer" Avropa Poladtökmə Assosiasiyası daha sərt tədbirlərin görülməsini tələb edir.
"Tata Steel Europe"un baş direktoru Henrik Adam bildirib ki, Avropaya öz maya dəyərindən ucuz qiymətlərlə poladın gətirilməsinə maneələr yaradılmasa, avtomobil, yük maşınları, akkumulyator və külək turbinlərini Avropa poladından istehsal etmək mümkün olmayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?