Sahəsi 204.6 kv.m olan və 15 işçinin çalışdığı poliklinika 31 min manata satışa çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi 2013-cü il yanvarın 22-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında yer alan məlumata görə, hərraca çıxarılacaq müəssisələr arasında Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Mustafa Sübhi küçəsi, 4 ünvanında yerləşən Qaradağ rayon 10 saylı Stomatoloji Poliklinikası da var. Sahəsi 204.6 kv.m olan və 15 işçinin çalışdığı poliklinikanın start satış qiyməti 31 min 992 manat, ilkin satış qiyməti 27 min 193 manatdır.
Sorğu
Yeni dizaynımız necədir?