Gundemxeber.az » Son Xəbərlər » Səhifə 5266
Metronun “Azadlıq prospekti” stansiyası üstündəki parkın ərazisi peşkəş olunmaqdadır. Bu ərazinin satılıb tikinti işləri aparılması ucbatından dəfələrlə metroda çatlar əmələ gəlib.
Aprelin 20-də Azərbaycan Respublikasının Müdafiə naziri səlahiyyətlərini icra edən general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general-mayor Novruzəli Orucov xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinən oğlu Rüstəm Orucovun Bakı Apellyasiya Məhkəməsində keçirilən işi ilə bağlı qısa açıqlama verib.
Türkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən "Global Media” şirkəti yaradılıb.
Dövlət Miqrasiya Xidmətindəki problemlər ayrı-ayrı KİV-lərdə müxtəlif vaxtlarda işıqlandırılsa da, bu qurumun rəhbəri tənqidlərdən nəticə çıxarıb fəaliyyətində müsbət dönüş yarada bilmir.
Mehdiabad qəsəbəsində oğurluq hallarının artması, kriminal durumun ürəkaçan olmadığı barədə məlumatlar yayılmaqdadır. Hətta Abşeronun bu qəsəbəsində artıq oğruların maskalı və soyuq silahla evlərə basqın etdiyi də gələn məlumatlar içərisindədir. Ev sahibləri evdə olduğu və ya olmadığı halda açıq-aşkar edilən bu basqınla bağlı polis hələ də
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?