Mehdiabad qəsəbəsində oğurluq hallarının artması, kriminal durumun ürəkaçan olmadığı barədə məlumatlar yayılmaqdadır. Hətta Abşeronun bu qəsəbəsində artıq oğruların maskalı və soyuq silahla evlərə basqın etdiyi də gələn məlumatlar içərisindədir. Ev sahibləri evdə olduğu və ya olmadığı halda açıq-aşkar edilən bu basqınla bağlı polis hələ də hərəkətə keçməyib.
Belə ki, oğrular martın axırlarında qəsəbədəki mənzillərdən birinə gecə saat 11-12 radələrində girərək qarət ediblər. Onlar evə soxulmaq üçün pəncərənin petləsini səliqəli çıxararaq daxil olublar. Evin sahibləri toydan qayıdaraq evlərindəki qarəti görüb dəhşətə gəliblər. Dərhal Polis çağrıblar.
Hadisəni araşdıran Abşeron Rayon Mehtiabad qəsəbə Polis bölməsi hələ ki, heç bir nəticə əldə etməyib. Ümumiyyətlə, qəsəbədə illərdir oğurluq hadisələrinin üstü açılmır. Bu isə oğrulara artıq daha həyasız davranmaq, quldurluq etmək fürsəti verir. Bəzən isə zərərçəkənlər bu Polis bölməsinə gedib-gəlməkdən usanırlar.
Mütəxəssislərin sözlərinə görə, Mehdiabad qəsəbəsi hazırkı inzibati bölgüsü kriminal ünsürlərin əl-qol açmasında rol oynayan əsas faktlardandır. Hər- ün qəsəbədə oğurluq hadisələrinin olması sakinləri durmadan narahat etməyə başlayıb. Bu da polisin diqqətindən kənar qalması hər-kəsi narahat edir.
Bu cür nəzarətsiz səbəbindən əhali böyük təşviş içindədir. Hətta bu qəsəbədə artıq “silahlanma yarışı” başlayıb. Sakinlər özlərini basqınçılardan müdafiə etmək üçün ov tüfəngləri almağa başlayıblar.
Qəsəbə sakinləri müxbirimizlə söhbətlərində bildiriblər ki, oğrular digər evlərə daxil olurlar və evdə pulun olmadığını görüb kağıza yazaraq bildirirlər ki, evinizə pul qoyun. Əgər növbəti dəfə pul olmasa özünüzü ölmüş bilin. Bu da insanları daha ciddi narahat etməyə başlayıb. Daha sonra sakinlər Daxili İşlər naziri Ramil Usubovdan başqa ümid yerlərinin olmadığını, ondan kömək istədiklərini, lazım gələrsə, bunun üçün imza toplayacaqlarını bildiriblər.
Sorğu
Yeni dizaynımız necədir?