GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bərdədə özünü yandıran şəxs də Qarabağ əlili imiş - (Yenilənib 3)

Bərdədə özünü yandıran şəxs də Qarabağ əlili imiş - (Yenilənib 3)

Tarix: 29-01-2014, 15:24 Bölmə :Manşet Baxış: 937
Bərdədə özünü yandıran şəxs də Qarabağ əlili imiş - (Yenilənib 3)
Onun intiharının səbəbləri də bəlli oldu

Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran Maarif Vəliyev II qrup Qarabağ əlilidir.

Bunu virtualaz.org saytına açıqlamasında Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədov deyib.

Təşkilat rəhbəri bildirdi ki, M.Vəliyev acınacaqlı vəziyyətdə yaşayır: “Maarifin nə evi yoxdur. O, ailəsi ilə birgə acınacaqlı vəziyyətdə yaşayır. Maarif Vəliyev ya ev, ya da torpaq sahəsi ilə təmin olunmaq üçün dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin onun şikayətlərinə baxan olmayıb. Buna görə də üstünə benzin tökərək özünü öldürməyə cəhd edib. Xoşbəxtlikdən yanğını söndürmək mümkün olub. Lakin ayağının aşağı ətraflarında ciddi yanıq xəsarətləri var”.

Qarabağ əlilləri hazırda M.Vəliyev olayı ilə bağlı toplantı keçirirlər. Əlavə məlumatlar verəcəyik.

* * * 13:07

Xəstəxananın travmatologiya şöbəsindən virtualaz.org-a bildirdilər ki, özünü yandıran Maarif Vəliyevin vəziyyəti yaxşıdır: “Xəstə birinci dərəcəli yanıq xəsarətləri alıb. Onun əsasən ayaqları yanıb. Danışır, hər şeyi anlayır”.

M.Vəliyevin özünü yandırarkən affekt, yaxud sərxoş vəziyyətdə olub-olmaması ilə bağlı sualımıza xəstəxanadan belə cavab verdilər ki, o, xəstəxanaya gətirilərkən sərxoş və anlaqsız vəziyyətdə olmayıb. Amma xəstəxanadan hadisənin necə, hansı səbəbdən baş verməsi barədə danışmaq, ümumiyyətlə, olay barədə əlavə məlumat vermək istəmədilər: “Daha heç nə deyə bilmərik”.

Səhiyyə Nazirliyi mətbuat xiddmətinin rəhbəri Anar Qədirli isə virtualaz.org saytına bildirdi ki, özünü yandıran Maarif Vəliyev Bərdə mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Hazırda onu həyatı üçün təhlükə yoxdur”.

* * * 12:23

Bərdənin icra başçısının köməkçisi Zaur Bəylərov virtualaz.org-a verdiyi açıqlamasında bildirdi ki, bu hadisədən xəbərsizdirlər: “Bu xəbəri indi eşidirik. Belə bir hadisə baş verməyib”.

Z.Bəylərov hadisənin icra hakimiyyətinin binasının qarşısında olmamasının əminliklə bildirsə də hadisənin başqa bir yerdə ola biləcəyini istisna etmədi.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsindən virtualaz.org-a bildirdilər ki, özünü yandıran şəxs 1970-ci il təvəllüdlü Maarif Vəliyevdir. O, hazırda xəstəxananın travmatologiya şöbəsində müalicə alır: “Onun müalicəsi ilə həkim Xalid Məmmədov məşğul olur. Buna görə də Xalid Məmmədovdan başqa heç kim xəstənin vəziyyəti haqda açıqlama verə bilməz”.

Xəstəxanadan X.Məmmədovun hazırda xəstənin yanında olduğunu əsas gətirərək indi heç bir məlumat verə bilməyəcəyini söylədilər.

* * * 12:01

Bərdə rayon Alpoud kənd sakini ötən gün axşam saatlarında özünü yandırıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, kənd sakini özünə Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında qəsd edib.

Kənd sakininin özünü yandırma səbəbi hələ ki, bilinmir. Yanan şəxsin xəstəxanaya yerləşdirildiyi və onun vəziyyətinin ağır olduğu bildirilir.

Bərdə Rayon İcra Hakimiyyətindən isə hadisənin ümumiyyətlə baş vermədiyini bildiriblər. Bərdə Rayon Polis Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyib. Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsindən ANS PRESS-ə verilən məlumta görə, özünü yandıran Alpoud kənd sakini yanıq xəsarətləri ötən gün xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir əlil özünü yandırdı - (Yenilənib)

    Daha bir əlil özünü yandırdı - (Yenilənib) ...

    27-01-2014, 13:36

  • 
  • Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

    Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü ...

    29-01-2014, 12:15

  • 
  • Özünü yandıran qadının kimliyi məlum oldu (Yenilənib)

    Özünü yandıran qadının kimliyi məlum oldu ...

    30-01-2014, 12:11

  • 
  • Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin vəziyyətini açıqlayıb

    Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin ...

    28-12-2013, 13:07

  • 
  • Qarabağ əlili özünü yandırdı

    Qarabağ əlili özünü yandırdı ...

    25-12-2013, 12:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu