Bakının Səbayel rayonunda özünü yandıran qadının şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, özünü yandıran 1993-cü il təvəllüdlü Məleykə Bayramlıdır. Əslən Lənkəran rayonundandır və Bakıda kirayədə yaşayır. M.Bayramlının bədənin 65 faizi yanıb, vəziyyəti ağırdır. O, hazırda xəstəxanın yanıq mərkəzinin reanimasiya şöbəsindədir.
Xəstəxananın yanıq şöbəsindən isə virtualaz.org-a bildirdilər ki, M.Bayramlının vəziyyəti kritikdir və həyatı üçün təhlükə var.
* * * 11:40
Bu gün paytaxtda daha bir nəfər özünə od vurub.
Virtualaz.org ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Səbayel rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.
Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə alovu söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir. Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?