İntihar edəcəyini, özünü yandıracağını deyən Qazax rayonundan olan sahibkar Elşad Məmmədov «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmlini və daha bir neçə şəxsi ittiham edən açıqlama ilə çıxış edib. Elşad Məmmədov intihar qərarı verməsinin səbəblərinə bir daha toxunub.
Haqqı tapdanan sahibkar redaksiyamıza açıqlamasında bildirib: «Məni bu addımı atmağa vadar edən Hacı İbrahim Nehrəmli və onun məmur qardaşının hökmündən qorxan məhkəmələr, hüquq-mühafizə orqanlarıdır. Düz iki ildir ki, mən Hacı İbrahim Nehrəmli tərəfindən mənimsənilən 355 min manatımın davasını döyürəm. Amma kimsə mənim - yetim oğlanın haqqının bərpasına yardım etmədi.
Bilirəm ki, intihar etmək günahdır. Amma mənim başqa bir şansım qalmayıb. 3 körpə uşaqla dolanışıq dərdi çəkirəm. Halbuki pulum geri qaytarılsaydı, belə bir problemim də olmazdı. İş o yerə çatıb ki, Hacı İbrahim məni «Yeni Müsavat» qəzetində ittiham edir».
Sahibkar bildirir ki, inanclı adamdır: «Mən müsəlmanam. Kimsə sonra məni intihar etdikdən sonra dəli, alkoqolik adlandırmasın. Qərarımı vermişəm. Fevral ayının 1-də özümü yandıracam. Haqqımın bərpası üçün başqa bir etiraz forması görmürəm. Allah bağışlayandır və mərhəmətlidir. 3 körpə balamı Allaha və müsəlman qardaşlarıma, haram tikə yeməyən mərd oğlanlara həvalə edirəm. Mənim yerim hazırdır. Bu şəkildəkilər - Allah ölənlərinizə rəhmət eləsin - annam və atamdır. Bu ağacları da özüm əkmişdim, çox böyüyüblər».
Daha sonra Elşad Məmmədov onun intiharında günahkar olanların adlarını da açıqlayıb:
1. ,, Avsta"şirkətinin rəhbəri Nehrəmli Hacı İbrahim. 2. ,, Həsən-96"MTK-nın sədri Emil Tağıyev (nehrəmli Hacı İbrahimin bacanağı) 3. ,, Həsən-96" MTK-nın şöbə müdiri Zülü İskəndərov 4. Nərimanov polis bölməsini tədqiqatcısı kapitan Tərlan Muradov 5. Nəsimi rayonu hakimi Səyyad Qafari 6. Apellyasiya məhkəməsinin hakimi Xuraman Məhərrəmli 6. Ali məhkəmənin hakimi Qəhrəman Allahverdiyev 7. Prokrorluq işçisi Nazir quliyev.
Sahibkar bildirir: “Mənim qanuni sənədlərimə yox nehrəmli Hacı İbrahimin əmrini yerinə yetirdilər”.
Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?