BMT TŞ-nin qeyri-daimi üzvülüyündən Elşad Abdullayevin şok açıqlamalarınadək
gundemxeber.az -Yanvarın 1-dən Azərbaycan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü vəzifəsinə başlayıb. - Martın 1-də Qubada çoxminli nümayiş keçirildi. Nəticədə İH başçısı Rauf Həbibov istefa verdi, aksiyanın 20-dək fəalı həbs olundu. - Martın 13-də “müsavat televiziyasi” birgünlıük saytında jurnalist Xədicə İsmayılovanın şantaj edilməsi üçün videoçarx yerləşdirildi və bu, ciddi ictimai rezonans doğurdu. Hakimiyyətin bu aksiyada əlinin olduğu sübut ediləndən sonra jurnalistlə geniş həmrəylik nəticəsində ona təzyiqlərin qarşısı alındı. - Mayın 22-27-də Bakıda ən siyasiləşmiş mahnı müsabiqəsi olan “Avroviziya 2012” keçirildi. O, Azərbaycanın insan haqlarını ciddi şəkildə pozmasına görə hakimiyyətin kəskin və ardıcıl tənqidi ilə müşaiyət edildi. - ABŞ dövlət katibi Hillari Klinton, Avropa İttifaqının prezidenti Herman van Rompey və ATƏT baş katibi Lamberto Zanyerin Azərbaycana səfərləri göstərdi ki, islahatların aparılması, vətəndaş cəmiyyətinin inkişafı, münaqişələrin nizamlanması və demokratik seçkilər məsələsində mövqelər uzlaşdırılıb. - Eks-prezident Ayaz Mütəllibov 20 ildən sonra iyulun 8-də Azərbaycana qayıtdı. Onun təhlükəsizliyi «Eks-prezidentlər haqqında» qanunla təmin edilib. - Mühacirətdə olan ABU-nun sabiq rektoru Elşad Abdullayev 26 sentybarda Azıərbaycan hakimiyyətinin cinayətlərini açan videoyazılar açıqladı. Kompromatın əsas personjları deputat Gülər Əhmədova və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. - 28 sentyabrda Moskvada yaşayan bir qrup Azərbaycan mənşəli oliqarx və ictimai xadim Rusiya Azərbycan Təşkilatları İttifaqını təsus etdi. Cəmiyyətdə bu qurum rəsmi Bakının opponenti kimi qəbul olundu. - AŞPA 3 oktyabrda plenar iclasda Almaniyadan deputat Kristofer Ştrasserin məruzəsi əsasında "Siyasi məhbus" anlayışının müəyyən edilməsi” qətnaməsini qəbul etdi. Qətnamə siyasi məhbus anlayışının şərhini genişləndirir və Azərbaycanın qarşısına siyasi motivlərlə təqibi məhuhdıaşdırmaq tələbi qoyur. - Prezident İlham Əliyev oktyabrın 10-da hökumətin iclasında BP şirkətini AÇG yatağında neft hasilatını qəsdən azaltmaqda ittiham etdi. Açıq qarşıdurma Azərbaycan tərəfinin iddiasından imtinası ilə nəticələndi. -Rusiya XİN-i dekabrın 10-da Qəbələ RLS-in istismarının dayandırılması barədə nota verdi. Səbəb 9 dekabr 2012-ci ildə "Azərbaycan və Rusiya federasiyası hökumətləri arasında Qəbələ RLS-in statusu, ondan istifadənin prinsip və şərtləri haqqında saziş"in qüvvədən düşməsidir. - Beynəlxalq birliklə uzun sürən mübahisədən sonra dekabrın 26-da Azərbaycan hakimiyyəti 14 nəfər siyasi məhbusu azad etdi. Göründüyü kimi 2012-ci il müxtəlif planlı hadisələrlə zəngin olub, amma gizlində ilin xəttini Qərb yarımkürəsinin Azərbaycana siyasi etirazları müəyyən edib. “Avroviziya 2012” mahnı müsabiqəsi, İnternetin İdarə Edilməsi üzrə Qlobal Forum, hətta BMT TŞ-da qeyri-daimi üzvlükdən insan haqları və azadlıqları üzrə beynəlxalq öhdəlikləri hakimiyyətə xatırlatmaq üçün istifadə edildi. Bu xətt ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, ATƏT təmsilçilərinin yay səfərləri zamanı xüsusi vurğulandı. Onlar bir səslə və qətiyyətlə rəsmi Bakıya beynəlxalq öhdəlikləri xatırlatdılar. Qanunauyğun olaraq qırmızı xətt AŞ PA sessiyasında davam etdirildi. "Siyasi məhbus" anlayışının müəyyən edilməsi” qətnaməsi Əliyev administrasiyasının öz siyasi opponentləri ilə güc dili ilə danışmaq imkanını məhdudlaşdırdı. Praktik olaraq eyni vaxtda bir sıra hadisələrin baş verməsi adı çəkilən siyasi oyunçuların Azərbaycan rejiminə ölkə daxilində əsas siyasi rəqiblərlə dialoqa başlamaq barədə öyüd vermək niyyətinin ciddi olduğunu nümayiş etdirdi. Sentyabrın sonunda başlayan bu hadisələrə ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qalmaqallı ittihamlarını, Rusiyadakı Azərbaycan oliqarxlarının yeni təşkilat yaratmasını, AŞ PA-nın siyasi məhbuslar üzrə qətnaməsini, rejimin qeyri-rəsmi hamisi BP ilə münaqişəni göstərmək olar. Noyabrda keçirilən İnternetin İdarə Edilməsi üzrə VII Qlobal Forum (IGF-2012) beynəlxalq birliyin Azərbaycanda situasiyanı demokratikləşdirmək qərarlılığını göstərdi. Bu fonda Qəbələ RLS-in şəxsində Rusiyanın Azərbaycanda hərbi iştirakının başa çatması yeni geosiyasi situasiya yaratdı və Bakını balanslı xarici siyasət qurmaq imkanından məhrum etdi. ABŞ-ın və onun müttəfiqlərinin regionda güclənən dominantlığı, geniş mənada, Azərbaycanın 2013-cü ildə qeyri-ənənəvi siyasi oriyentasiyasının başa çatmasının müəyyənedici, qeyd-şərtsiz amili olacaq. Azərbaycanda demokratiyaya qlobal beynəlxalq dəstək unisonundan yerli müxalifət hərəkətə gəldi və 2013-cü ildə prezident seçkilərinə vahid namizədlə qatılmaq barədə müzakirələr başladı. İlin sonunda güclənən prezident seçkiləri mövzusu və AŞ PA-nın monitorinq qrupunun yeni tənqidi məruzəsi şəklində beynəlxalq təzyiqi göstərdi ki, 2013-cü il təkcə hakimiyyət üçün yox, parçalanan cəmiyyət üçün də mürəkkəb olacaq. 13-cü ilin seçkiləri problemi Vaşinqton, Brüssel, Moskva Tehran, Ankara və Azərbaycan cəmiyyətinin çox hissəsinin Əliyevi üçüncü dəfə prezident görmək istəməməsi ilə dərinləşir. Bu birləşmiş arzu ötən ilin ən mühüm hadisəsi olub, gələn il də əsas hadisə olacaq. Siyasi mövsümü AŞ PA-nın Strasburqda Azərbycana həsr edilmiş sessiyası açacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?