ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Kanada ticarət palatasının üzvləri qarşısında Rusiya prezidenti Vladimir Putini parodiya edib.
Məlumata görə, Klinton ABŞ və Rusiyada keçirilən prezident seçkiləri arasındakı fərqi nümayiş etdirmək üçün Putini yamsılayıb.
Klinton bildirib ki, əgər Putin prezident olmaq istəyirsə, seçki qabağı təbliğat və təşviqat işlərinə başlamaya bilər. O, bu niyyətini sadəcə xalqa bildirsə, yetər.
"Yox əgər sən ABŞ prezidenti olmaq istəyirsənsə, bir neçə prosesdən keçməlisən. Sonra prezident seçilirsən", deyə Hillari bildirib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?