«Azərsu» prezidenti və müavinləri Kəlbəcər sakinin konpensasiyasını niyə vermək istəmir?
gundemxeber.az-ın redaksiyasına Kəlbəcər rayon Yanşaq kəndində qeydiyyatda olan məcburi köçkün Zamin Mürsəlov şikayət məktubu ünvanlayıb. Müraciət mətbuat vasitəsilə prezidentə edilib. Şikayətçi yazır ki, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi Azərbaycan Respublikası Prezidentinin 972 saylı 25 avqust 2005-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə 346 saylı 28 dekabr 2005-ci il tarixli Fərmanı əsasında həyata keçirilib.
Prezidentin 15 fevral 2011-ci il tarixli 382 saylı fərmanında “Torpaqların dövlət ehtiyacları üçün alınması” haqqında Fərmanı qanuni qüvvəyə minib. Nazirlər Kabinetinin 12 dekabr 2012-ci il tarixli 310 saylı qərarında dövlət ehtiyacları üçün torpaq sahəsini alan dövlət orqanı “Azərsu” ASC-i müəyyən edilib. Nazirlər Kabinetinin 42S saylı 24 fevral 2006-cı il tarixli Sərəncamı əsasında "Azərsu" ASC sözügedən su kəmərinin çəkilişi ilə əlaqədar Sifarişçi olaraq müəyyən olunub.
2010-cu il tarixdən "Azərsu" ASC-nin sədrinə mülkiyyət hüquqlarımın pozulması ilə bağlı ərizə ilə müraciət etsəm də cavabsız qalıb. Xahiş edirəm mənim ərizəmin icrasını Prezident Administrasiyasında araşdırılmasına icazə verəsiniz. Çünki faktlar, sənədlər və sübutlar "Azərsu" ASC-də düzgün araşdırılmır. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi zamanı, Abşeron rayonu, Hökməli qəsəbəsində sahəsi 0.0,5 ha torpaq sahəsinə olan mülkiyyət hüququm pozulmuş, həmin torpağın üzərində olan fərdi yaşayış evim, daş hasarım və dəmir darvaza qanunsuz olaraq "Azərsu" ASC-ti tərəfindən zəbt olunmuş və sökülmüşdür. "Azərsu" ASC-ti cənab Prezidentin 2 fərmanını və Nazirlər Kabinetinin 3 qərarını icra etməkdən boyun qaçırır. "Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov və şöbə müdürü Şahin Camalov 2013-cü ilin noyabr ayında mülkiyyət hüququm pozulduğu üçün mənə kompensasiyanın tam şəkildə verilməsini vəd etdi. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov 10.12.2013-cü il tarixdə QH-13/17668 saylı məktubla Abşeron rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova müraciət edərək mənim mülkiyyətimdə olan torpaq sahəsinə rəy və sərəncam verilməsini xahiş etdi.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 30.01.2014-cü il tarixdə №285 saylı məktubu ilə rəy verib.
30.01.2014-cü il tarixdə №18 saylı məktubu ilə, mənim mülkiyyətimdə ola torpaq sahəsinin üzərində mənim razılığım əsasında, "Azərsu" ASC-nin tikili aparılmasına sərəncam verib.
Lakin hal-hazırda mənə məlum olmayan səbəbdən "Azərsu" ASC-nin mənə kompensasiyanın verilməsindən imtina edir. Dövlət məmuru tərəfindən məni əla salmaqlarına və aldatmaqlarına aydın gətirəsiniz. Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti mənim mülkiyyət hüququma təminat verdiyi halda, "Azərsu" ASC-ti mülkiyyət hüququmu pozduğu üçün təəccüb edirəm. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiyanın 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xahiş edirəm mənə Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti tərəfındən mülkiyyət hüquqlarıma təminat verildiyi üçün və mülkiyyət hüququm "Azərsu" ASC tərəfindən pozulduğu üçün, konstitusion və mülkiyyət hüquqlarımın bərpa olunmasında, kompensasiyanın "Azərsu" ASC-ti tərəfindən verilməsində köməklik edəsiniz. Cənab prezident sizin sərəncamlarinizl icra etməyən, qanunlarimizi pozan öz vəzifələrindən sui-istifadə edən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasinda mənə köməklik edəsiniz.
Qeyd edək ki, vətəndaşın bizə ünvanladığı şikayət dünən bazar günü – qeyri iş günü redaksiyamıza daxil olduğundan rəsmi qurumların mövqeyini öyrənə bilmədik. Prezidentə şikayət ünvanlanan «Azərsu» rəsmilərinin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?