GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adları açıqlandı

Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adları açıqlandı

Tarix: 18-02-2014, 00:31 Bölmə :Manşet Baxış: 1 084
Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adları açıqlandı
Ötən il bir sıra dövlət hakimiyyəti orqanlarında, vətəndaşların bəzi təklif, ərizə və şikayətlərinə baxılması zamanı cavabların gecikdirilməsi, icra müddətlərinə riayət edilməməsi hallarına yol verilib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan" qəzetində dərc olunmuş hesabat xarakterli məqaləsində bildirilib. Bu nöqsanların bəzilərinə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərində, "Azərenerji" ASC-də, Bakı, Gəncə, Bərdə, Daşkəsən, Göygöl, Salyan, Şamaxı şəhər və rayon icra hakimiyyətlərində və digər təşkilatlarda təsadüf edilib.[/b]

Prezident Administrasiyasından nəzarət qaydasında baxılmaq üçün göndərilmiş müraciətlərə verilmiş cavablara görə qaldırılmış məsələlərin obyektiv araşdırılmasında səhlənkarlığa, süründürməçiliyə yol verdiklərinə və vaxtında zəruri tədbirlər görmədiklərinə görə 19 nəfər cavabdeh şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb, 51 nəfər intizam məsuliyyətinə cəlb edilib, 10 nəfər barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. Qanun pozuntusuna yol vermiş 31 hüquqi və fiziki şəxs cərimə olunub, 19 nəfər işinə bərpa edilib, 26 halda cinayət işinin istintaqı bərpa olunub, 14 halda isə cinayət işinə yenidən baxılması barədə prokurorluq orqanları qarşısında vəsatət qaldırılıb. Vətəndaşların şikayətlərinin araşdırılmasında nöqsanlara yol verdiklərinə görə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Təhsil, Nəqliyyat, Səhiyyə, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində, Dövlət Gömrük Komitəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, "Meliorasiya və Su Təsərrüfatı" ASC-də, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyində, Şəki Şəhər İcra Hakimiyyətində və s. qurumlarda cavabdeh şəxslər barəsində qəti tədbirlər həyata keçirilib.

Mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılma məsələləri 334 dəfə müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə, 1208 nəfərə intizam tənbehi tətbiq olunub, o cümlədən 47 nəfər işdən azad edilib, 407 nəfərə töhmət və şiddətli töhmət verilib, 21 nəfərə xəbərdarlıq edilib.

Mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinin 43,5%-i müsbət, 3,3%-i qismən həll olunub, 25,1%-nə müvafiq izahat verilib, 9,4%-i əsassız sayılıb, 6,9%-i icraya götürülüb, digərləri isə aidiyyəti üzrə müvafiq qurumlara göndərilib. Ötən il şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti mövzusunda müraciətlər 2012-ci illə müqayisədə Ağstafa, Balakən, Beyləqan, Xəzər, Xocavənd, Şamaxı və başqa rayonlarda artıb, 59 şəhər və rayonda isə göstərilən mövzuda azalma olub. 2013-cü ildə vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müraciətlərin sayı Bakı, Şəki, Beyləqan, Biləsuvar, Kürdəmir, Qobustan, Lerik, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda artsa da, əksər şəhər və rayonlarda, o cümlədən Gəncə, Lənkəran, Ağcabədi, Ağdam, Ağdaş, Binəqədi, Cəlilabad, Culfa, Xətai, Xəzər, Qusar, Laçın, Ordubad, Siyəzən, Şəmkir, Şərur, Tərtər, Zərdab, digər şəhər və rayonlarda belə müraciətlər azalıb. Azərbaycan Prezidenti Administrasiyasına daxil olan müraciətlərin 66,9%-i ərizə, 31,1%-i şikayət, 2,0%-i isə təklifdir: "Daxil olmuş müraciətlərin sayını müqayisə etdikdə, bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda bilavasitə onların özlərinə ünvanlanmış müraciətlərin sayının Prezident Administrasiyasından və digər mərkəzi icra hakimiyyəti orqanlarından onlara göndərilmiş müraciətlərin sayından az olduğu aşkar edilir. Bakı şəhərinin bəzi rayonlarını, Gəncənin Nizami, Kəpəz, habelə Balakən, Beyləqan, Cəlilabad, Kəlbəcər, Kürdəmir, Laçın, Şabran, Tovuz, Yardımlı, Zaqatala rayonlarını buna misal göstərmək olar. Mərkəzi icra hakimiyyəti orqanlarında isə bu göstərici Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, "Azərenerji", "Bakıelektrikşəbəkə" ASC-lərdə, Bakı Metropolitenində, Dövlət Sığorta Kommersiya Şirkətində, "Aqrarkredit" QSC-də, Mərkəzi Bankda, "Azərtunelmetrotikinti", "Azəristiliktəchizat" SC-lərdə və digər təşkilatlarda o qədər də qaneedici deyil", - deyə qeyd olunur.

S.İsmayılov məqaləsində ötən il Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adlarını da qeyd edib. Bunlar Əhməd Məmməd, Zərbani Ağayeva (Binəqədi), İlham İbadov (Lerik), Bəkir Bayramov (Qubadlı), Olqa Smolyaninova (Sabunçu), Lətifə Zeynəddinova (Abşeron), Qismət Səmədov (Saatlı), Nazim Məmmədov (Lənkəran), Anar Zeynalov (Beyləqan), Oqtay Abdullayev (Masallı) və Siyavuş Kərimovdur (Ağcabədi).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • PA bu icra başçılarını "vurdu"

    PA bu icra başçılarını "vurdu" ...

    26-07-2014, 14:52

  • 
  • Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" qanunu təsdiq etdi

    Prezident İlham Əliyev "Vətəndaşların ...

    13-11-2015, 17:24

  • 
  • Prezident Administrasiyasında şöbələrdən biri ləğv edildi, müdiri təqaüdə göndərildi

    Prezident Administrasiyasında şöbələrdən biri ...

    12-05-2016, 23:17

  • 
  • Nazirlərin qəbul cədvəli açıqlandı

    Nazirlərin qəbul cədvəli açıqlandı ...

    28-10-2013, 17:31

  • 
  • Azərbaycanda 9 əməkdaş prokurorluq orqanlarından xaric edilib

    Azərbaycanda 9 əməkdaş prokurorluq orqanlarından ...

    7-01-2016, 20:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu