GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » PA bu icra başçılarını "vurdu"

PA bu icra başçılarını "vurdu"

Tarix: 26-07-2014, 14:52 Bölmə :Manşet Baxış: 0
PA bu icra başçılarını "vurdu"


Vətəndaşların müraciətlərinə baxılmasına göstərilən diqqət və qayğının, həmçinin tələbkarlığın artırılmasının nəticəsidir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin sayı 2014-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrünə nisbətən ümumiyyətlə 22,5 faiz, kollektiv müraciətlərin sayı isə 24,8 faiz azalıb.

Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı Gəncə, Sumqayıt, Binəqədi, Gədəbəy, Xətai, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabirabad, Sabunçu, Səbail, Şəmkir, Yasamal, Zaqatala şəhər və rayonlarında azalıb. Lakin Kəlbəcər, Kəpəz, Qobustan, Laçın, Samux rayonlarında müraciətlərin sayı nisbətən artıb”.

gundemxeber.az Azertag-a istinadən xəbər verur ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, müraciətlərin ümumi sayında olduğu kimi, əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayında da ötən ilə nisbətən azalma nəzərə çarpır: "Lakin ümumi azalma ilə yanaşı, 2014-cü ildə digər şəhər və rayonlara nisbətdə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Astara, Binəqədi, Xəzər, Xocalı, İmişli, Kəlbəcər, Laçın, Lerik, Sabunçu, Yasamal, Zəngilan, Zərdab şəhər və rayonlarında bir qədər yüksək olub.

Vətəndaş müraciətlərinin təhlilində onların növlər üzrə bölgüsü mühüm əhəmiyyət kəsb etdiyindən, xüsusilə şikayətlərin hansı rayondan daha çox daxil olması üzərində bir qədər ətraflı dayanmaq lazımdır. 2014-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə təhlili göstərir ki, əvvəlki ilə nisbətən şikayətlərin sayında böyük azalma baş verib. Bu azalma Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Binəqədi, Gədəbəy, Xətai, Xəzər, Quba, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Şəmkir, Yasamal şəhər və rayonlarında daha çox nəzərə çarpır.

Bununla belə qeyd etməliyik ki, bütövlükdə 2014-cü ilin birinci yarısında isə daxil olan müraciətlərin ümumi sayında şikayətlərin faizi Astara, Zərdab, Samux, Zəngilan, Beyləqan, Laçın, Yevlax, Tərtər, Cəlilabad şəhər və rayonlarında nisbətən yüksək olmuşdur.

Vətəndaşların müraciətlərinə baxılmasında hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında nəzarətin təşkili mühüm rol oynayır. Harada ki, bu iş "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa və müvafiq kargüzarlıq qaydalarına uyğun təşkil edilmişdirsə, burada narazılıq yaranmır, müraciətlərə baxılma müddətlərinə əməl olunur, vətəndaşlara vaxtında cavab verilir, ən başlıcası, əsaslı tələblər yerinə yetirilir, səhlənkarlığa yol vermiş şəxslər barəsində müvafiq tədbirlər görülür.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində nəzarət qaydasında baxılan vətəndaş müraciətlərinin sayı ildən-ilə artırılır və bunun səmərəsi özünü göstərir. 2014-cü ilin birinci yarısında nəzarət qaydasında baxılmış müraciətlərin 21 faizi müsbət həll olunmuş, 23 faizi icraya yönəldilmiş, 22 faizinə əsaslı izahat verilmiş, 24 faizi əsassız sayılmış və bir sıra vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirləri görülmüşdür.

Müraciətlərin mövzularında əhalinin bilavasitə ünsiyyətdə olduğu şəhər, rayon icra hakimiyyətlərinin, onların aparatlarının, həmçinin bələdiyyələrin fəaliyyəti ilə əlaqədar müraciətlər daha çox diqqəti cəlb edir. Göstərilən mövzu üzrə müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Beyləqan, Binəqədi, Cəlilabad, Qaradağ, Qazax, Laçın, Lerik, Sabunçu, Şamaxı, Suraxanı şəhər və rayonlarında daha yüksək olmuşdur. Bu mövzuda müraciətlərin sayı Naftalan, Şirvan, Ağstafa, Xızı, Xocalı, Qax, Qəbələ, Qubadlı, Qusar, Oğuz, Pirallahı, Siyəzən, Şabran, Ucar, Yardımlı şəhər və rayonlarında daha az olmuşdur.

Respublikanın müraciət göndərən kənd və qəsəbələrinin sayı üzrə aparılan təhlil göstərir ki, Prezident Administrasiyasına müraciət göndərmiş kənd və qəsəbələr onların ümumi sayının 48,1 faizini təşkil edirsə, müraciət etməyən kənd və qəsəbələr 51,8 faizdir. Elə rayonlar var ki, onların 1 və ya 2 yaşayış məntəqəsindən başqa əksəriyyətindən müraciətlər daxil olmuşdur. Bu sahədə ən çox kənd və qəsəbəsinin müraciət etdiyi rayonlardan Lənkəran, Şəki, Balakən, Beyləqan, Göygöl, İmişli, Kürdəmir, Saatlı, Salyan, Samux, Zərdab rayonlarını göstərmək olar. Təbiidir ki, bunların səbəbləri araşdırılmalı, insanları narahat edən problemlərin, o cümlədən yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.

Bir daha qeyd etmək istərdik ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin heç biri diqqətdən kənarda qalmır, onlar ətraflı öyrənilir, yaranma səbəbləri araşdırılır, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil olunur, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu sahədə işin daha da yaxşılaşdırılması üçün təsirli tədbirlər görülməsi davam etdirilir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

    Prezident Administrasiyasına ən çox hansı ...

    19-02-2020, 10:13

  • 
  • Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adları açıqlandı

    Prezident Administrasiyasına ən çox müraciət edən ...

    18-02-2014, 00:31

  • 
  • Ramiz Mehdiyevdən Zaqatala etirafı

    Ramiz Mehdiyevdən Zaqatala etirafı ...

    12-02-2013, 10:01

  • 
  • Azərbaycana gələn turistlərin sayı ötən ilə nisbətən 24.5 faiz artıb

    Azərbaycana gələn turistlərin sayı ötən ilə ...

    13-06-2017, 13:02

  • 
  • Əfv Komissiyasında baxılan müraciətlərin sayı 1000-i keçib

    Əfv Komissiyasında baxılan müraciətlərin sayı ...

    17-05-2018, 17:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu