GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədov Arif Əsgərovu necə güdaza verəcək?

Ziya Məmmədov Arif Əsgərovu necə güdaza verəcək?

Tarix: 19-02-2014, 23:25 Bölmə :Manşet Baxış: 1 489
Ziya Məmmədov Arif Əsgərovu necə güdaza verəcək?
Nəqliyyat naziri düşdüyü fiaskoya görə «günahkarı» tapıb

II Yazı

Əvvəli ötən sayımızda

Nə qədər təəccüblü olsa da, paytaxtdakı təmir – tikinti işlərinə məhz Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin də cəlb olunması haqda mətbuat dəfələrlə yazıb. Əslində ADDYQSC – nin fəaliyyət istiqaməti dəmir yolları vasitəsilə sərnişin və yük daşımalarının həyata keçirilməsi. Təmir – tikinti işlərini isə lazım gəldikdə məhz özünə aid sturukturlarda həyata keçirməlidir. Əslində isə belə deyil. Bu qurum paytaxtın mərkəzindəki yaşayış və inzibati binaların çöl divarlarının ağardılması, rənglənməsi, balkonların yenidən qurulması və s. bumunda olduqca fəal iştirak edən az qala bir neçə qurumdan bəlkə də birincisi idi. Sual oluna bilər nədən bu iş fəaliyyət istiqaməti məhz təmir – tikinti olan təşkilatlarla deyil, daxili iş imkanları istisna, əsasən yük daşımaları ilə məşğul olan bir qurum – Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə icra olunur? Səbəb aydındır. Azərbaycansayağı ənənə. Ziya Məmmədovun Nəqliyyat naziri təyinatından sonra adam ADDYQSC kimi yağlı tikədən imtinanı düşünməyib. Əslində Azərbaycanda illərlə tutduğu postdan daha yuxarı vəzifə ilə mükafatlandırılan əksər məmurlarda öncəki postlarına özlərinə daha yaxın adamların təyinatını almaqla həmin postun yenidən qeyri – rəsmi idarəçisinə çevirmə imkanı əldə etmə kimi təcrübələri var. Əlbəttə ki, bu təcrübədən Ziya Məmmədov da yararlanmalı idi və yararlandı da. Arif Əsgərov Ziya Məmmədovun əmrlərini düşünmədən icra edən şəxsdir. Elə ona görə də uzun illərdir ki, Nəqliyyat naziri cənab Əsgərovun ildırımötürücüsü rolunu əla ifa edir.
Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin paytaxtın abadlaşdırılması prosesinə cəlb edilməsi də məhz Nəqliyyat nazirinin təşkilatçılığı ilə baş tutması kimsəyə sirr deyil. Çünki Nəqliyyat naziri bu prosesdən iki uduşla çıxacağnı öncədən tam dəqiqiliyi ilə planlaşdırmış olmalı idi. Əvvəla görülən işin müqabilindəki zəhmət haqqı qismində. Və o zəhmət haqqı ki, dəyər nəinki ikili, hətta üçlü – dördlü mühasibatlıqla hesablanaraq, fantastik rəqəmlərlə ölçülür. İkincisi isə material təminatından. Kimsəyə sirr deyil ki, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti də daxil olmaqla, Nəqliyyat nazirliyi sistemində görülən əksər təmir – tikinti işləri zamanı istifadə olunan materiallar ya Məmmədovlara məxsus fabrik və zavodlarda istehsal olunanlardır, ya da Nəqliyyat nazirinə məxsus şirkətlər tərəfindən idxal olunanlar. Deməli bir təkanla, bir neçə hədəfə vurulur. Həm milyardlardan nəsibi alınır, həm da ticarəti baş tutur. Mənbə söyləyir ki, görülən işlərin müqabilində alınan vəsait bir neçə dəfə şişirdildiyi üçün kifayət qədər böyük paralar əldə olunur. Bu prosesdə ən az əziyyət çəkən, bəlkə heç çəkməyən bir nəfər varsa, o da cənab Arif Əsgərovdur. Mənbə söyləyir ki, cənab Əsgərovun tabeçiliyində olan departament rəisləri işə icranın məhz onlara tapşırılması üçün sədrlərinə, hətta özlərini təhlükəyə atmaqla ciddi kriminal olacaq proseslərə getməyi belə vəd edirlər. ADDYQSC – nin sədrinin üzərinə yalnız bu prosesdə daha əlverişli şərtlər irəli sürəni seçmək düşür. İcra zamanı yol verilən hər hansı şişirtmə təhlükəli hesab olunmur. Əvvəla ona görə ki, işi verən eyni zamanda da məhz təhvil götürüb, məruzə edəndir. Yəni şəxslərin məhz özləri istəməyəcəkləri təqdirdə bu məsələdən birincinin xəbər tutması ehtimalı sıfıra bərabərdir.
Prezident Administrasiyası rəhbərinin müavini cənab Əli Əsədova ən xoş gələn Arif Əsgərovun yalnız Nəqliyyat nazirinin deyil, həm də onun göstərişlərinə müzakirə edilmədən əməl etməsidir. Əgər Nəqliyyat naziri Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrini, onun birinci müavini Əlirza Süleymanov vasitəsilə nəzarətdə saxlayırsa, Administrasiya Rəhbərinin müavini isə cəmiyyətin departament rəislərindən birini bu iş üçün görəvləndirib. Həmin şəxsin varlığını həm Nəqliyyat naziri, həm də cəmiyyətin sədri bildiyi halda sadəcə görməməzlikdən gəlirlər. Bunun iki səbəbi var. Birincisi cənab Əsədovun səhmdar cəmiyyətdəki “eşitmə cihazını” aşkara çıxarmaqla ehtimal olunan yeni təmir – tikinti bumundan avtomatik kənarda qalmaq deməkdir. Çünki cənab Əsədov Nəqliyyat nazirinə və ADDYQSC – nin sədrinə -sizə bütün proseslərdə tam mənası ilə inanmaq kimi bir huyum deyə bilər. Bu da normaldır. Çünki ən kiçik məmur belə gözəl bilir ki, mövcud iqtidarı bir araya gətirən ən əsas nədən məhz kapital yığımı marağıdır. Bu prosesdə məhz canavar sayıqlığı tələb olunduğu üçün və hər bir tərəf zaman – zaman bu cür “qulaqcıqlardan” istifadə etdikləri üçün prosesə adi hal kimi yanaşırlar. İkinci isə nəinki Nəqliyyat naziri, o cümlədən də cənab Əsədov hələ ki, Arif Əsgərou itirməyi düşünmürlər. Əvvəla ona görə ki, adam özünün daha yuxarı postlara iddiası olmayan, əldə etdiyi ilə qane olan kadr imici formalaşdıra bilib. Mövcud iqtidar daxilində uzun müddətə yer almaq üçün bu düşüncə ən üstün hesab olunan və diqqəi cəlb edən amillərdəndir. İkincisi isə cənab Əsgərov ona tapşırılan işin nəticəsinin nədəni ilə bağlı sual vermir. Bu sifarişçi üçün vacib amildir. Çünki milyardların dövriyyədə olduğu bir şəraitdə həlqədən birindəki zəifləmə prosesi tormozlaya bilər. Ən başlıcası isə həmin həlqənin birinciyə qorxunun yaratdığı zərurət olaraq informasiya ötürmə ehtimalı ola bilər. Bu isə böyük bir “prosesin” məhvi, şəbəkənin isə çöküşü ilə nəticələnə bilər. Arif Əsgərov isə bunu etmir. Elə cənab Əsgərovu, cənab Əsədova sevdirən nədən də məhz budur.
Amma iqtidardaxili imperiyalar arası müharibə yeni müstəviyə keçdiyi üçün əvəzedilməz şəxs yoxdur prinsipi yenidən diqqət mərkəzinə gəlib. Hər kəs özünü qorumaq üçün bir kəsləri qurban verməkdə maraqlıdır. O cümlədən də Nəqliyyat naziri. Amma kimi?
Ötən yazımızda qeyd etdiyimiz kimi Nəqliyyat naziri illərdir ki, üzləşdiyi ən kritik zamanlarda belə prosesdən ya itkisiz, ya da olduqca az itki ilə çıxmağı bacarıb. Amma bu dəfə belə görünmür. Nəqliyyat naziri öz canını və əmlakını qorumaq üçün mütləq qurbanlara hazır olmalıdır.
Son ayda Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus yolda – Hacıqabul rayon ərazisində bir neçə günlük ara ilə iki dəfə baş verən qəza bu sistemi yenidən müzakirə mövzusuna çevirdi. Hər iki qəzada strateji məhsullar yanacaq və ərzaq taxılı ətrafa tökülməklə ölkəyə milyonlarla manat maddi ziyan dəydi. Eyni zamanda xarici partnyorların Azərbaycan üzərindən keçməklə ikinci ölkəyə daşıyacağı yüklərin daşınmasından imtina kimi hallar yaşandı. Sözsüz ki, nəinki bu cür vəziyətlərdə, o cümlədən də, dəmir yollarının üstündən keçən avtomobil yollarının qorunmamasının nəticəsi olaraq baş verən qəzalar zamanı da, hətta ən adi sərnişin - avtobus sürücüsü, müfəttiş – taksi sürücüsü problemində də nəzərlər Nəqiyyat nazirinə yönəlir. Əgər baş verən olay milyonlarla ölçülən maliyyə ilə müşayiət olunursa və bu vəziyyətdən məhz birinci xəbər tutursa, onda qardaş oğlunun sosial şəbəkələrdəki avtomobil “sərgisi” də cənab Məmmədov üçün hər an görəvinə əbədi əlvida demək zərurəti yarada bilər. İş üçün gələndə quymaq da diş sındırar atalar deyimi məhz bu halda aktuallığını qoruyub saxlayır. Nəqliyyat nazirinin prosesin sonunu hesablamaması yəqin ki, absurd olardı. Əlbəttə ki, özünü qorumaq üçün ən böyük strukturunu qurban verəcəkdir. Əslində hadisələrin gedişi də bunu göstərir. Amma kritik vəziyyətlərdən az itki ilə çıxmağa adət etmiş Nəqliyyat nazirinin bu dəfə də əhəmiyyətli gediş edəcəyi gözləniləndir.
Mənbə bildirir ki, Nəqliyyat naziri Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətin sədri Arif Əsgərovu, onun birinci müavini Əlirza Süleymanovla əvəzləmək istəyir. Əvvəla Əlirza Süleymanov Nəqliyyat nazirinin bu strukturda ən inanılmış kadrdır. Ziya Məmmədov partnyor xarici şirkətlərlə, eyni təyinatlı dövlət strukturları ilə danışıqları illərdir ki, məhz Əlirza Süleymanov vasitəsilə aparır. Hətta o da söylənilir ki, Azərbaycan Dövlət Dəmir Yolları baş idarədən səhmdar cəmiyyətə çevrildikdən sonra Arif Əsgərovun səlahiyyətləri qeyri – rəsmi Əlirza Süleymanov tərəfindən icra olunur. Cənab Əsgərov bütün proseslərdə yalnız imzası ilə iştirak etməklə kifayətlənir. Ancaq bu hələ ki, cənab Məmmədovun planıdır.
Paytaxt Bakını yeni söküntü və tikinti bumu gözləyir. Söhbət bu günə kimi Azərbaycanda təsadüf edilməyən milyardlarla vəsaitdən gedir. Azərbaycan reallığında bu prosesin hər hansı icra hakimiyyəti tərəfindən aparılması absurddur. Prezident Administrasiyası rəhbərinin müavininin yenidən dövriyyəyə girməsi şübhəsizdir. Və yenidən köhnə partnyorların Administrasiya rəhbərinin müavininə müraciətlərinin olması ehtimalı da çox güclüdür. Amma bu dəfə fərqli fiqurlarla. Hesab etsək ki, Arif Əsgərovu əvəzləyəcək Əlirza Süleymanov da, Prezident Administrasiyası rəhbərinin müavininin Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindəki “qulaqcığından” xəbərdardır və həmin departament rəisi davranışları ilə Süleymanovda allergik reaksiya yaradır, onda yeni təyinatın həyata keçməsi problemlərsiz olmayacaq. Çünki cənab Süleymanov Nəqliyyat naziri ilə şəxsi münasibətlərindən dolayı, ötən illərdə hətta sədri Arif Əsgərovu özündən üstün əsas həlledici fiqur hesab etməyib. İndi tabeçiliyində olan hansısa departament rəisi ilə cənab Süleymanovun hesablaşacağı hələ ki, real görünmür. Hər halda akademik Nizami Süleymanovun qardaşından gələcək fəaliyyəti ilə bağlı akademik göstəricilər gözləniləndi.

Eldar QASIMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gediş-gəliş pulsuz olacaq

    Gediş-gəliş pulsuz olacaq ...

    16-01-2015, 11:34

  • 
  • Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək

    Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək ...

    12-10-2013, 12:58

  • 
  • Ziya Məmmədovla Arif Əsgərov arasında qalmaqal yaşanır

    Ziya Məmmədovla Arif Əsgərov arasında qalmaqal ...

    7-05-2014, 09:48

  • 
  • İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO)

    İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO) ...

    13-10-2015, 22:01

  • 
  • Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

    Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən ...

    17-03-2016, 21:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu