GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Tayyib Ərdoğan “Camaat”ı Bakıda vurur

Tayyib Ərdoğan “Camaat”ı Bakıda vurur

Tarix: 1-03-2014, 11:22 Bölmə :Manşet Baxış: 1 589
 Tayyib Ərdoğan “Camaat”ı Bakıda vurur
AKP ilə nurçuların savaş coğrafiyası böyüyür; Azərbaycanda “Camaat”a qarşı sosial şəbəkədə və mətbuatda yazıların sayı kəskin artıb; ortada şok iddialar var



Son günlər sosial şəbəkələrdə və Azərbaycan mediasında “Camaat” adı ilə bilinən türkiyəli ruhani Fətullah Gülən hocaəfəndinin tərəfdarlarına qarşı dərc olunan yazıların sayı və intensivliyi artıb. Bəzi müşahidəçilər bu faktı Türkiyənin baş naziri Tayyib Ərdoğanın “Camaat”a qarşı başlatdığı savaşın coğrafiyasını böyütməsi ilə əlaqələndirilər. Hər hansı bir yolla Azərbaycan mətbuatına yol tapan, o cümlədən də rəsmi Bakıya təzyiq vasitəsi əldə edən Türkiyə iqtidarı “Camaat”ı Bakıda vurur. İddia olunur ki, sayt və qəzetlərin istinad etdikləri Facebook statusu və digər eventlər də hər hansı bir şəkildə Türkiyənin indiki iqtidarına xidmət edən texnoloqlara bağlıdır. Lakin bunu təsdiq edəcək faktımız yoxdur.



Sosial şəbəkələrdə yayılan məlumatlarda isə Azərbaycanla bağlı ciddi məqamlar var. O qədər ciddi ki, qəzet olaraq onların üzərindən keçmək mümkün deyil. Ayrıca, “Yeni Müsavat”ın elektron ünvanına Azərbaycandakı “nurçular” – “Gülən Hərəkatı” ilə bağlı çoxsaylı materiallar daxil olmaqdadır. Onların əksəriyyəti isə qaba yazılmış, təhqir elementləri olan materiallardır.



Lakin Facebok sosal şəbəkəsində “İnci Azeri” bir profil var. Onu diqqətə almağa dəyər. Ötən sayımızda “Yeni Müsavat” qəzeti də o profilə istinadən bir material yaymışdı. Oxuma rekordları qıran həmin məqalədə iddia olunurdu ki, “nurçular ” Azərbaycan hakimiyyətində də kifayət qədər təmsil olunurlar. “İnci Azeri” iddia edir ki, Türkiyədən qovulan “Todays Zaman” qəzetinin müxbiri Mahir Zeynalovun Türkiyədə akkreditasiya olunması göstərişi Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovdan gəlib. Qaynağın sözlərinə görə, Mahir Zeynalovun Türkiyədə akkreditasiya almasına görə Elnur Aslanov XİN-in sözçüsü olan yaxın qohumu Elman Abdullayevə, Elman Abdullayev isə öz sırasından Azərbaycanın Türkiyədəki səfirliyinə və İstanbuldakı Baş Konsulluğuna təzyiq göstərib.



“İnci Azəri” onu da bildirirdi ki, Elnur Aslanov və Elman Abdullayevlə yanaşı ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, onun müavini Gündüz İsmayılov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Ceyhun Osmanlı, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, Gənclər Fondunun sədri Fərhad Hacıyev də “nurçu” düşərgədədir.

Fevralın son günündə “İnci Azəri” Azərbaycandakı “nurçu” şəbəkəsi haqqında daha iki status paylaşıb. Mövzunun aktuallığını və yetərincə maraqla qarşılandığını nəzərə alaraq statusları oxucularla paylaşmağı gərəkli saydıq. Çünki oradakı məlumatlar qəzetimizi məhkəmə ilə təhdid edən SAM rəhbəri Fərhad Məmmədova bir növ cavab xarakterlidir:

I STATUS : “APA-ya açıqlama verən SAM rəhbəri Fərhad Məmmədov hakimiyyətə sevgisindən, ona xidmətdən gen-bol danışıb, materialı müzakirəyə çıxaranları isə məhkəmə ilə hədələyib. Bütün bunların əvəzində o, “nurçular”la əlaqələrinin olub-olmadığına aydınlıq gətirsəydi, daha düzgün olardı. Biz Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyindəki mənbəmizdən belə bir məlumat aldıq ki, Azərbaycanın İstanbuldakı baş konsolu Həsən Zeynalov “Todeys Zaman” Qəzetində çalışan azərbaycanlı jurnalistlər, onların “nurçular”la əlaqələri, həmin jurnalistlərin akkreditasiyasının təşkili, SAM-ın bu işdə rolu barədə Azərbaycan XİN-ə, Prezident Administrasiyasına və digər dövlət orqanlarına məktub yazıb.

Ancaq heç bir cavab ala bilməyib. Fərhad Məmmədov ona aydınlıq gətirsin ki, bu işdə rolu olub, yoxsa yox. Onun işçisi Zaur Şiriyev İstanbuldakı Azərbaycan Baş Konsulluğuna təzyiq göstərib, yoxsa göstərməyib? Desin görək Elnur Aslanovun "kiryuxası" Elman Abdullayev nəyə görə bu məktubu uzun müddət üzə çıxarmayıb, bu sənədlə bağlı ona verilən göstərişləri icra etməyib, onu aidiyyəti orqanlara göndərməyib?
Türkiyə hökuməti Həsən Zeynalovu narahat edən məsələ ilə bağlı Azərbaycan hakimiyyətinə müraciət edib, yoxsa etməyib? ... O ki qaldı hakimiyyətə sədaqətli xidmət məsələsinə məsləhət görərdik ki, Fərhad müəllim keçmişini unutmasın.
Yoxsa AMİP sədri Etibar Məmmədovun köməkçisi və partiyanın gənclər təşkilatının sədri olan dövrdə dediklərini çap edib yaddaşını təzələmək məcburiyyətində qalacağıq”.
****

II STATUS: “2011-ci ildə Wikileaks saytında dərc olunmuş

materiallardan birində Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun “nurçular”la əlaqəsindən bəhs edilmişdi.



ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili olan Donald Lu Dövlət Departamentinə məktubunda yazmışdı ki, Elnur Aslanov “nurçular” dini təriqətinin lideri Fətullah Gülənə bağlılığı ilə tanınan “Çağ Öyrətim” təhsil şəbəkəsinin rəhbərləri ilə yaxındır. Donald Lu hesab edirdi ki, hökumət üzvlərinin övladlarının “Çağ Öyrətim” məktəblərində təhsil alması gülənçilərin Azərbaycan hakimiyyəti ilə münasibətlərinin yaxınlaşmasında mühüm amillərdən biri hesab olunur. Gülənçilərlə sıx münasibətlərdə olan rəsmilər arasında daha çox Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun adı hallanır. Onun gülənçilərlə tez-tez görüşdüyü və sıx əməkdaşlıq etdiyi söylənir”.

“İnci Azeri” digər statusunda iddia edir ki, 2013-cu ildə Bakıda dəftərxana və məktəb ləvazimatlarının satışı ilə məşğul olan Türkiyənin “Nil” mağazalar şəbəkəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən qlobuslar satılıb. Orada Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi göstərilib. ”İnci Azeri” iddia edir ki, həmin mağaza da “nurçular”ın kontrolundadır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01

  • 
  • “Camaat məktəblərinə bir zərbə də Əliyevdən” – Türkiyə mediası

    “Camaat məktəblərinə bir zərbə də Əliyevdən” – ...

    5-04-2014, 13:47

  • 
  • Bakida camaat polis maşınını çevirdi

    Bakida camaat polis maşınını çevirdi ...

    19-02-2016, 14:22

  • 
  • Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa Çağırdı

    Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa ...

    17-02-2014, 12:55

  • 
  • Ərdoğanın siyahısından AST Telmanın da adı çıxdı

    Ərdoğanın siyahısından AST Telmanın da adı çıxdı ...

    8-04-2014, 10:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu