Həmin ölkələr, eyni zamanda bu ilin iyununda Soçidə keçiriləcək “ Böyük Yeddilik”in sammitinə hazırlığı ləğv etdiklərini açıqlayıblar
Dünyanın yeddi nüfuzlu ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsini qınayan birgə bəyanat yayıblar. gundemxeber.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, həmin ölkələr, eyni zamanda bu ilin iyununda Soçidə keçiriləcək “Böyük Yeddilik”in sammitinə hazırlığı ləğv etdiklərini açıqlayıblar: “Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, həmçinin Avropa Şurası və Avropa Komissiyası prezidentləri Rusiya Federasiyasını Ukraynanın suverenliyi və ərazi bütövlüyünə açıq-aşkar müdaxiləsinə görə birgə ittiham edirik”. Bəyanatda qeyd olunur ki, vəziyyət dəyişməyənə qədər sammitə hazırlıq dondurulur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?