Böyük Yeddilik” ölkələri (G-7) və Avropa İttifaqı Moskvanın Minsk razılaşmalarına əməl etməyəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduqlarını bəyan ediblər.
gundemxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” G-7 ölkələrinin XİN rəhbərlərinin və Aİ-nin ali nümayəndəsinə istinadən məlumat yayıb.
Bundan başqa, ölkə liderləri yeni sanksiyaların tətbiqini dayandıracaq şərtləri növbəti dəfə Moskva üçün səsləndirib. Minsk razılaşmalarına əsasən, Rusiya Ukrayna ərazisindən qoşunlarını və hərbi texnikasını çıxarmalı, sərhəddə təhlükəsizliyi təmin etməli və separatçılar tərəfindən əsir götürülən ukraynalı hərbçilərin azad olunmasına təsir etməlidir.
Həmçinin, ölkə liderləri qışın gəlişi ilə Ukraynaya yardım göstəriləcəkləri və ölkə iqtisadiyyatının bərpasında iştirak edəcəkləri ilə bağlı üzərilərinə öhdəlik götürüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?