GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » «Sovetski»də qiyam başladı

«Sovetski»də qiyam başladı

Tarix: 3-03-2014, 21:40 Bölmə :Manşet Baxış: 2 531
«Sovetski»də qiyam başladı
«Sovetski»də qiyam başladı
Əraziyə qara maskalı polis qüvvələri yeridildi

Dünən martın 3-də Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsi sakinlərinin bir qrupu ilə görüş keçirildi. Jurnalistlərə danışan “Sovetski” sakini Namiq Quliyev deyib ki, saat 16-da 6 başqa şəxslə birgə icra hakimiyyəti başçısı İbrahim Mehdiyevlə görüşəcəkdi. Görüşdə baş nazirin birinci müavini Abid Şərifovun da iştirakı gözlənirdi.
Xatırladaq ki, fevralın 18-də Bakıdakı 150 nömrəli məktəbdə “Sovetski” məhəlləsi sakinləri dövlət rəsmiləri ilə bir araya gəldi. Görüşdə “Sovetski”nin sökülməsi planı ilə bağlı yaranmış problem müzakirə edildi. Sakinlər hökumətə 9 bənddən ibarət tələblər paketi təqdim etdilər:
1. Söküntü və köçürülmə hərəkətlərini qanuni və zəruri edən səbəbləri təyin edən və tənzimləyən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq rəsmi sənədlər sakinlərə təqdim edilsin. İcra hakimiyyəti orqanları və əlaqədar təşkilatlar öz hərəkətlərini yalnız dövlət qanunu çərçivəsində qurmalıdırlar. Sakinlərə onların bu qanunla nəzərdə tutulan bütün hüquqları ətraflı izah olunmalıdır.
2. Edilən təkliflər ərazidəki real bazar qiymətlərinə uyğun olaraq 3500-4000 manat olmalıdır. Kiçik mənzillərə və çox ailəli ünvanlara fərqli yanaşma olaraq daha da üstün pul təklif olunmalıdır.
3. Sökülməsi nəzərdə tutulan hər bir ünvanda yaşayan ailələrə fərdi yanaşma olmalıdır və hər bir ailənin mənzillə təmin olunması ön planda olmalıdır. Əvvəl insanlar, sonra ev söküntüsü düşünülməlidir. Dövlətin təməli olan ailələrə xüsusi dövlət qayğısı olmalıdır. Heç bir ailə diqqətdən kənarda qalmamalıdır. Ünvanda yaşayan ailələrin sayı nəzərə alınmalıdır.
4. Ödəniləcək pul konpensasiyası məbləğləri mənzilin istifadəsində olan mövcud tikintilərin ümumi sahəsinə əsasən hesablanmalıdır. Buraya mənzilin qeydiyyatda olan ümumi sahəsi, mövcud, lakin qeydiyyatda olmayan yaşayış və ümumi sahələri, bu mənzilə aid olan, onun divarları altındakı sahələri və istifadədə olan digər sahələri də aiddir.
5. Qanunda nəzərdə tutulduğu kimi, tikintinin və ya evin faktiki sahəsi onun divarlarının tutduğu torpaq sahəsi ilə birlikdə hesablandığına görə bizim sökülən mənzillərimizin və bu mənzilə aid olan tikililərin mövcud ümumi faktiki sahəsi onun xarici perimetrinə görə, yəni divarların tutduğu sahə ilə birlikdə hesablanmalıdır. Söküntü ərazisindəki evlərin əksəriyyətinin sahəsi onun divarlarının tutduğu sahədən daha da kiçikdir. Burada bir çox divarlar 50-70 santimetr və ya bir metrdir. Məsələn, 35 kvadratmetr olan mənzilin perimetri 80 santimetr, divarlar 60 santimetr olsa, divar altındakı sahənin mənzildə tutduğu sahəsi 48 kvadratmetr ola bilər. Əslində bu sahə də bizim mənzilin sahəsidir. Qanuna əsasən, bizə bu sahəyə görə də pul ödənilməlidir.
6. Ödəniləcək pul məbləğinə mənzilin təmir vəziyyəti, mövcud yerləşmə üstünlüyü və digər hallarda itirilmə xərcləri də nəzərə alınmaqla kompensasiya məbləğlərinin digər hissələri kimi əlavə edilsin. Hər mənzilə fərdi yanaşma olmalıdır. Mənzilə qoyulan pul vəsaiti və vətəndaşın şəxsi xərcləri batmamalıdır. Ev sahiblərinin vəsaitinə ədalətli yanaşma tətbiq edilməlidir.
7. Mənzillərin söküntüsü, bütün məsələlər başa çatdıqdan sonra ilk olaraq rəsmi qaydada alğı-satqı müqavilələri bağlanaraq pul kompensasiya hissələri ilə birlikdə tamamilə ödənilməsi və razılaşdırılmış tarixə qədər mənzillər üzrə tam hesablaşmasından sonra həyata keçirilməlidir. Sökmə təklifini edən tərəf öz hərəkətlərini hörmət çərçivəsində tənzimləməli, burada yaşayan və çalışan əhalinin yaşayışına, vəzifəsinə, işinə və gündəlik fəaliyyətinə heç bir fiziki, maddi və mənəvi təsir göstərməməklə sökmə işlərini danışılmış vaxtda həyata keçirməlidir.
8. Köçürülmə hərəkətlərini tənzimləyən torpaqların dövlət ehtiyacları üçün alınması qanununun müvafiq maddələrinə uyğun olaraq vətəndaşın kompensasiya növünün seçim hüququ olduğu üçün köçürülmə planı və köçürülmə təlimatına əsasən, vətəndaşların istəyi olduğu halda onların bu ərazidə mənzillə təmin olunması tətbiq edilsin. Evlərimizi sökmək istəyənlər bilməlidirlər ki, buranın sakinləri olaraq illərdir bu evlərdə yaşamaq istəyimiz onların məhz Bakıda və məhz mərkəzdə yerləşməsindən irəli gəlir. Ona görə də şəhərin məhz bu ərazisində yaşamaq istəyənlər üçün yaşayış evləri tikilməlidir. Bu seçim hüququnu sakinlərə dövlət qanunu verdiyi üçün ona heç bir şərtsiz əməl olunmalıdır.
9. Söküntünü təklif edən tərəf statusundan, hakimiyyətdəki məqamından, imkanlarından, gücündən asılı olmayaraq qarşı tərəfə, yəni söküntü ərazisinin sakinlərinə qarşı heç bir güc və təzyiq tətbiq etməyərək öz hərəkətlərini dövlətimizin qanunları daxilində icra etməlidir. Onlar bütün təkliflərini dövlətin dəstəkləri və real bazar münasibətləri daxilində qurmalıdırlar.


“Qanunsuz aksiya keçirilməsinə imkan verilməyəcək”
Dünən günorta saatlarında Bakının “Sovetski” məhəlləsinin bir qrup sakini 173 saylı orta məktəbin qarşısına toplaşdı. Sakinlər Yasamal Rayon İcra Hakimiyyətində “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvləri ilə görüşün yekunlarını gözləyirdilər. Onlar görüşdə təklif olunan qiymətlərin onları razı salmayacağı təqdirdə aksiya keçirəcəklərini bildirdilər. Hadisə yerinə polis qüvvələri cəlb olundu. Ərazidə olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov dedi ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən qanunsuz aksiyanın keçirilməsinə imkan verilməsin. Dünən hökumətin “Sovetski” sakinlərinin təkliflərinə cavabı açıqlandı. Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşdə başçının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumət tərəfindən verilən cavabları oxudu.
İlk olaraq bildirildi ki, bu ərazidə torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, yalnız dövlət əhəmiyyətli yolların çəkilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərinin tikilməsi məqsədilə dövlət ehtiyacı üçün torpaq alınır. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsi üçün aparılacaq tikinti üçün isə Mülki Məcəlləsinin 565-ci maddəsinə uyğun alqı-satqı ilə həyata keçiriləcək. Buna görə də, sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutuldu.
Mənzillərin hər 1 kv.m üçün 3500-4000 min manat təklifinə gəlincə, bununla bağlı cavabda bildirildi ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”ların olmamasına baxmayaraq, sakinlərin uzun müddət yaşaması, mərkəzə yaxınlığı nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verildi. Digər tərəfdən, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti normalarına, yaşayış normalarına uyğun gəlmir. Kommunikssiya sistemləri yaxşı vəziyyətdə deyil. Son dövrlərdə daşınmaz əmlakların hər birinin 1 kv m.-nin 1500 manatdan az olması müəyyən edildi. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olundu və bu, bazar qiymətinə uyğundur. Sakinlərin təklif etdiyi 3500-4000 manatın reallığa uyğunluğu isə yoxdur. 100 sakin həmin vəsaiti bankdan götürüb. Obyektlərini həmin qiymətə satmaq üçün xeyli müraciət edən də var.
Dünənki görüşdə baş nazirin müavini Abid Şərifov da iştirak etdi.
Günorta saatlarında Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsi sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvləri ilə görüş başladı.
Görüşdə baş nazirin müavini Abid Şərifov, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər rəsmilər iştirak etdilər.
Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edildi, sakinlər isə 4 min manat verilməsini istəyirlər. Fevralın 18-də sakinlərlə baş nazirin müavini, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının görüşü keçirildi. Görüşdə Təşkilat Komitəsi tərəfindən hökumətə 9 təklif təqdim edildi. Sakinlərin təkliflərinə hökumət tərəfindən martın 3-də cavab veriləcəyi bildirildi. Dünən 173 saylı məktəbin qarşısına çoxlu sayda "Sovetski" sakinləri toplaşdı. Həmin əraziyə 100 nəfərə yaxın polis əməkdaşı cəlb olunmuşdu. Nəriman Nərimanovun heykəli istiqamətindən 173 saylı məktəbə doğru gedən yol bağlanmışdı.
Polisin aksiyanın qarşısını almağa çalışdığı bildirildi.
Aksiyada fəallıq göstərən 4-5 nəfər "Sovetski" sakini polis tərəfindən saxlanıldı.
173 saylı orta məktəbin qarşısına toplaşan Bakının “Sovetski” məhəlləsinin bir qrup sakini polis tərəfindən ərazidən uzaqlaşdırıldı. Sakinlərdən bir neçəsi yaxınlıqdan keçən avtomobil yolunu bağlamaq istəsə də, polis buna imkan vermədi. Bunun ardınca sakinlər ərazidən uzaqlaşdırıldılar.
Dünən Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşdə komitənin üzvü Qurban Dostəlizadə dedi ki, “Sovetski” tarixi ərazidir, bura tarixi nöqteyi-nəzərdən yanaşmaq vacibdir. Q. Dostəlizadə bildirdi ki, bu ərazidə mənzillərin sahəsi azdırsa, dövlət imkanı olan vaxt bu sakinlərə ipoteka krediti ilə mənzil almağa şərait yaradar: “Təmirli evlərin tikinti xərci 300-400 manatdır. İlk növbədə evlər tikilərək sakinlər orada yerləşdirilməlidir. Bu proses təmkinlə aparılmalıdır”.
Təşkilat Komitəsinin sədri Namiq Quliyev bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərlə keçən görüşdə evlərin sahələrinin damdan dama ölçüləcəyini bəyan etdi: “O insanlarla danışmaq çətin olar, nəinki 7 nəfər bizimlə...”
Baş nazirinin müavini Abid Şərifov isə dedi ki, hökumət sakinlərlə görüşdən qaçmır: “Onlar sizi seçiblərsə, səlahiyyət veriblərsə, sizinlə görüşürük. Mən ömrüm boyu tikinti işləri ilə məşğul oldum. Hacıbala Abutalıbovun evlərin sahələrinin damdan dama hesablanması barədə sözünü isə eşitmədim. Mən evin sahəsinin hesablanması ilə bağlı qanundan, qaydadan danışıram. Evin sahəsi divarın içindən hesablanır. Bu qaydanı pozmağa heç kimin haqqı yoxdur”.
N. Quliyev məsələnin maksimum sakitliklə, razılıqla həllini istədiklərini söylədilər.
A. Şərifov qeyd etdi ki, məhəllənin söküləcəyi barədə söhbət 40-50 ildir gedir: “Çoxlu sayda ev satın alındı, söküldü, tikildi. Özəl şirkətlərin də sakinlərdən evləri necə aldığından xəbərdaram. Biz kimisə köçürtmək məqsədi güdmürük. Evlərini satmaq istəyənlərin evləri alınacaq. Əgər 4-5 min evdən 100-200-ü satıb gedirsə, qalanları ilə heç kimin işi yoxdur, sağlıqla yaşasınlar”.
Təşkilat Komitəsinin üzvləri bu halda söküntü işlərinə hansı səbəbdən başlanıldığını soruşdular.
A. Şərifov dedi ki, Bakı şəhərinin nəqliyyat məsələsi çox dəhşətli vəziyyətdədir: «Təzəpir» məscidi olan yeri götürək. Hüzr mərasimində ora gedib-gəlmək olmur. Bir yanğın, hadisə olsa, camaatın vəziyyəti necə olacaq? Ona görə də məqsəd odur ki, harada mümkün olursa, nəqliyyat üçün imkanları genişləndirək. Orada elə evlər var ki, nə pəncərəsi, nə qapısı var. Oradan çıxmaq istəyən çıxsın. 3 mərtəbəli villada yaşamaq istəyən yaşasın. Mən qısa müddətdə məhəllənin baş planını hazırlatdıracağam və bir çox suallara da bununla tam cavab verəcəyəm”.
Təşkilati Komitəsinin üzvləri ərazidə satılan evlərdə söküntü işləri aparılarkən oradakı evlərin kommunikasiyalarının, sanitar qovşaqlarının sıradan çıxacağını bildirib, söküntü zamanı bu məsələnin xüsusi diqqətdə saxlanılmasını istədilər.
A. Şərifov isə bir daha məcburi köçürülmə olmayacağını vurğuladı.
Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov də dedi ki, hansı sakini bir kvadrat metr üçün 1500 manat qane edirsə, o, vəsaiti alıb köçəcək, qalanlar isə evlərində yaşamağa davam edə bilərlər. Görüşdə iştirak edən daxili işlər nazirinin müavini Oruc Zalov isə dedi ki, əgər ərazidə yol qanunsuz bağlansa, aksiya keçirilsə, polis bunun qarşısını alacaq: “Oradan heç kim zorla köçürülməyəcək. Ancaq qanunsuz addımlardan çəkinmək lazımdır. Heç kimin ailəsindən bir gəncin saxlanılmasını istəmirik. Kim qanunları pozacaqsa, qanuna müvafiq addımlar atılacağını da bilməlidir”.
N. Quliyev məsələnin maksimum sakitliklə, razılıqla həllini istədiklərini söylədilər.
Təşkilati Komitəsinin üzvləri ərazidə satılan evlərdə söküntü işləri aparılarkən oradakı evlərin kommunikasiyalarının, sanitar qovşaqlarının sıradan çıxacağını bildirildi, söküntü zamanı bu məsələnin xüsusi diqqətdə saxlanılmasını istədilər. A. Şərifov isə bir daha məcburi köçürülmə olmayacağını vurğuladı. Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov də dedi ki, hansı sakini bir kvadrat metr üçün 1500 manat qane edirsə, o, vəsaiti alıb köçəcək, qalanlar isə evlərində yaşamağa davam edə bilərlər.
Görüşdə iştirak edən daxili işlər nazirinin müavini Oruc Zalov isə deyib ki, əgər ərazidə yol qanunsuz bağlansa, aksiya keçirilsə, polis bunun qarşısını alacaq: “Oradan heç kim zorla köçürülməyəcək. Ancaq qanunsuz addımlardan çəkinmək lazımdır. Heç kimin ailəsindən bir gəncin saxlanılmasını istəmirik. Kim qanunları pozacaqsa, qanuna müvafiq addımlar atılacağını da bilməlidir”.
Günün ikinci yarısı maskalı polislər "Sovetski" sakinlərinə və jurnalistlərə hücum etdi "Sovetski" sakinlərinin aksiyası sona çatdıqdan sonra gözlənilməz hadisə baş verdi.
Belə ki, "Sovetski" sakinləri evlərinə dağılışarkən polislər onlara hücum edərək, daha bir neçə nəfəri həbs etdilər. "Sovetski" sakinləri həbs edilən şəxslərin azad edilməsi üçün polislərə etiraz etdilər və onların aparılmasına cəhd göstərilən maşının qarşısını kəsməyə çalışdılar.
Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaradı. Polislər sakinlərə qarşı zor tətbiq etdi. Aldığımız məlumata görə, döyülənlər arasında mətbuat nümayəndələri də iştirak etdilər. Bir jurnalistin videokamerasının sındırıldığı bildirildi. Ətraf küçələr tam şəkildə polis nəzarati altına alındı.
ELMAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahim Mehdiyev «Sovetski» sakinlərini dinləmək istəmir

    İbrahim Mehdiyev «Sovetski» sakinlərini dinləmək ...

    25-08-2014, 16:17

  • 
  • Yox olan “Sovetski”- [Fotolar]

    Yox olan “Sovetski”- [Fotolar] ...

    4-02-2016, 21:06

  • 
  • Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır

    Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır ...

    9-03-2014, 13:42

  • 
  • İbrahim Mehdiyevin «Sovetski» maxinasiyası

    İbrahim Mehdiyevin «Sovetski» maxinasiyası ...

    29-03-2014, 15:14

  • 
  • Yasamal İcra Hakimiyyətində “Sovetski” korrupsiyası

    Yasamal İcra Hakimiyyətində “Sovetski” ...

    7-05-2014, 09:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (225)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu