GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mədət Quliyevlə bağlı müdhiş faktlar

Mədət Quliyevlə bağlı müdhiş faktlar

Tarix: 4-03-2014, 10:39 Bölmə :Manşet Baxış: 1 326
Mədət Quliyevlə bağlı müdhiş faktlar
Azadlıqdan məhrum etmənin azadlıqdan baha olduğu ölkə

Hər hansı bir səbəbdən cinayət törədərək cəmiyyətdən təcrid olunan,cəzaçəkmə müəssisələrinə göndərilən insanlar həmişə xüsusi diqqətə və qayğıya möhtacdırlar.Dövlətin əsas məqsədi məhbusları təkcə azadlıqdan məhrum etməklə cəzaçəkmə müəssisələrində saxlamaq yox,onların sözün əsl mənasında islah olunub,tərbiyələndirilib yenidən normal şəkildə cəmiyyətə inteqrasiya olunmasını təmin etməkdir.Bunun üçünsə ilk növbədə normal şəraitə və mühitə malik olan cəzaçəkmə müəssisələrinin formalaşması zəruridir.Həmin cəzaçəkmə müəssisələrində elə sistem formalaşdırılmalıdır ki,məhbusların psixoloji durumuna,cəmiyyətə normal inteqrasiya prosesinə mənfi təsir göstərən amillər aradan qaldırılsın.Lakin hazırki dönəmdə Azərbaycan məhbəslərində hökm sürən mövcud durum bunun tam əksini sübut edir.Müşahidələr və əldə olunan faktlar məhbəslərin nəinki məhbusları islah etmədiyini,əksinə bu sistemdə hökm sürən özbaşnalıqlar,rüşvət və korrupsiya mexanizmi ilə onların cinayət aləmində daha da möhkəmlənməsinə şərait yaratdığını göstərir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib ki,dünyanın heç bir yerində Azərbaycandakı kimi cəzaçəkmə müəssisələri tikilmir.Rəis daha sonra bildirib ki,hətta Avropa ölkələrinin Penitensiar xidmət rəhbərləri də Azərbaycanda olan Cəzaçəkmə Müəssisələrindəki şəraitə yaxşı mənada təəccübləniblər.Yəqin ki,Milli Qəhrəman Mədət Quliyev Avropalı həmkarlarına lətifədə deyildiyi kimi,cəhənnəmin reklamını göstərməklə onları təəccübləndirə bilib.Əslində isə bu gün cəmiyyətin ən ağrılı problemlərindən biri məhz Cəzaçəkmə Müəssisələrində hökm sürən despotizm,özbaşnalıq və rüşvətxorluqdur.Penitensiar Xidmət sisteminin müasir dünya standartlarına uyğunlaşdığını iddia edən cənab rəis isə yəqin ki,bu müəssisələrin hələ də köhnə sistemlə idarə olunmasından xəbərsiz deyil.Məhbəsin qapısından başlayan rüşvət mexanizmi məhbusu həbs müddətinin sonuna qədər “islah etməkdə” davam edir.Azərbaycanda azadlıqdan məhrum etmənin qiyməti azadlıqdan qat-qat bahadır.Bütün ölkə miqyasında olduğu kimi həbsxanalarda da qanunlar tam gücü ilə işləmir,məhbuslara qarşı münasibətdə ayrı-seçkilik,korrupsiya,qanunsuzluq baş alıb gedir.Tibbi,texniki,maddi təchizat,sosial və digər xidmətlər çox aşağı səviyyədədir.Həbsxanaların fəaliyyətinə,məhbusların saxlanılma şəraitinə,onların hüquqlarının təmin olunmasına bilavasitə məsuliyyət daşıyan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin fəaliyyəti isə geniş ictimaiyyət,cəmiyyət üçün qapalı,qeyri-şəffafdır.Xidmətin rəisi Mədət Quliyev Milli Qəhrəman adının ona verdiyi imtiyazlardan daha çox rəhbərlik etdiyi qurumda hökm sürən neqativlikləri,qanunsuzluqları ört-basdır etmək,mediadan uzaq durmaq məqsədləri ilə istifadə edir.Elə bu səbəbdən də həbsxanalar dövlət qanunları ilə yox,daha çox rəislərin qoyduğu qanunlarla idarə olunur.Məhz onun rəhbərliyi altında olan məhbəslərdə cəza çəkənlər nəinki etdiyi səhvlərdən nəticə çıxardaraq normal şəkildə cəmiyyətə inteqrasiya etmir,əksinə qanunsuzluğun və ədalətsizliyin hökm sürdüyü bir mühitdən daha da qisasçı və küskün şəkildə azadlığa çıxırlar.Azadlıqda olduğu kimi məhbəslərdə də dustaqlar varlılara və kasıblara,”ağlara” və “qaralara”,”burjuylara” bölünürlər.Mədət Quliyev Avropalı həmkarlarını daha çox onunla təəccübləndirə bilərdi ki,məhbəslərdə dustaqların və onların yaxınlarının hüquqlarını elə qapının ağzındanca pozmağa başlayırlar.Burada verilən qidalarla normal insanın yaşamasının qeyri mümkün olduğunu bilən məhbus yaxınları öz doğmaları üçün gətirdikləri sovqatı (peredaçanı) içəriyə ötürmək üçün 15-20 manat,bəzən isə daha çox rüşvət verməli olurlar.Bu kasıb təbəqədən olan insanların gətirdikləri “yüngül peredaçaların” qiymətidir.İçəridə pul hesabına heç də azadlıqdakından pis yaşamayan “burjuylar”ın “peredaçası”nın qiymətləri isə 150-200 manat və daha çox həddədir.Özü də bu sovqatlarda heç bir məhdudiyyət yoxdur.
Penitensiar Xidmətin məhbuslarla apardığı ilk “islah” işlərindən biri onların təcridxanadan “zon”lara bölünməsi prosesindən başlayır.Xidmətin baş idarəsindən birbaşa idarə olunan bu bölgüdə nisbətən yaxşı şəraiti olan “zon”lara düşmək istəyən məhbuslar 1000 manatdan başlayaraq 3-5 min manata qədər yüksələn məbləğlərdə rüşvət verməli olurlar.Xüsusilə 1,2,9,10 saylı həbsxanalar nisbətən “komfortlu” hesab olunur.Ən baha qiymətlər isə daha “lüks” şəraitli 6 saylı həbsxanaya düşmək üçün alınır.Penitensiar xidmət sisteminin əməkdaşları necə də olsa “köhnə paqonlara” xüsusi diqqət yetirirlər.Onların 9 saylı həbsxanada saxlanıldığı və buranın oğru qanunları ilə idarə olunmadığı bildirilir.Bura Penitensiar Xidmət əməkdaşları üçün xüsusi əhəmiyyətli bir “zon”dur.Hətta ümumiyyətlə həbsxana yeməklərindən imtina olunan bu məhbəsdə cəza çəkənlər üçün onların maddi durumuna müvafiq olaraq hər cür şərait yaradılmışdır.Təxminən 800-ə qədər məhbusun cəza çəkdiyi bildirilən bu həbsxananın ərzaq payını isə paytaxtın müxtəlif bazarlarından almaq olar.
Avropanı təəccübləndirən səbəblərdən biri də yəqin ki,həbsxanalarda sağlam-xəstə fərqi qoyulmadan 500-600 məhbusun eyni “barak”da saxlanması,adi məişət normaları olan istilik və ventilyasiya sistemlərinin olmaması faktlarıdır.Məhkumlar ən adi tibbi yardımdan,televiziyadan,mətbuatdan,informasiya almaq hüququndan məhrumdursa binəva avropalılar buna necə heyrətlənməsinlər.Məhbuslar 16-17 kvadrat metrlik kameralarda saxlanılır və bu balaca məkanda havalandırma sistemi,istilik sistemi yoxdur.Hələ də Azərbaycan məhbəslərində dustaqlara hava almaq üçün açılan “qarmoşkalar” var ki,bunu da yalnız pul müqabilində açdırmaq olar.Dünya standartlarını çoxdan “ötüb keçmiş” Azərbaycan məhbəslərində dustaqlar hələ də keyfiyyətsiz,mənşəyi bilinməyən qidalarla “bəslənirsə”,ən zəruri ehtiyaclarını evdən gələn “peredaçalarla” qarşılayırlarsa, Milli Qəhrəmanımızın bu “xidmətlərini” necə dəyərləndirməmək olar?Başdan ayağa xəstəlik mənbəyi olan zindanlarda tibbi xidmət səviyyəsi həddindən artıq pis vəziyyətdədir və xəstələr demək olar ki,öz hesablarına müalicə olunurlar.Köməksiz və maddi baxımdan imkansız olan məhbusun xəstələnməsi isə faciə deməkdir.Çünki,pulu olmayanlar xəstələnməklə əslində öz ölüm hökmlərinə qol çəkmiş olurlar.Bildirilir ki,müalicəyə getməyin qiyməti 150-200 manat,qapalı rejimdən müalicəyə getməyin qiyməti isə 300-500 manatdır.
Ölkənin bütün zindanları eyni dərəcədə dəhşətli durumdadır.Daha çox Avropa standartlarına uyğunluğu reklam olunan və az qala istirahət və əyləncə kompleksi kimi təqdim olunan Kürdəxanı həbsxanasının da bu tipli öz yazılmamış qanunları vardır.Burada da korpuslar hallı halına görə prinsipi ilə,yəni burjuylar və kasıblar arasında bölünüb.Pullu məhbuslar üçün hər cür şərait yaradılmasına baxmayaraq kasıblar hər cür təhqirlərə,alçaldılmalara məruz qalır,ən adi insani yaşayış şəraitindən məhrum olunurlar.”Burjuy” korpusuna düşmək üçün ilk əvvəl rəisin 500 manatdan 1000 manata qədər olan “hörmət”ini etmək gərəkdir.Daha sonra isə hər ay yenidən 200-300 manat ödəmək lazımdır ki,bu rahatlığını əlindən almasınlar.Kürdəxanı həbsxanası rəhbərinin bilavasitə PX rəisinə yaxın şəxs olması onun burada ğzünəxas “burjuy” qanunları tətbiq etməsinə şərait yaradıb.İndi burada məhbusla görüşmək üçün 100-150 manat rüşvət tələb olunur.Verilən məlumatlara görə, pul müqabilində burada məhbusların telefon saxlamasına da şərait yaradılır.Bu isə nə az nə çox 1500-2000 manata başa gəlir.Kürdəxanı həbsxanasında daha çox “burjuy”ların saxlanıldığını nəzərə alsaq burada hər ay məhbusların hesabına nə qədər pul qazanıldığını təsəvvür etmək çətin olmaz.Ona görədir ki,hər bir zon rəisinin ürəyindən belə bir “yağlı toçkaya” sahib olmaq keçsə də, bu şans ancaq Milli Qəhrəmanın ən çox dəyər verdiyi yaxın ətrafına nəsib olur.
Məhz həbsxana sistemində olan neqativ hallar,həbsxana rəhbərlərinin yarıtmaz fəaliyyəti nəticəsində məhbuslar normal qanunlarla yox, daha çox oğru dünyasının nüfuzlu şəxslərinin qoyduğu qanunlarla oturub durmağa üstünlük verirlər.Çünki həbsxana rəhbərliyi və bütün əməkdaşlar üçün yalnız pul əsas rol oynadığı üçün məhbuslar onlara heç bir etimad bəsləmir,oğru aləmindən olan nüfuzlu avtoritetlərə pənah aparmağa məcbur qalırlar.Mədət Quliyev müsahibələrində dəfələrlə vurğulayıb ki,həbsxanalar sırf ölkə qanunları ilə idarə olunur.Amma,onun bu iddialarına yəqin ki,heç özüdə inanmır.Çünki həbsxana rəhbərləri zonları öz qanunları ilə idarə etdikləri kimi,məhbuslar da adekvat olaraq öz oğru qanunları ilə yaşayırlar.Hətta yatmaq üçün normal yorğan-döşəyi belə evdən gətirməyə məcbur olan məhbuslardan hansı qanunlara hörməti gözləmək olar?Hamı bilir ki,pullu məhbuslar üçün heç bir həbsxana qanunları işləmir,onlar hətta istədikləri vaxt içəriyə qadın da gətizdirə bilərlər.Amma hüquqsuzluqdan,dözülməz şəraitdən bezərək etiraz edən məhbuslar isə zindanlarda ən dəhşətli şəkildə işgəncələrə məruz qalırlar.Bütün bunlardırmı Avropa həbsxanalarının rəhbərlərini heyrətləndirən,”yaxşı mənada” təəccübləndirən?Penitensiar Xidmətdə bir Milli Qəhrəmanın rəhbərliyi dövründə bu qədər fəlakətli vəziyyət yaranıbsa,məhbuslar bütün insan hüquqlarından məhrum olunubsa, onlardan sabah bu ölkəyə,cəmiyyətə hansı müsbət münasibəti gözləmək olar?
Bu gün həbsxanalara heç bir ictimai nəzarət mexanizmi mövcud deyil və bu Penitensiar Xidmət rəhbərliyi tərəfindən qəsdən təşkil olunmur.Azərbaycan zindanlarında məhbuslar təkcə azadlıqdan məhrum olunmurlar,bura həm də haqqın,ədalətin,insanlığın bittiyi yerdir.Allah bütün bağlı qapıları açsın,onda məhbus siyahılarında yeni-yeni adlar da görmək olar.
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədət Quliyev: “Cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişafına icazə vermirik”

    Mədət Quliyev: “Cəzaçəkmə müəssisələrində oğru ...

    12-12-2013, 12:24

  • 
  • Gülər Əhmədovaya hökm oxundu - 3 il

    Gülər Əhmədovaya hökm oxundu - 3 il ...

    2-12-2013, 16:15

  • 
  • “Hicab məhbusları"na hökm oxundu

    “Hicab məhbusları"na hökm oxundu ...

    3-06-2013, 14:14

  • 
  • Azərbaycanda cəzaçəkmə müəssisələrində HİV-ə yoluxanların sayı artıb

    Azərbaycanda cəzaçəkmə müəssisələrində HİV-ə ...

    25-06-2013, 13:18

  • 
  • Cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar edilib

    Cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar ...

    24-12-2013, 11:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu