Bu gün Nərimanov rayon Məhkəməsində Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan daha bir qrupa hökm oxunub.
Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə Ramil Vəliyev 6 il 6 ay, Elşad Rzayev 6 il, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev 2 il, Elçin Məmmədov 1 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunublar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?