GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda vəhabilərin inanılmaz siyasi gedişləri - FOTOLAR

Azərbaycanda vəhabilərin inanılmaz siyasi gedişləri - FOTOLAR

Tarix: 12-03-2014, 20:23 Bölmə :Manşet Baxış: 1 480
Azərbaycanda vəhabilərin inanılmaz siyasi gedişləri - FOTOLAR
Əlixan Musayev rəsmi dövlət saytında “nüfuzlu din alimi” kimi təqdim olunub

Əlixan Musayev adı Azərbaycan oxucusuna daha çox terror hadisələri ilə hallanan şəxs kimi tanışdır. Mədinədə təhsil alan bu şəxsin bir zamanlar rəhbərlərindən biri olduğu sələfi camaatı tərəfindən qəbul edilməməsi, tələbə yoldaşlarının onunla əlaqələri kəsməsi haqqında deyilənlərə inamı gücləndirir.Bir müddət öncə Türkiyədə İran lobbisinin əsas adamlarından biri, Hizbullahı dəstəkləyən Mustafa İslamoğlu ilə görüşərək, sələfilərlə İranın münasibətlərini normallaşdırmaq planının icraçılarından olan Əlixan Musayevin daha sonra təkfirçi və cihadçıların sevimlisinə çevrildi. Qamət Süleymanov və digər Mədinə tələbələrinə “tağuta sitayiş edən” yarlığını vurub, “qətli vacib, malı halal” prinsipi ilə yanaşan radikallar hər nədənsə Əlixan Musayevi onlardan ayırdılar. Ə.Musayevin vəəzlərini dinləyənlərin onun haqqında dedikləri bu şəxs haqqında müxtəlif fikirlərin ortaya çıxmasına səbəb oldu.
Bəzilərinə görə, cihadçıların ideoloji lideri olan bu şəxs digər bir qrupa görə, Azərbaycanın “darül sülh” olmadığını iddia edənlərin başında gəlir. Bir qism isə onun siyasətə qarışmadığını iddia edir. Buna səbəb isə Əlixan Musayevin siyasətçi kimi davranaraq, hər məclisdə “nəbzə görə, şərbət verməsidir”.
Məsələn, Mustafa İslamoğlunun “Hilal” telekanalına müsahibə verərkən, uşaqbazlıq üstündə həbs olunmuş şəxsin şəninə təriflər yağdırarkən, bu işin üstü açılanda, “mən onu tanıyanda elə məsələlər yox idi” deyərək, “köçünü sudan çıxarmağı bacarandır.
Və ya sosial şəbəkələrdə yayılan xəbərlərdə Əlixan Musayevin artıq Azərbaycanın cahil olmadığını dediyi bildirilir. Bu “cahil” məsələsi hansı anlama gəlir? Azərbaycan müstəqillik qazandıqdan sonra 70 illik əsarət nəzərə alınaraq, bu ölkədə İslami şərtlərin tam yerinə yetirilməməsi İslam alimləri tərəfindən “müsəlman ölkə” olmağımıza əngəl olmamışdı. Əsarətdən çıxan müsəlman ölkəsi olaraq, “darül sülh” olmağımıza qənaət gətirilmişdi. Yəni, “sülh evi” anlamına gələn ərazilərdə hər hansı bir terror əməliyyatının keçirilməsi qadağan edilir və ölkə başçısının müsəlman olması vurğulanırdı. Bu hökm əslində Azərbaycanda baş verə biləcək bir çox fəsadların önünü qapadırdı.
Əlixan Musayevin “cahillik” söhbəti isə o anlama gəlir ki, artıq Azərbaycanda islamı bilən bir nəsil var və hər hansı bir islami məsələlərlə bağlı xəta qəbuledilməzdir. Bu isə əslində ölkədəki cihadçı və təkfirçilərin mövqeyi ilə üst-üstə düşür. Əlixan Musayevin bu mövqeyi ilə həyat yoldaşı Suriyada şəhid olan qadının suçlamaları arasında ciddi paralellik mövcuddur.
Həyat yoldaşının Əlixan Musayevin söhbətlərinə getdikdən sonra Suriyaya getdiyini deyən qadının sözləri Sosial şəbəkələrdə yazılanları da təsdiqləyir. Əlixan Musayevin xəvaric və cihadçıların arasında ciddi nüfuz sahibi olması, hətta Suriya ilə bağlı ikibaşlı açıqlama verməsinə rəğmən görülməkdədir.
Onlarla ailənin həm Qaraçuxurda, həm Müşfiqabadda övladlarının Suriyaya getməsində suçladıqları Əilixan Musayevin “toxunulmazlığı” isə başqa iddiaların ortaya çıxmasına səbəb olmaqdadır.
Bir çoxları hesab edir ki, Əlixan Musayevin bir missiyası var və bu səbəbdən də, ona “gözün üstə qaşın var” deyilmir.
Ölkədə birmənalı qarşılanmayan bir cərəyanın lideri olan, keçmişdə radikalların şeyxi Səlimin yaxın tərəfdaşı, Mustafa İslamoğlunun təbliğatçısı və Suriyaya “cihadist” ixrac edən məscidlərin kilid ismi olan Ə.Musayevin rahat fəaliyyəti öz növbəsində şübhələri ortaya qoyur.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında “Azərbaycanda İslam” başlıqlı bölməsində Azərbaycanın tanınmış İslam alimləri Şeyxülislam Əhməd Hüseynzadə, Axund Ağa Əlizadə, Vasim Məmmədəliyevlə yanaşı Əlixan Musayevin tanınmış İslam alimi kimi təqdim edilməsi bu şübhələrə bir az aydınlıq gətirir. Azərbaycanla bağlı yaradılmış rəsmi səhifələrdən götürülmüş məlumata Əlixan Musayev və Hacı Şahin Həsənlinin adının əlavə edilməsi Azərbaycanda İslamı yenidən dizayn etmək istəyənlərin sonrada etdikləri görünməkdədir.
Bu həm də Əlixan Musayevin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədri Elşad İskəndərovun oyunlarının icraçısı olması ilə bağlı iddiaları gücləndirir. Digər Mədinə tələbələrindən fərqli olaraq, Əlixan Musayevə dövlətin qapılarını taybatay açan və ekspert kimi qəbul edən komitə sədrinin ondan “Troya atı” kimi istifadə etdiyi vurğulanır.
Ancaq o da vurğulanır ki, aldatma məharəti yüksək olan Musayevin komitə sədrinə də kələk gəlib. Belə ki, komitə sədrinin “Qarabağ azanı” proyektinə dəstəyini ifa etdikdən sonra onu qınayanlara “mənim dinlədiyim azanda əlavələr yox idi” deyərək, köçünü sudan quru çıxaran Əlixan Musayevin bu yaxınlıqdan daha çox rəqiblərini zərərsizləşdirib, qovulduğu məscidləri təkrar geri almağı hesabladığı bildirilir.
Lakin geri aldığı məscidlərdə radikallığın nəzərə çarpacaq səviyyədə artması Ə.Musayevin komitə sədrinə bir o qədər də faydalı olmadığını ortaya qoyur. Yəni, komitə sədri Əlixan Musayevdən dövlət naminə yararlanmaq yerinə, bu şəxs dövlət “bronjlet”i ilə xaricdəki dostlarının ideyalarını rahat şəkildə yaymaqdadır. Yəni, Əlixan Musayev başqalarının planlarını həyata keçirsə də, kənardan bu elə təsir bağışlayır ki, liberal sələfiləri radikallığa sürükləmək cəhdinin sifarişini komitə sədrindən alıb.
Özünü Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sələfiləri üzrə təqdim edərək, bu cərəyandan olanların üzərində “domokl” qılıncı kimi əsən Əlixan Musayevin adının dövlətin rəsmi saytlarında nüfuzlu islam alimlərimizlə yanaşı çəkilməsinin də bundan qaynaqlandığı vurğulanır.
Tələbələri Suriyada, Əfqanıstanda “cihad”da iştirak edən şəxsin komitə tərəfindən bu qədər müdafiə olunması anlaşılan hal deyil. Sosial şəbəkələrdə yayılan xəbərlərdə iddia olunan kimi dövlət komitəsi bu yolla sələfilərdən dövlətə düşmən düzəltmək istəyirsə ki, buna inanmaq istəməzdik, artıq plan çökmüşdür. Artıq sələf camaatı Əlixan Musayev barədə məlumatlı olduqlarından onun tərəfdarlarının da qızışdırmaq cəhdi də fiaskoya uğramışdır.
Azərbaycanda vəhabilərin inanılmaz siyasi gedişləri - FOTOLAR
Azərbaycanda vəhabilərin inanılmaz siyasi gedişləri - FOTOLAR
Azərbaycanda vəhabilərin inanılmaz siyasi gedişləri - FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda sələfi qruplar arasında dava qızışır - Video

    Azərbaycanda sələfi qruplar arasında dava qızışır ...

    30-01-2014, 17:58

  • 
  • Gənclərimizi İŞİD-ə qoşulmağa səsləyən Əlixan Musayevin daha bir gizli səs yazısı ortaya çıxdı – (Video izlə)

    Gənclərimizi İŞİD-ə qoşulmağa səsləyən Əlixan ...

    30-03-2016, 17:45

  • 
  • Əlixan Musayev Hacı Şahindən nə istəyir?

    Əlixan Musayev Hacı Şahindən nə istəyir? ...

    14-05-2014, 10:14

  • 
  • Elşad İsgəndərovun “vurulması”nın ilginc sirri

    Elşad İsgəndərovun “vurulması”nın ilginc sirri ...

    6-05-2014, 09:20

  • 
  • “Qamət Süleymanov İslama və müsəlmana yaraşmayan vasitələrə əl atır”

    “Qamət Süleymanov İslama və müsəlmana yaraşmayan ...

    14-01-2014, 12:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu