Vəhabi lideri ilə şiə lideri arasında hansı əlaqələr var?
Azərbaycan xəvariclərinin ideoloji lideri, adı daha çox radikal vəhabilərin Suriyaya yollanılmasında hallanan Əlixan Musayev Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənliyə minnətçi düşüb. Xəvariclərin ideoloji lideri Hacı Şahindən Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə aralarında olan konfliktin ortadan qaldırılması və şeyxlə xəvariclərin liderinin münasibətlərinin normallaşdırılmasını xahiş edib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, adı şeyxin qara dəftərinə düşən Əlixan Musayev «hacc kvotası»ndan məhrum edilib. Bu isə Əlixan Musayevin maddi maraqlarına ciddi ziyan vurduğuna görə xəvariclərin lideri problemin həlli üçün şiə camaatının nüfuzlu ruhanilərindən biri Hacı Şahinə ağız açıb. Daxil olan məlumatda göstərilir ki, hər il Qafqaz Müsəlmanları İdarəsi ölkədə fəaliyyət göstərən müxtəlif dini icmaların və camaatların liderlərinə Həcc ziyarətinə ziyarətçiləri yola salmaq üçün kvotlar ayırır. Eyni zamanda həmin kvota xəvariclərin liderinə də hər il ayrılıb. Məlumatda göstərilir ki, hər il Əlixan Musayevə 250 nəfərlik kvota ayrılıb. Bu kvotadan isə Əlixan Musayevin gəliri təqribən 15-20 min manat olub. Çünki hər bir ziyarətçidən alınan ziyarət pulunun üzərinə minimum 500 manat əlavə olunur. Bildirilir ki, ötən il həcc ziyarətinə gedən xəvariclərlə Kəbədə problem yaşanıb. Qalmaqala səbəb isə xəvariclərin həcc namazı qılındığı zaman Hacı Salmanın arxasında namaz qılmaqdan imtina etməsi olub. Belə ki, daxil olan məlumata əsasən xəvariclər Hacı Salmanın dövləti təmsil etdyini əsas gətirərək onun imamlığı altında namaz qılmaqdan imtina ediblər və istər şeyxin, istər Hacı Salmanın, istərsə də Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndiriblər. Məlumata əsasən, bu qalmaqaldan və Suriya və digər məsələrlə bağlı «başı ağrıyan» şeyx xəvariclərin liderini «kvota»dan məhrum edib. Daha əvvəl isti münasibətlərdə olduğu Elşad İsgəndərov vasitəsi ilə «kvota»sını alacağından əmin olan Əlixan Musayev İsgəndərov vəzifədən alındıqdan sonra ciddi təşviş içinə girib. Elə buna görə də Əlixan Musayevin Hacı Şahinə minnətçi düşdüyü bildirilir. Lakin məlumatda bildirilir ki, son zamanlar şeyxlə münasibətlərində Elşad İsgəndərov gərginliyi yaşayan Hacı Şahinin də sözü şeyxin yanında keçməyə bilər. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq... Toğrul ƏLİYEV
Sorğu
Yeni dizaynımız necədir?