GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Büdcəni talayan başçıların şok siyahısı - “Gündəm-xəbər”də...

Büdcəni talayan başçıların şok siyahısı - “Gündəm-xəbər”də...

Tarix: 16-03-2014, 12:38 Bölmə :Manşet Baxış: 2 684
Büdcəni talayan başçıların şok siyahısı - “Gündəm-xəbər”də...
Dövlətin pulunu havaya sovuran icra hakimləri yola salınır,
Bakı meri də cərgədədir, mərkəzi hökumət onların “qara siyahısı”nı tutub;
Siyavuş Novruzov iqtidarın sensasion əməliyyatının mesajını verdi


Novruz bayramından sonra icra başçılarının çoxu istefaya göndəriləcək. Hazırda Prezident Administrasiyasında siyahı hazırlanır. PA-da bu prosesə nəzarət edənlər hansı bölgələrdə daha çox narazılıq, şikayət olmasının monitorinqini aparır, büdcədən ayrılan vəsaitlərin xərclənməsində hansı merin korrupsiyaya daha çox yol verməsi təftiş edilir.
İqtidar daxilində gedən müzakirələrdə rektor-deputatların universitetlərdən uzaqlaşdırılmasının davamı kimi icra hakimiyyətlərində də ciddi kadr islahatları həyata keçiriləcək. Əldə etdiyimiz məlumata görə, dövlətin pulunu havaya sovuranların siyahısı tutulur və onların işdən çıxarılıb, başqa regionlara icra başçısı bir daha təyin olunmayacağı proqnozlaşdırılır.
Bu mesajın qaranquşu olaraq YAP-çı deputat Siyavuş Novruzov hökumətdən icra başçılarının dövlət vəsaitinin havaya sovrulmasının qarşısını almağa çağırıb.
Deputatın həmişə bir mövzuya toxunmasının arxasında hökumətin bir əməliyyat planı dayanır.
Əvvəlcə onun dilindən tirajlanır, mediaya buraxılır, ardınca icrasına başlanır. S.Novruzovun da çıxışı icra başçılarının istefasına hesablanmış addımdır.
Mötəbər mənbədən “Gündəm-xəbər”ə daxil olan məlumatda bildirilir ki, ara-sıra icra başçılarının istefaya gedəcəyi barədə xəbərlər yayılır. Amma, təsdiqini tapmır. Bu dəfə məsələ ciddiləşib. Hökumət 2014 siyasətində böyük dəyişikliklər etməsə də, bəzi nazirlərin də postundan uzaqlaşacağı nəzərdə tutulub.
O cümlədən, icra hakimlərinin “qara siyahısı” hazırlanır və ölkə rəhbərliyinin masasına qoyulacaq.
Mənbə bildirir ki, hələ seçkidən əvvəl hakimiyyət ölkəni risk qruplarına bölündüyünü bilirdi. İqtidarın daha çox narahat olduğu rayonların icra başçılarının qarşısına seçki ilə bağlı mühüm vəzifələr qoyulmuşdu.
Onlar bunun öhdəsindən gəlsələr də, tez-tez boşluqlara yol verir, əhalinin fəallaşması, ayağa qalxması, mərkəzi hökumət üçün baş ağrıya çevrilməsi üçün zəmin yaradırlar. Artıq siyahıda Bakıdan - Binəqədi, Nəsimi, Səbayel rayonlarının adları çəkilir.
Əyalətlərdə isə siyahı daha böyükdür - Xaçmaz, Xızı, Siyəzən. Xeyli vaxtdır ki, bu rayonların barəsində ard-arda şikayətlər gəlir. Sabirabad-Saatlı, Lənkəran-Astaranın da siyahıda olduğu deyilir. Taleh Qaraşov və Qəzənfər Ağayev postunu itirə bilər.
Mənbə qeyd edir ki, Ağcabədi, Beyləqan, Bərdənin şefləri də taxtdan salınır. Ən əsası isə Bakı və Sumqayıtın icra başçıları - Hacıbala Abutalıbov və Eldar Əzizovla vidalaşmağın zamanı çatıb. Kürdəmirin icra başçısı İrşad Əliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Salyanın icra başçısı Tahir Kərimov, Bərdənin başçısı Vidadi İsayev, Şəmkir rayon icra başçısı Nazim Veysov, Gədəbəyin başçısı Ramiz Yediyarovun istefası iddia olunur.
Elə Siyavuş Novruzov da bildirib ki, icra başçıları yerlərə təyin olunan kimi mövcud parkları sökür, insanların istirahətinə maneçilik törədirlər: “Əgər icra başçıları bu parkları bəyənmirlərsə, onda bundan daha yaxşılarını tiksinlər.
Bir icra başçısını yenisi əvəz edəndə o köhnə icra başçısının gördüyü işlərin üstündən xətt çəkmək üçün onun bütün gördüklərini sökməyə başlayır. Məsələn, yeni icra başçısı köhnə icra başçısının təmir etdiyi yolu sökür. Gördüyü abadlıq işlərini məhv edir.
Orda yenidən bu işləri görməyə başlayır. Amma həmin təmir olunmuş yol və ya qonşu küçə isə bərbad vəziyyətdədir. Amma buna diqqət yetirmir. İcra başçıları bu işi o görülən işlərdən bir neçə dəfə bahasına görür.
Dövlət vəsaitini lazımsız yerə havaya sovurur. Ona görə də hökumət, Maliyyə Nazirliyi rayonlara ayrılan bu dövlət vəsaitlərinə nəzarəti gücləndirməlidir və bu halların qarşısının alınmasına çalışmalıdır”.
Qaynağımız qeyd edir ki, bu günə qədər hakimiyyətə ən çox narahatlıq yaradan rayonlardakı başçılar olub.
Onların yersiz hərəkətləri, özbaşına addımları və büdcə talançılığına görə üsyanlar baş qaldırıb. Hökumətin illik planına görə icra başçıları yenilənməli, onları tanınmayan kadrlar, problemsiz məmurlar əvəz etməlidir.
Hakimiyyət bəzi icra başçılarına cinayət işi açmaq, onların korrupsiya dosyesini hazırlamaq planlarını da qüvvədə saxlayıb. Qarşıdakı aylarda, xüsusilə bayramdan sonra yeni proseslər cərəyan edəcək. Hətta bayramdan sonra prezident müşavirəsində hay-küylü bəyanatlar olacağı da istisna olunmur. Beləliklə, icra hakimiyyətlərində büdcə pullarını külə sovuran, daş-divara xərcləyən başçılar üçün həyəcan təbili çalınıb.
Təşviş içərisində olan icralar hərəkətə keçib, özlərini müdafiə yollarını axtarmaqda davam edirlər. Mənbənin iddiasına görə, nazirlərin rayonlarda keçirdiyi qəbulların və daxil istifadə üçün keçirilən sorğuların nəticələri analiz edilib və arzuolunmaz nəticələr ortaya çıxıb. Məlum olub ki, narazılıqların kökündə icra başçılarının yarıtmaz fəaliyyəti durur.
Siyasi hakimiyyətə etimadsızlıq mühitinin yaranması da buradan qaynaqlanır. İcra başçılarının rayonda “öz qaydaları”nı yaratması sosial narazılıqların siyasi hakimiyyətə qarşı yönəlməsinə səbəb olur ki, bu da Quba və İsmayıllı olaylarında çılpaq şəkildə ortaya çıxdı.
Prezident Administrasiyasının sosioloji sorğu xidmətinin daxili istifadə üçün keçirdiyi sorğunun nəticələri analiz edilib. Bəlli olub ki, əhalinin hakimiyyətdən narazılığının kökündə korrupsiyadan sonra ikinci yerdə məmur özbaşınalığı durur. Respondentlərin 80 faizi məmur özbaşınalığından əziyyət çəkir.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hansı rayon başçıları ilə bağlı qərar verildi

    Hansı rayon başçıları ilə bağlı qərar verildi ...

    18-11-2013, 15:26

  • 
  • Deputatların siyahısı məhkəməyə göndərilir

    Deputatların siyahısı məhkəməyə göndərilir ...

    16-11-2015, 13:53

  • 
  • YAP-ın namizədlərinin siyahısı açıqlandı

    YAP-ın namizədlərinin siyahısı açıqlandı ...

    22-10-2014, 22:20

  • 
  • “Qara siyahı”ya düşən icra başçıları

    “Qara siyahı”ya düşən icra başçıları ...

    28-03-2015, 20:32

  • 
  • Ən dəbli birinci xanımların - Siyahısı

    Ən dəbli birinci xanımların - Siyahısı ...

    11-10-2013, 15:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu