16 RAYONUN İCRA BAŞÇISI DƏYİŞDİRİLİR: KADR İSLAHATLARI DA OLACAQ Hələ bir neçə gün əvvəlindən məlumat verərək bildirmişdik ki, artıq hakimiyyətin kadr islahatları siyasəti yerlərə də keçid etməkdədir. Bu barədə Demokratiya.info-ya hökumət içindəki qaynaqlar tərəfindən ötürülən məlumatda aşağıdakı rayonların icra hakimiyyəti başçılarının dəyişdiriləcəyi iddia olunur.
Bildirək ki, əldə etdiyimiz siyahıda adları göstərilən icra başçılarının bəzilərinint başqa bir rayona transferi də nəzərdə tutulub. Yəni bu o deməkdir ki, siyahıda adları yer alan başçıların hamısı «vurulmuş» hesab olunmur.
Beləliklə, siyahı ilə tanış olun:
Bakının;
Suraxanı,
Xətai,
Qaradağ,
Xəzər,
Sabunçu rayonlarının icra başçıları dəyişdiriləcək.
Əyalət rayonlarından isə;
Siyəzən,
Qusar,
Zaqatala,
Xaçmaz,
Qazax,
Gədəbəy,
Şəmkir,
Lerik,
Ağdam,Quba və Hacıqabul rayon icra başçılarının vəzifələrindən alınması gözlənilir.
Onu da bildirək ki, gələn məlumatlar içində yerli icra strukturlarında da kadr islahatlarının aparılacağı söylənilir. Və ən maraqlı olanı isə odur ki, bu islahatlar zamanı çoxdandır barəsində danışılan gəncləşdirmə siyasəti prioritet təşkil edəcək.
Sorğu
Yeni dizaynımız necədir?