GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakı kommunistlərinin “vətənə xəyanəti”

Bakı kommunistlərinin “vətənə xəyanəti”

Tarix: 27-03-2014, 08:58 Bölmə :Manşet Baxış: 793
Bakı kommunistlərinin “vətənə xəyanəti”
Azərbaycan kommunistləri Putinin Krımı işğal etməsinə dəstək verdilər

Bütün dünya Rusiyanın Ukraynanı işğal etməsinə etiraz səsini ucaltdığı bir vaxtda Azərbaycanda bir qrup özünü kommunist adlandıran şəxs Putinə dəstək məktubu göndərib. Hələ də dahi Leninin kommunizm ideyalarının xülyasından ayılmayan bolşevik həmvətənlərimiz Rusiyanın Ukrayna və Suriyada sərgilədiyi mövqeyi cani-dildən bəyəndiklərini bildirib, daha sonra uzun sürən gurultulu, sürəkli alqışlarla Putin yoldaşı on yeddi dəqiqə əlli doqquz saniyə ayaq üstə alqışlayıblar. Bu barədə Azadlıq radiosuna müsahibə verən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komutəsinin 1-ci katibi (dağılasan, ay dünya) yoldaş Telman Nurullayev bildirib ki, müraciəti yaxşı ziyalılar, sovet alimləri, sovet vətəndaşları birlikdə imzalayıblar. Amma kommunistlərin lideri nədənsə bu yaxşı insanların adını çəkməyib. Düz də eləyib, yoxsa Lenin babanın ləyaqətli nəvələrinə xırda burjuaziyanın gözü dəyər.Yoldaş Nurullayev dərin məzmunlu çıxışında vurğulayıb ki, artıq Avropa ölkələrinin əksəriyyəti sosializm yolunu tutmaq üzrədir. Dahi kommunist dünyada demokrtiyanın ən inkişaf etdiyi ölkələrin adlarını da açıqlayıb. Leninin mövzoleydəki nigaran ruhuna and içən Telman müəllim deyib ki, Çin, Kuba, Korya, Vyetnam kimi ölkələr demokratiyanın simvoludur. Sən demə, Qərbin qocaman demokratiyaları artıq buksovat eləyirlər və Putin müəllimə minnət eləyirlər ki, bir-iki dənə samalsvat ZİL, ya da KAMAZ göndərsin ki, bu ölkələr də çuxurdan çıxıb inkişaf yoluna qədəm qoysunlar.
Nərimanovun, Həmid Sultanovun, Ruhulla Axundovun layiqli davamçısı olan çağdaş kommunistlərimiz Vladimir Vladimir oğlunu dürtmələyiblər ki,( Evin yıxılsın Facebook) daha bəsdir müstəqil olduğumuz, tez özünü yetirib bir SSRİ fason birlik yaradaraq biz yetimləri öz qanadının altına al. Qorbaçovun nəsil-əcabətini kommunistsayağı yad eləyən yoldaş Nurullayev SSRİ-nin dağılmasını 3 nəfər əksinqilabçının ( Belovej sazişini imzalayan Rusiya, Ukrayna və Belorus prezidentlərini nəzərdə tutur) tarixi səhvi və demokratiyaya vurulan böyük zərbə adlandırıb. Milli hisləri fontan vuran inqilabçı rəhbər bildirib ki, əgər SSRİ bərpa olunsa, Qarabağ problemi də tezliklə həll olunacaq, çünki ittifaq dağılarkən bu münaqişənin açarı səhvən yaddan çıxıb Kremldə qalıb. Düzdür, kommunistlərin yaddaşlarında bəzi qüsurların hər zaman olduğunu nəzərə alsaq, bolşevik həmvətənimizə haqq qazandırmaq olar. Çünki, Nurullayev yoldaş Qarabağ probleminin elə Rusiya tərəfindən yaradıldığını unudub.Neyləmək olar, sevginin gözləri kor olur, dahi Lenin və Putin yolunda bir Qarabağ nə olan şeydir ki, onun da razborkasını aparaq. Məgər Telman müəllimin kommunist babaları XX əsrin iyirminci illərində iyirmi min kvadrat kilometrdən çox torpaqlarımızı qardaş erməni xalqına güzəştə getmədilərmi? 37-ci ildə on minlərlə ziyalılarımız, şair və yazıçılarımız əksinqilabçı kimi güllələnmədimi? Milli kimliyimiz, dilimiz, tariximiz dəyişdirilərək kommunistləşdirilmədimi? Bütün bunların hamısı demokratiya uğrunda edilirdi, amma təəssüf ki, müstəqillik əldə etməyimiz bu parlaq əməlləri yarımçıq qoydu. Yoldaş Nurullayev uzaqgörənliklə bildirib ki, biz yalvar-yaxar mütləq Rusiyanın tərkibinə daxil olmalıyıq. Yoxsa neftimiz tükənəndən sonra Qərb ölkələri bizdən üz çevirəcək, onda iməkləyə-iməkləyə Kremlin qarşısında zar-zar ağlayacağıq.
Axşam-sabah yeni ittifaqın planlarını çızan Telman yoldaş (adamın yadına Ernest Telman düşür) deyib ki, bu birlikdə ikinci katib rus olmamalıdır. Məsləhətdir ki, bu vəzifədə mirzoyanların, mikoyanların, beriyaların nəvələrindən biri otursun ki, qardaşlıq ölkəsinin şanlı adına xələl gəlməsin.Krımda keçirilən referendumdan ruhlanan bolşevik həmvətənimiz ərz edib ki, bizdə də referendum keçirilsə, əksəriyyət Rusiya ilə birləşməyə səs verər. Kolxozçuların, zərbəçilərin, fəhlələrin, sosialist əməyi qəhrəmanlarının canına and içən KP MK-nin 1-ci katibi oliqarxlarımızı günahlandırıb ki, onlar bu ittifaqa girməyimizə mane olurlar. Yoxsa 100-150 manat müavinət alan hansı vətəndaş müstəqillik tərəfdarı olar. Uzaq qohumdan yaxın qonşu yaxşıdır deyərək Avropaya yıxılmaqdansa, Rusiyaya yıxılmağın üstünlüyünü əsaslandıran bolşevik Telman bütün oktyabryatları, pionerləri, komsomolçuları bir olmağa, yoldaş Putinin cahanşümal əməllərinə dəstək verməyə çağırıb.
Cümlə cahan proletarları birləşin! Yoldaş Nurullayevin qırmızı bayrağı altında birləşərək böyük rus xalqının qarşısında günahlarımızı etiraf edərək yeni ittifaqın yaranmasına “HƏ” deyək! Yaşasın Azərbaycan kommunistlərinin dahi rəhbəri Telman müəllim Nurullayev yoldaş!
SƏRDAR MUSA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin rus millətçilərini hiddətləndirib

    Putinin rus millətçilərini hiddətləndirib ...

    13-12-2012, 12:52

  • 
  • Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ETİRAZ

    Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ...

    9-12-2013, 11:18

  • 
  • Karl Marks, Ramiz Mehdiyev və Fəzail Ağamalı…

    Karl Marks, Ramiz Mehdiyev və Fəzail Ağamalı… ...

    1-05-2013, 12:46

  • 
  • ABŞ senatoru Putinə görə Azərbaycana xəbərdarlıq etdi

    ABŞ senatoru Putinə görə Azərbaycana xəbərdarlıq ...

    1-05-2014, 10:30

  • 
  • Azərbaycanlıların Putinə qarşı etirazı

    Azərbaycanlıların Putinə qarşı etirazı ...

    9-03-2014, 12:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu