Prezidentin Lenin mavzoleyi haqqında fikirləri birmənalı qarşılanmır
gundemxeber.az Leninin nəşinin Mavzoleydən çıxarılması məsələsi ətrafında mübahisələr Rusiyada 1980-ci illərin sonundan səngimək bilmir. Prezident Vladimir Putinin “Qızıl meydanda Lenin mavzoleyinin mövcudluğu dünya dini ənənələrin davamı kimi qəbul olunmalıdır” fikri rus millətçiləri və pravoslav fəalların etirazına səbəb olub. Bazar ertəsi günü vəkilləri ilə görüşən Putin Lenin mavzoleyinin Rusiyanın tarixi və dini ənənələri ilə heç bir əlaqəsi olmadığı fikrilə razılaşmayaraq, nümunə kimi Kiyev-Pechersk monastırında müqəddəslərin nəşinin saxlanmasına diqqəti çəkib. "Bu, artıq bütün cızıqları keçmək deməkdir" , "Ruslar" hərəkatının lideri Dmitri Demuşkin BBC-ə deyib. Rus millətçi liderlərindən birinin təbirincə, Putin bir çox pravoslav və kazak təşkilatlarının dəstəyini itirə bilər. Öz növbəsində, pravoslav fəalı Dimitri Tsorionov BBC Rus xidmətilə müsahibəsində prezidentin sözlərindən narahat olduğunu qeyd edərək deyib ki, "paytaxtın mərkəzində Lenin nəşinin qalması müqəddəslərin nəşinə bəslənən hisslərin təhqir edilməsi deməkdir”. "Kommunist rejiminə bəraət qazandırıla bilməz. Bolşevizmi rəsmən Nürnberq məhkəməsinə bənzər prosesdə mühakimə etmək lazımdır", Tsorionov deyib. Bazar ertəsi vəkillərilə görüşən Putin Kommunist ideologiyasının əsas prinsiplərinin ənənəvi dünya dinlərindən götürüldüyünü qeyd edib. "Kommunizm qurucusunun kodeksinə baxın – oradakı əsas müddəalar Tövratdan götürülüb", Rusiya prezidenti bildirib. Putinin təbirincə, Mavzoleyin yaranması ideyasının özünün dini kökləri var: “Afon monastırına baş çəkin, orada müqəddəslərin nəşi saxlanılır. Komunistlər bu ənəni mənimsəyiblər və bunu məharətlə, zamanın tələbinə uyğun bir tərzdə ediblər". Leninin cənazəsini dəfn etmək çağırışları Rusiyada 1980-ci illərin sonlarından səsləndirilməyə başlanıb. Eyni zamanda söhbət YUNESKO-nun siyahısına daxil edilmiş Qızıl meydanda yerləşən mavzoleyin sökülməsindən söhbət getmir. Rus Pravoslav Kilsəsi bu məsələdə bitərəf mövge tutmaqda davam edir. Rus Pravoslav Kilsəsinin rəhbərliyi dəfələrlə bildirib ki, Lenin nəşinin dəfn edilməsinə çağırış edənləri hadisələri qabağlamamağa çağırır və bu ideyanın tələsik olduğu barədə Kremlin mövgeyini bölüşür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?