GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ərdoğan və İlham Əliyev nurçularla bağlı sualları cavablandırdı

Ərdoğan və İlham Əliyev nurçularla bağlı sualları cavablandırdı

Tarix: 6-04-2014, 14:24 Bölmə :Manşet Baxış: 794
Ərdoğan və İlham Əliyev nurçularla bağlı sualları cavablandırdı
Bakıda Türkiyə və Azərbaycan prezidentləri mətbuat konfransı keçirdilər

Ərdoğan Bakiya gəldi

Aprelin 4-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi. Türkiyə Baş Nazirliyinin açıqlamasında bildirilir ki, bir günlük səfər zamanı Ərdoğan prezident İlham Əliyevlə görüşəcək. Türkiyə-Azərbaycan arasında ikitərəfli əlaqələrlə yanaşı iki ölkənin maraq dairəsində olan beynəlxalq və regional məsələlər də müzakirə olunacaq. Türkiyə Baş Nazirliyinin açıqlamasında deyilir ki, “Ərdoğanın səfəri gücünü tarixi və insani bağlardan alan, iki ölkə xalqlarının ortaq mənafeləri ilə bağlı hər sahədə sürətli inkişaf etməkdə olan əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

“Seçkilərdə sülh qələbə çaldi”

“Bələdiyyə seçkilərindən sonra Bakıya edəcəyim bu ilk rəsmi səfər həm rəmzi olaraq, həm də beynəlxalq əlaqələrimiz baxımından böyük əhəmiyyət daşıyır. 30 mart seçkilərində xalq bizə etibar etdiyi üçün səs verib, bu müzakirə oluna bilməz. Bələiyyə seçkisi olmasına baxmayaraq, bu seçki partiyamızı birinciliyə apardı”.
Bunu aprelin 4-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakı səfəri ərəfəsində Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında deyib. Ərdoğan bildirib ki, 30 mart seçkilərində təkcə rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) deyil, sülh qələbə çalıb. “Türkiyə tarixindən aldığı güclə daxildə və xaricdə demokratik hüququn müdafiəsini davam etdirəcək”.
Türkiyənin baş naziri deyib ki, “bunu xüsusi ilə vurğulamaq istəyirəm ki, Türkiyə Azərbaycan münasibətləri nümunə olacaq bir səviyyədədir. Mükəmməl səviyyədə olan ikitərəfli münasibətlərdən başqa Cənubi Qafqaz miqyasında da uğurlu layihələrimiz var. Bölgədə sülhün təmini istiqamətindəki işlərdə fəal şəkildə payımız var. Səfərim vaxtı İlham Əliyev ilə keçirəcəyim görüşdə Azərbaycanın ərazi bütövlüyü ilə həyata keçirilən işlərlə bağlı da müzakirələrimiz olacaq”.
Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib. Bu, 30 mart bələdiyyə seçkilərində qələbəsindən sonra Ərdoğanın ilk rəsmi səfəridir.Səfərlə bağlı xəbərləri aşağıdakı mətndə xronoloji ardıcıllıqla yerləşdirir. Ən yeni məlumatlar mətnin yuxarı hissəsindədir

«Bizim «nur hərəkati» ilə bağlantimiz yoxdur»

Mətbuat konfransında R.T.Ərdoğan və İ.Əliyevə Azərbaycandakı «Gülən məktəbləri»nin fəaliyyəti barədə də suallar verilib. - «Cəmaat məktəbləri» kimi tanınan türk məktəblərinə dair tələbiniz oldumu?
Ərdoğan: – Burda olmağımızın ən önəmli səbəbi hər seçkidən sonra ilk səfərimizin Azərbaycana olmasıdır. Təbii ki, ölkələrimizdə sıxıntılar varsa, bunları da aramızda müzakirə edirik.
- Ölkənizdəki türk məktəbləri haqda nə düşünürsünüz?
İlham Əliyev: – Biz müttəfiqik, qardaşıq. Geniş sahələrdə danışıqlar aparırıq. Münasibətlərimizə zərrə qədər zərər vuracaq addım atmırıq. Buna izn verməmişik, verməyəcəyik.
- AKP-nin «Nur hərəkatı» ilə əlaqəsi var?
Ərdoğan: – Bizim elə bir bağlantımız yoxdur. Yalnız millətlə bağlantımız var. O üzdən səslərin 46 faizini aldıq.

«Hər seçkidən sonra birinci Azərbaycana gəlirik»

«Fikir verirsinizsə, Azərbaycanla Türkiyə arasında yuxarı səviyyədə səfərlər çoxalır. Bizim hər seçkidən sonra ilk səfərimiz Azərbaycanadır». Bunu aprelin 4-də Bakıya rəsmi səfərə gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, daha sonra ikitərəfli əlaqələrdən söz açıb:
«Özəlliklə təbii qaz sahəsində atacağımız addımlar çox önəmlidir Nazirlərimiz həm enerji, həm də müdafiə sənayesi barədə danışıblar... Hər seçkidən sonra ilk səfər etdiyimiz ölkə Azərbaycandır. İkitərəfli münasibətimizi müzakirəyə çıxarırıq. Təbii ki, ölkələrimizdəki hər hansı sıxıntı varsa, onu da müzakirə edə bilərik». Erdoğan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bildirib ki, Qarabağ məsələsində bu günədək necə qərarlıydıqsa, indən belə də elə olacağıq.

Ərdoğan Bakıdadır

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gəlib. Ərdoğanı müavini Beşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner və başqa şəxslər müşayiət edir.

Birgə yol xəritəsi hazırlana bilər

Türkiyədə prezident və parlament seçkilərindən sonra yeni seçilən prezident və baş nazir ilk səfərlərini adətən ya Şimali Kipr Türk Respublikasına, ya da Azərbaycana edirlər. 30 mart bələdiyyə seçkilərindən partiyası qalib çıxan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilk səfərini Bakıya edir. Səfər zamanı siyasi-iqtisadi, enerji əməkdaşlığı müzakirə olunacaq.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə diqqəti başqa məsələlərə də yönəldir. O, deyir ki, bölgədə baş verən son hadisələr bu səfərin əhəmiyyətini artırır: “Rusiyanın Krımı işğal etməsindən sonra Rusiya digər istiqamətlərdə də təhlükəli siyasət aparır. Bu istiqamətlərdən biri də Cənubi Qafqazdır. Digər tərəfdən yaxın gələcəkdə Rusiyanın Türkiyədən asılılığı da arta bilər. Çünki, Rusiya Qərb tərəfdən təcrid olunub. Gələcəkdə Avropa ölkələri Rusiya qazını az ala bilər. Rusiya qazını hansısa ölkələrə ixrac etməlidir. Bu ölkələrdən biri də Türkiyə ola bilər. Bundan başqa, Türkiyənin Krım tatarları üzərində nüfuzu var. Bu nüfuzdan da Rusiya istifadə etmək istəyir ki, Krım tatarları çox da radikal addımlar atmasın. Türkiyənin də Rusiyadan istəkləri ola bilər. Bu istəklərdən ən başlıcası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir –Rusiya addımlar atsın ki, Qarabağ ətrafındakı torpaqlar boşalsın. Gərək bunun üçün Rusiya Ermənistana təzyiq etsin. Düşünürəm ki, Ərdoğanın Bakı səfərində Türkiyə-Azərbaycan ittifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində hansı addımlar ata biləcəyi məsələsi müzakirə olunacaq. Hətta mümkündür ki, birgə yol xəritəsi də hazırlansın”.

Azərbaycandakı Gülən hərəkatı

Türkiyənin baş naziri hakimiyyətinə təhlükə olan Gülən hərəkatının xaricdə də qarşısını alacağına dəfələrlə toxunub. Elxan Şahinoğlu da səfər zamanı bu məsələyə toxunulacağını ehtimal edir: “Seçkiqabağı çıxışlarında Ərdoğan Gülən hərəkatının Azərbaycanda da çirkli planlarının olduğunu söyləmişdi. Bu, Azərbaycan hakimiyyətinə bir növ mesaj idi ki, Gulen hərəkatının xaricdə ən güclü qolu olan Azərbaycandakı şəbəkəsini nəzarət altına alsın. Düşünürəm ki, səfər zamanı bu məsələ də bağlı qapılar arxasında müzakirə olunsun”.

Həllini gözləyən viza məsələsi

Türkiyə Azərbaycan arasındakı problemlərə gəldikdə, əsas problemin viza məsələsi olduğu vurğulanır. Ekspertin də fikrincə, viza məsələsi əlaqələrin tam yüksək səviyyəyə çıxmasına mane olur: “Azərbaycan hakimiyyəti dəfələrlə vurğulayıb ki, guya bu texniki məsələdir, həll olunacaq. Amma aydındır ki, bunu texniki deyil, siyasi problemə çeviriblər. Çünki, İranla da eyni məsələ var. İran da Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırıb. Eyni addımı Bakıdan gözləyir. Bakı Tehranla münasibətlərdə hələ ki, bu addımı ata bilmir. Azərbaycan rəsmiləri qeyri-rəsmi söhbətlərdə Türkiyə rəsmilərinə İranı misal çəkirlər ki, bəs, sizinlə viza məsələsini həll etsək, İran da eyni məsələni tələb edəcək. Düşünürəm ki, hər iki dövlətlə bu məsələni həll etmək olar. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyəti, dövlət başçısı İlham Əliyev İranın yeni prezidenti Həsən Ruhani ilə çox sıx münasibətlərə çalışır. Davosda görüşmüşdülər, indi İlham Əliyevin yaxın günlərdə Tehrana səfəri olacaq. Mümkündür ki, viza məsələsi Tehranda da müzakirə olunsun. Yaxşı məqam olardı ki, Erdoğanın Bakı səfərində bu məsələ həll olunsun. Yox, yenə də bu məsələ qalacaqsa, yenə də mətbuat konfransında deyəcəklərsə ki, bu texniki məsələdir, bu, Türkiyədə növbəti dəfə inamsızlıq yaradacaq. Əgər indi bölgədə vəziyyət gərgindirsə, Azərbaycanın həqiqətən Türkiyənin dəstəyinə, daha çox da hərbi dəstəyinə ehtiyacı varsa, bu məsələni qısa müddətdə həll etməlidir”.
[i]E.QASIMOV[/i]
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin Türkiyə səfərinin pərdəarxası - "Paralel qurum" yenidən gündəmdə

    İlham Əliyevin Türkiyə səfərinin pərdəarxası - ...

    14-01-2015, 16:47

  • 
  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib ...

    24-12-2015, 15:02

  • 
  • İlham Əliyev Ərdoğana arzularını çatdırdı

    İlham Əliyev Ərdoğana arzularını çatdırdı ...

    1-04-2014, 10:52

  • 
  • Ərdoğan rəsmi mərasimlə qarşılandı - Bakıda

    Ərdoğan rəsmi mərasimlə qarşılandı - Bakıda ...

    3-09-2014, 11:57

  • 
  • Ərdoğan Bakıdadır

    Ərdoğan Bakıdadır ...

    26-04-2016, 00:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu