GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ABŞ-dan tükürpədici hesabat

ABŞ-dan tükürpədici hesabat

Tarix: 11-04-2014, 10:23 Bölmə :Manşet Baxış: 750
ABŞ-dan tükürpədici hesabat
Ərdoğan kimyəvi hücumda ittiham olundu

Türkiyədəki bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qalib gəlməsinin ardınca baş nazir Ərdoğan keçmiş müttəfiqi, vaxtilə onu hakimiyyətə gətirən Fətullah Gülənə və şəbəkəsinə qarşı “qılıncını sıyırıb”.
Türkiyə baş naziri Azərbaycan da daxil olmaqla Fətullah Gülənin şəbəkəsinin kökünü bu ilin avqust ayında keçiriləcək prezident seçkilərinə qədər qazımaq üçün hərəkətə keçib.
Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə bağlılığı haqda çox yazılıb və çox faktlar deyilib. Hocanın Pensilvaniyada, MKİ-nin mənzil qərargahının yaxınlığında yerləşən iqamətgahından idarə etdiyi, dünyanın hər yerinə yayılmış fətullahçı şəbəkənin həm də Amerika kəşfiyyatı üçün informasiya mənbəyi rolunu oynadığı barədə güclü iddiaların olduğu da məlumdur.
Və görünür, təsadüfi deyil ki, Ərdoğan Türkiyə seçkilərində qələbəsini bayram etməyə imkan tapmamış Amerika kəşfiyyatı ona qarşı sarsıdıcı hücum həyata keçirib. Məşhur araşdırmaçı-jurnalist Seymur Herş Amerika kəşfiyyat rəsmilərinə istinadən Ərdoğanın ötən ilin avqustunda Suriyada, Dəməşq yaxınlığında azı 1400 adamın ölümünə səbəb olmuş kimyəvi silah hücumunu təşkil etdiyini iddia edən sensasion hesabat yayıb.
Hesabat əsasında digər araşdırmaçı-jurnalist, ötən əsrin 80-ci illərində Amerikanın Livanda girovların azad edilməsinin əvəzində İrana silah satması, habelə əldə edilən vəsaiti Nikaraquada kontrasçılara verdiyi “İran-Contra” əməliyyatının sirlərini açan Robert Parri geniş məqalə hazırlayıb. Robert Parrinin məqaləsi ABŞ-ın Consortiumnews.com internet portalında dərc olunub.
Məqalədə deyilir ki, ötən ilin yayında Suriyadakı kimyəvi silah hücumunun arxasında Türkiyə dayanırdı. “Bu, prezident Obamanı Suriyaya qarşı hərbi əməliyyatlara başlamağa itələmək məqsədilə Ərdoğanın adamları tərəfindən planlaşdırılan əməliyyat idi” deyə məqalənin sərlövhəsində bildirilir.
Jurnalist Seymur Herş Türkiyə kəşfiyyatının ötən ilin yayında Dəməşq yaxınlığında həyata keçirilən zarin hücumunda əli olduğuna dair informasiya əldə edib.Bu hücum prezident Obamanı az qala Suriya rejimini devirmək üçün hərbi əməliyyatlara başlamağa sövq etmişdi. Nəticədə “əl-Qaidə”nin qələbəsinin yolu açılmış olardı. Ötən ilin avqustunda Obama administrasiyası Bəşər Əsədin hökumətinin Dəməşq yaxınlığında zarin qazından istifadə olunmaqla kimyəvi silah hücumunda ittiham olunmasının ardınca Suriyaya hərbi müdaxilənin bir addımlığında idi. Lakin jurnalist Seymur Herşin əldə etdiyi yeni sübutlara görə, bu hücumda Türkiyə kəşfiyyatının və ekstremist-üsyançıların əli var.
S.Herşin son hesabatının əhəmiyyəti böyükdür. Birincisi, o, sübut edir ki, rəsmi Vaşinqtondan qırğılar və neomühafizəkarlar Birləşmiş Ştatları uydurma əsaslarla Yaxın Şərqdə növbəti müharibəyə başlamağa necə məcbur etmək üzrə idilər.
İkincisi, “London kitab icmalı” tərəfindən dərc olunmuş bu hesabat göstərir ki, əksər Amerika KİV-lərinin onların köhnəlmiş neomühafizəkar stereotipləri ilə üst-üstə düşməyən informasiyaya qarşı necə düşməncəsinə münasibət göstərir.
Başqa sözlə, belə görünür ki, rəsmi Vaşinqton və onun mətbuatı İraqda 2003-cü ildə Səddam Hüseynin kütləvi qırğın silahları ehtiyatını “əl-Qaidə”yə verməyə hazırlaşdığı barədə uydurma bəhanədən istifadə olunmaqla başlayan dəhşətli müharibədən müəyyən dərs götürüblər. Əslində heç bir kütləvi qırğın silahı mövcud deyildi və Səddam Hüseynlə “əl-Qaidə” arasında heç bir bağlılıq yox idi.

Müharibə planları

Seymur Herş məqaləsində ABŞ-ın Əsədin hərbi potensialını dağıtmaq üçün planlaşdırdığı hava bombardmanları əməliyyatının nə dərəcədə genuş miqyaslı olmasından bəhs edir.
Bu əməliyyat heç cür hərbi uğurlar əldə edə bilməyən üsyançıların qələbəsinin yolunu açmalıydı.
S.Herş yazır: “Ağ Evin təzyiqi altında ABŞ-ın hücum planı “dəhşətli zərbə”yə çevrildi: B-52 bombardmançılarının iki eskadrilyası Suriya yaxınlığındakı aviabazaya göndərildi. Həmçinin “Tomoqavk” raketləri ilə təchiz olunmuş sualtı qayıqlar və gəmilərdən ibarət qruplaşma səfərbər olundu.

“Qırmızı xətt” narahat edir

Obamanın Bəşər Əsədin “qırmızı xətti” keçməsinə imkan verilməyəcinə dair verdiyi vədə siyasi həssaslığını nəzərə alan Türkiyə hökuməti və Suriya üsyançıları kimyəvi silahı prezidenti bu vədini yerinə yetirməyə məcbur edəcək alət kimi görürdülər.
S.Herş bunları yazır və əlavə edir: “2013-cü ilin yazında Amerika kəşfiyyatına məlum oldu ki, Türkiyə hökuməti özünün Milli İstihbarat Təşkilatının və jandarmeriyanın bölmələri vasitəsilə bilavasitə “əl-Nusra Cəbhəsi” və onun müttəfiqləri ilə kimyəvi silah əldə olunması üzərində işləməyə başlayıb. “MİT üsyançılarla siyasi əlaqələri inkişaf etdirdi, jandarmeriya isə hərbi loqistikanı, yerlərdə təlim keçilməsini, o cümlədən kimyəvi silahdan istifadə olunmaqla hücum həyata keçirilməsi təlimini keçirdi” - deyə keçmiş kəşfiyyat əməkdaşı danışır.
“Türkiyənin 2013-cü ilin yazında rolunun fəallaşmasını onun yaranmış situasiyadakı problemlərinin açarı kimi nəzərdən keçirmək lazımdır. Ərdoğan bilirdi ki, əgər o, sünni islamçılara dəstəyi dayandırsa, hər şeyin sonu olacaq. Səudiyyə Ərəbistanı loqistika probleminı görə müharibəyə kömək edə bilmirdi - məsafənin uzaqlığı, silahların və sursatların yerdəyişməsinin çətinliyi mane olurdu.
Ərdoğan ABŞ-ı hərbi müdaxiləyə məcbur edəcək hadisə törətmək istəyirdi. Lakin Obama mart və aprel aylarında kiçikmiqyaslı kimyəvi silah hücumlarına reaksiya vermədi.
Ərdoğanla Obama arasında mübahisə 2013-cü il, mayın 16-da Ağ Evdəki görüşdə həlledici mərhələyə daxil oldu. Onda Ərdoğan ABŞ-ın üsyançılara daha geniş hərbi dəstəyinə nail olmaq üçün uğursuz səylər göstərirdi. Bundan üç ay sonra - avqustun 21-də sirli raket ölümcül zarin qazını Dəməşqin şərq rayonuna çatdırdı. Amerika administrasiyası və Amerika mətbuatının böyük qismi dərhal bu mövqeyə gəldilər ki, azı 1429 adamın ölümünə səbəb olmuş kimyəvi silah hücumunu məhz Əsəd hökuməti həyata keçirib. Baxmayaraq ki, həkimlərin və digər şahidlərin məlumatlarına görə, qurbanların sayı daha az idi.
Bu hadisə ilə bağlı KİV-lər elə panika qaldırdılar ki, ABŞ hökumətinin mövqeyini şübhə altına alan istənilən kəs “Əsədin tərəfdarı”ına çevrilmiş olurdu. Lakin biz, bir neçə skeptik bu hücumu Əsədin həyata keçirdiyinə dair sübutların yetərsiz olduğunu iddia edirdik. Obama da Konqresdə və Britaniya kəşfiyyatında müqavimətlə qarşılaşdı, lakin neomühafizəkarlar Amerikanın hərbi müdaxiləyə başlamasına nail olmaq üçün var güclərini səfərbər etmişdi.
Dövlət katibi Con Kerri avqustun 30-da Amerika bombalarının bir neçə gün sonra Suriyaya düşəcəyinə dair davakar bəyanat verdi. Lakin Obama tərəddüd edirdi, o, əvvəlcə müharibə məsələsini Konqresin müzakirəsinə verdi. Daha sonra Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Əsədin kimyəvi silahlardan imtinasına dair kompromis əldə etdi.
Obama sövdələşməyə getsə də bildirirdi ki, Əsəd bu kimyəvi silah hücumunda günahkardır. O, başqa cür düşünənləri də əzib keçirdi. 2013-cü il, sentyabrın 24-də BMT Baş Assambleyasında Obama bəyan etdi ki, hücumun Əsəd rejimindən başqa biri tərəfindən həyata keçirildiyini iddia etmək insan ağlını təhqir etmək deməkdir.

Türkiyə ilə bağlı şübhələr

Bununla belə, 2013-cü ilin payızına doğru amerikalı mütəxəssislər kəşfiyyat məlumatlarını analiz edərək Əsədin kimyəvi silah hücumu həyata keçirdiyinə şübhə edənlərin sırasına daxil oldular. S.Herş keçmiş kəşfiyyat əməkdaşından sitat gətirir: “ABŞ-ın kəşfiyyat xidmətinin analitikləri 21 avqust hadisəsi üzərində işləyərək belə qənaətə gəldilər ki, Suriya hökuməti kimyəvi silah hücumu həyata keçirməyib. Bəs bunu kim edib, kim hərbi oyun qaydasını müəyyən edir? Birbaşa şübhələr Türkiyəyə yönəldi, çünki kimyəvi silah hücumunun həyata keçirilməsi üçün hazırlıqları ancaq orada görə bilərdilər.
“21 avqust hücumu ilə bağlı ələ keçirilən radiodanışıqların və digər məlumatların analizi nəticəsində kəşfiyyat strukturları öz şübhələrini təsdiqləyəcək sübutlar əldə etdilər. İndi bizə məlumdur ki, bu, Ərdoğanın adamları tərəfindən planlaşdırılmış gizli aksiya idi. Məqsəd Obamanı hərbi əməliyyatlara başlamağa məcbur etmək olmuşdu”,- deyə keçmiş kəşfiyyat zabiti bildirir. “Onlar qaz hücumunu BMT müfəttişlərinin Suriyada olduğu bir vaxtda Dəməşqin özündə və ya ona yaxın yerdə həyata keçirməli idi. İdeya bundan ibarət idi ki, nəsə effektiv bir şey həyata keçirilsin və bariz nümunə ortaya qoyulsun”. Kəşfiyyatçı daha sonra deyir: “ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin nümayəndələri bizim baş zabitlərimizə danışırdılar ki, zarin Türkiyə vasitəsilə üsyançılara çatdırılıb. Onlar Türkiyənin dəstəyi olmadan bunu ala bilməzdilər. Türklər həmçinin üsyançıları zarini necə istehsal etməyi və onunla necə davranmağa da öyrətmişdilər.
Situasiyanın analizi üçün əhəmiyyətli köməyi də elə türklər göstərdilər. Hücumun ardınca ələ keçirilən radiodanışıqlarda türklərin necə sevindiyi və bir-birlərini təbrik etdiyi məlum olurdu. Əməliyyat planlaşdırılanda həmişə məxfi olur, lakin başlayandan sonra hamıya hər şey bəlli olur. Cinayətkarların özlərindən əlçatan yer yoxdur, bir halda ki, onlar uğurun tanınmasını tələb edirlər”. S.Herş bildirir ki, Türkiyə kəşfiyyatının düşüncəsinə görə “Ərdoğanın Suriya problemi tezliklə başa çatmalı idi: qaz hücumundan sonra Obama deyəcəkdi ki, “qırmızı xətt” keçilib və Amerika Suriyaya hücum edəcəkdi. Ən azından ideya belə idi, lakin alınmadı. S.Herş əlavə edir ki, ABŞ-ın kəşfiyyat strukturları Obamaya kimyəvi silah hücumuna dair “Bunu Əsəd edib” ssenarisinə zidd olan informasiya təqdim etmirdi. Suriyadakı hücumdan sonra Türkiyəyə dair kəşfiyyat məlumatı Ağ Evə verilmədi. “Heç kim bu haqda danışmaq istəmir”, - deyə keçmiş kəşfiyyat əməkdaşı bildirir. “Prezidentin mövqeyinə zidd getmək arzusu yoxdur, baxmayaraq ki, bütün məlumatların analizi bu hücumun Əsəd tərəfindən həyata keçirilmədiyini göstərirdi” – o, deyir.
Kəşfiyyatçı əlavə edir: “Ağ Evin bombardman planını təxirə salmasından sonra da bu hücumu Suriya hökumətinin həyata keçirdiyinə dair heç bir əlavə sübut ortaya qoyulmadı. Mənim hökumətim heç nə deyə bilməzdi. Çünki biz özümüzü həddən artıq məsuliyyətsiz aparmışdıq. Axı Əsədi ittiham edəndən sonra necə qayıdıb deyəydik ki, əslində bunu Ərdoğan edib?”
İraq müharibəsi və Suriyada baş tutmayan müharibə arasında fərq ondan ibarətdir ki, prezident Obama Corc Buş kimi müharibəyə can atmırdı. Digər amil budur ki, Obama Vladimir Putindən ona uçurumun kənarından qayıtmağa imkan verən köməyi vaxtında aldı. Amerika neomühafizəkarlarının tərəddüd edən Obamanı növbəti müharibəyə sürükləməyə necə can atdığı nəzərə alınsa, onların Putinə niyə bu cür qəzəbli olduğunu və Ukraynada ona zərbə vurmğa can atmalarını da başa düşmək olar.
Qeyd edək ki, bu məqalədə Türkiyənin Suriyadakı kimyəvi silah hücumunda əli olmasına dair tutarlı sübutlar ortaya qoyulmasa da Ərdoğanın bu hücumda ittiham olunacağına dair məlumatlar Türkiyənin ekspert çevrələrində çoxdan var idi.
Məlum oldu ki, Türkiyə rəhbərliyinə daxil olan şəxslər Suriyaya hərbi müdaxilə üçün bəhanə tapmağın yollarını axtarırlar. MİT rəhbəri isə təklif edirdi ki, o, Suriyaya bir neçə adam göndərib oradan Türkiyə ərazisinə raket atdıra, yaxud Türkiyə ərazisi olan Süleyman Şah türbəsini partlada bilər. Söhbətdə təəssüf ifadə olunurdu ki, Türkiyə Əsəd rejiminin zəiflədiyi 2012-ci ildə fürsətdən istifadə edib Suriyaya müdaxilə etmədi.
Yaxud Fətullahla Ərdoğan arasında kompromat savaşlarının qızğın vaxtlarında Suriyaya MİT əməkdaşlarının müşaiyəti ilə hərbi yardım aparan TIR-ları polis saxlamışdı. Eyni zamanda “əl-Nusra Cəbhəsi” ilə AKP arasında bağlantılara dair fotoşəkillər sızdırılmışdı. Həmçinin, Ərdoğanın özünün “əl-Qaidə”nin əsas maliyyəçisi olan səudiyyəli iş adamı Yasin əl-Kadi ilə əlaqələrinə dair çoxlu dəlil-sübutlar ortaya qoyuldu. Görünən odur ki, Türkiyədə hələ heç nə sona çatmayıb.
Turac
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-dan Fətullah Gülənin ekstradisiyası ilə bağlı açıqlama

    ABŞ-dan Fətullah Gülənin ekstradisiyası ilə bağlı ...

    2-04-2014, 11:30

  • 
  • ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlımühüm açıqlama

    ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil ...

    20-07-2016, 18:02

  • 
  • Azərbaycan qazının pulları Gülənə çatır

    Azərbaycan qazının pulları Gülənə çatır ...

    18-04-2014, 09:57

  • 
  • Fətullah Güləni 200 nəfərlik ordu qoruyacaq

    Fətullah Güləni 200 nəfərlik ordu qoruyacaq ...

    9-05-2015, 00:13

  • 
  • Fətullah Gülənə şok- Nəticələr açıqlanır

    Fətullah Gülənə şok- Nəticələr açıqlanır ...

    30-03-2014, 21:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu