ABŞ-da Ağ ev rəsmiləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP hökumətinin dövlət çevrilişinə cəhdin arxasında olduğunu bəyan etdikləri Fətullah Gülənin təhvil verilməsi ilə rəsmi müraciətin onlara çatdığını açıqlayıb. Bu açıqlama ilə bağlı Ağ ev sözçüsü Josh Earnest çıxış edib Earnest deyib ki, Türkiyə rəsmilərinin müraciətlərinin araşdırılmasına başlanılıb. Josh Earnest ABŞ hakmiyyətinin Türkiyədəki dövlət çevrlişinə cəhdin araşdırılması üçün lazım olan bütün yardımı edəcəyini bildirib. ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Gülənin durumunu müzakirə etdiklərini bildirən Earnest, Türkiyənin ABŞ-a göndərdiyi təhvil verilməsi ilə bağlı tələbin rəsmilər tərəfindən araşdırıldığını deyib. Earnest Gülənin təhvil verilməsi tələbinin iki ölkə arasında mövcud olan hüquqi yardım sazişi çərçivəsində dəyərləndiriyini söyləyib. gundemxeber.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?