GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Putin Azərbaycan müxalifətinə süni nəfəs verdi və canını aldı

Putin Azərbaycan müxalifətinə süni nəfəs verdi və canını aldı

Tarix: 11-04-2014, 10:34 Bölmə :Manşet Baxış: 659
Putin Azərbaycan müxalifətinə süni nəfəs verdi və canını aldı
Ənənəvi müxalifət üçün sonuncu payız

Rəsmi Bakı hələ ki, dünyada ən yaxşı partnyor statusunu möhkəmləndirdi

Bu günlərdə ABŞ-dan kifayət qədər sensasiyalı bir məlumat yayıldı. ABŞ-ın tanınmış siyasətçilərindən biri iddia edirdi ki, Putin Azərbaycanda müxalifətə maddi dəstək verir. Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, Stokholmdakı Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun həmtəsisçisi Svante Kornel iddia edirdi ki, Moskva Gürcüstanda və Azərbaycanda müxalif siyasətçilər, ictimai təşkilatlar və milli azlıqlar arasından rusiyameyilli qüvvələri maliyyələşdirir.
ABŞ-ın nüfuzlu təhlükəsizlik institutunun rəhbərinin hansısa populist bəyanat verdiyi, hansısa hesabat verdiyini iddia etmək o qədər də asan deyil. Məsələ burasındadır ki, bununla bağlı olaraq ortada olan əsas məqamlardan biri də məhz Rusiyanın Cənubi Qafqazda kifayət qədər mühim projelər həyata keçirməsi ilə bağlıdır. Ekspertlərin rəyinə görə, əslində Azərbaycanda rusmeyilli qüvvələr sonuncu prezident seçkiləri dövründən kifayət qədər aktivləşiblər. Azərbaycanda kifayət qədər milli olduğuna şübhə edilməyən Milli Şura adlı bir qurumu yaradan müxaliflər arasında Rusiyaya bağlılığı heç kimdə şübhə yaratmayan bəzi şəxslər də var idi. Bunların arasında hələ də Rusiyada yaşayan ssenarist Rüstəm İbrahimbəyovun adını çəkmək olar. İbrahimbəyov uzun bir sürə Azərbaycanda yaradılmış böyük bir birliyin başında dayandı və seçkilərə qədər sanki sinir təzyiqi mübarizəsini təşkil etdi .
Lakin seçkilərə çox qısa bir zaman qaldıqda isə İbrahimbəyov primitiv bir bəhanə ilə Azərbaycana gəlməkdən boyun qaçırdı .Bundan sonra isə ölkədə böyük psixoloji basqı ilə formalaşdırılmış Milli Şura proyekti faktiki və praktiki olaraq heç bir ciddi uğura imza ata bilmədi. Nəticədə, Rusiya sanki Azərbaycana siyasi təsir imkanlarının nə qədər geniş olduğunu göstərmək üçün bir həmlə yapmış oldu. Milli Şura projesindən az əvvəl isə azərbaycanlı iş adamlarının Rusiyada «Milyarderlər İttifaqı» yaratması ilə bağlı olaraq verdikləri bəyanatlar idi. Baş nazirin sabiq müavini Abbas Abbasovun isə bu projenin başında dayanması əslində Rəsmi Bakını narahat etməyə bilməzdi. Telman İsmayılov, Vahid Ələkbərov, hətta Azərbaycan dövlət başçısının qudası Araz Ağalarovun belə «Milyarderlər ittifaqı»nda təmsil olması Rusiyanın Azərbaycana çox ciddi bir basqısı idi. Bu ərəfədə Putin Rusiyada miqrasiya problemlərini basqı ilə Cənubi Qafqaza, xüsusilə də Azərbaycana yönəltməyə çalışırdı. Sanki bununla bağlı olaraq ortada olan çox mühüm məqamlar da var idi, Putin Azərbaycana ciddi şəkildə basqı etməyə çalışırdı. Və prezident seçkiləri dövründə İbrahimbəyovun Bakıya gəlib-gəlməməsi, əslində Putinin Bakıda dəyişiklik etmək isitəməsi projesini dayandırıb-dayandırmaması ilə bağlı mühüm anlaşma idi. Putin geri dönəndən sonra isə bəlli oldu ki, İbrahimbəyov gəlmir və hətta öz yerinə zəif bir şəxsin namizəd olmasını da dəstəkləyir. Beləliklə də Kreml çox məharətlə hətta milli qüvvələri belə bir projeyə daxil edərək rəsmi Bakıya təzyiq etdi. İstədiyini aldımı, almadımı bunu hələlik zaman göstərəcək.
Amma bununla belə artıq ortada bir nümunə var. Məsələ burasındadır ki, bununla bağlı olaraq artıq çox mühüm məqamlar açılmağa başlayıb. İndi dünyada Rusiya ilə bağlı soyuq bir savaş başlayıb. Hər gün adı kəşfiyyat xəbəri kimi qoyulan informasiyalarda Putinin hansısa dövləti işğal etməyə hazırlaşdığı təqdim edilir. Əslində isə bu, anti-Rusiya qüvvələrinin informasiya savaşıdır. Hətta İsveç kəşfiyyatı Rusiyanın Avropaya hücum planlarının olduğundan yazır. Moldava, Litva və Avropa ailəsinin üzvü olan dövlətlərə belə rusların hərbi müdaxilə edəcəyinə dair informasiyalar yayılır. Hansı ki, bu informasiyaların yayılmasında maraqlı olanlar elə Rusiyaya qarşı birlik formalaşdırmaq təşəbbüsçülərinin layihələridir.
Dünən isə ölkə medisında belə bir xəbər yayıldı ki, əslində Ərdoğan Bakıya gələrkən həmkarı İlham Əliyevlə Abbas Abbasovun məsələsini müzakirə edib. Etibarlı qaynaqlar bir qədər də irəli gedərək iki dövlət başçısı arasında olan məxfi sənədin detallarını belə açıqlayırlar. Məlukm olur kiÖ dövlət əhəmiyyətli məxfi sənədlərdə Türkiyədə Telman İsmayılovun otelində, «Mardan Palace» də aparılan danışıqların detalları ortaya çıxıb. Və Abbas Abbasovun bitirilməsini Ərdoğan İlham Əliyevdən istəyib. Əslində, Ərdoğanın Bakıya səfəri zamanı məlum olan və həm də kifayət qədər ciddi bir xəbər agentliyində nurçularla bağlı informasiyalar yer alırdı. Lakin bəlli olan odur ki, nurçularla bağlı siyahını Bakıya təqdim etmək üçün Ərdoğanın birbaşa səfərinin təşkil edilməsinə o qədər də ehtiyac yox idi. Yəni bu sənədi istənilən bir halda baş nazirdən cəmi bir gün əvvəl Bakıya səfər edən ordu komandanı da gətirə bilərdi. Deməli, Ərdoğanın Bakı səfərində «nurçuların siyahısı» xəbəri əslində bir kamufilyaj imiş. Məsələ gerçəkdən də Rusiyanın Azərbaycana hansısa müdaxiləsinin olub-olmamasından gedə bilər. Bu təşvişi də haqlı edən kifayət qədər mühüm məqamlar ortadadır.
Rusiya Dumasının vitse-spikeri Jirinovski Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı bir çağırış etdi. Və elə bu çağırışın üzərindən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Putin administrasiyası Jirinovskinin açıqlamasını təkzib etməyib. Deməli Dumada kifayət qədər mühüm post tutan bir dəlinin dediklərini sadəcə sərsəmləmə kimi də qəbul etmək olmaz. Ermənistan 20 ildir Azərbycan torpaqlarını işğal edib. Amma bu günə qədər bircə dəfə də olsun bu işğalı etiraf etməyib. Kremlin texnoloqları elə ilk işğal dövrlərindən etibarən qondarma Dağlıq Qarabağ adlı bir rejim formalaşdırıblar. Çünki, Ermənistan Dağlıq Qarabağı işğal etdiyini etiraf edərsə, çox sərt şəkildə beynəxalq təhdidlərlə qarşılaşa bilər. Bu baxımdan da ortada olan əsas arqumentlərdən biri odur ki, Dağlıq Qarabağ təxminən Krım kimi referendum keçirərək Dağlıq Qarabağı da işğal edə bilər. Və bunun nə qədər təhlükəli tendensiya olduğu əslində göz qabağındadır. Məsələ burasındadır ki, təkcə işğal edilmiş torpaqlar deyil, Azərbaycanın bir sıra əraziləri də rus təhdidi altındadır.
Azərbaycanda isə siyasi müxalifət konkret olaraq sonuncu prezident seçkilərindən sonra Rusiyadan aldığı süni nəfəslə hələ ki, mövcudluğunu qoruyub saxlaya bilir. Lakin ölkədə heç bir siyasi müxalifət partiyasının siyasi proseslərlə, hətta sosial proseslərə belə təsir etmək imkanları sıfır həddindədir. Hətta bundan sonra ABŞ və Qərbin maraqlarını belə xidmət etdiyini stabil olaraq bəyan edənlər dəstək qazana bilmirlər. Sual olunur, bu Azərbaycan iqtidarının güclü olması anlamına gəlirmi?
Əslində suala müsbət cavab vermək də olar. Azərbaycanın bir dövlət olaraq regiondakı mövqeyi və coğrafi yeri əslində kifayət qədər problemlidir. Ölkədə marağı olan bütün güclər daha yumşaq və psixoloji dəyişikliklərlə istəklərinə nail olmağa meyl edirlər. Bu siyasət deyildiyi kimi, Azərbaycan iqtidarının uğurlu balanslı siyasətinin nəticəsi kimi qiymətləndirilə bilməz. Sadəcə olaraq beynəxlaq güclər Azərbaycanda maraqlarını təmin etmək üçün balans siyasəti ilə öz aralarında anlaşıblar. Rusiya da, ABŞ və Qərb də hələ ki, Cənubi Qafqazın bu lider dövlətini qorumaq üçün bəzən öz aralarında kompromislərə getməli olurlar. Nəticə etibarilə də böyük güclərin sifarişi həyata keçirilir. Yəni sadə dillə ifadə etsək, Rəsmi Bakı dünya güclərinin istəklərinin ahəngini tuta bilib. Və bu ahəngin pozulmaması üçün ağıllıca susmağı bacarır.
Lakin bəzən elə olur ki, Kreml Bakıdan daha böyük istəklərlə tələblər irəli sürür. Bu zaman ABŞ və Qərb olduqca çıxılmaz bir duruma düşür. Yəni Rusiyanın Bakıdakı emissarları əslində bununla bağlı olaraq ortada olan əsas məqamlarla bağlı narahatlıqlarını ifadə edə bilərlər. Rusiya sonuncu prezident seçkilərindən sonra həm ABŞ-a, həm də Qərbə sübut etdi ki, istədiyi vaxt sizin özünüzünkü hesab etdiyiniz ənənəvi müxalifəti belə öz projelərində istifadə edə bilər.
Bununla da Azərbaycan iqtidarı Rusiyanın projesində yer alan illərlə Qərbyönümlü kimi təqdim edilən ənənəvi müxalifətlə bağlı dosyeni Vaşinqtonda masa üzərinə qoya bildi. Və bu gün ABŞ-ın və Qərbin ən yaxın partnyoru statusunu qazanan İlham Əliyev Azərbaycan Respublikasının maraqlarının dünyada ən yaxşı təminatçısı titulunu qazana bildi. Bunu az da olsa sıravi azərbaycanlılar da dərk edir. İllərlə aparılan piar kampaniyası da bu statusu möhkəmləndirdi. Yəni ənənəvi müxalifətin öz daxilində ünsiyyət problemləri, birləşmə və parçalanmalar, qarşılıqlı ağır ittihamlar və s. Bütün bunlar Azərbaycanda müxalifətsiz iqtidar obrazının yaranmasında mühüm şərtlərdən birinə çevrilmiş oldu. İndi Azərbaycanda iqtidarın dəyişdirilməsi ilə bağlı gözləntilər daxillə bağlı deyil.
Ölkənin daxilində lokal narazılıqlar, etirazlar sosial xarakter daşıyır. Bunları önləmək üçün isə qurban verməyə yetərli qədər kiçik və orta məmur var. Amma həll edilməyən problemlər də qalmaqdadır. Rusiya istəmədikcə, ABŞ və Qərb anlaşa bilməyənə qədər ölkədə iqtidarın dəyişilməsi gözlənilən deyil.
Eldar Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-da Obamanı Qarabağa girməyə çağırdılar

    ABŞ-da Obamanı Qarabağa girməyə çağırdılar ...

    13-06-2014, 12:53

  • 
  • “Putin tezliklə Gürcüstan və Azərbaycan üçün hərəkətə keçəcək” - Riçard Ran

    “Putin tezliklə Gürcüstan və Azərbaycan üçün ...

    13-11-2014, 11:42

  • 
  • ŞOK: ABŞ-ın Apache helikopterinin İŞİD-i necə qorumasının görüntüləri yayıldı

    ŞOK: ABŞ-ın Apache helikopterinin İŞİD-i necə ...

    12-11-2015, 17:19

  • 
  • Putin Lenini ittiham etdi: "Rusiyanın altına bomba qoyub"

    Putin Lenini ittiham etdi: "Rusiyanın altına ...

    21-01-2016, 22:13

  • 
  • Gültəkin Hacıbəylinin övladı ilə bağlı məsələ ABŞ səfirliyində müzakirə edildi

    Gültəkin Hacıbəylinin övladı ilə bağlı məsələ ABŞ ...

    5-07-2013, 17:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu