Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Demokratik İnkişaf İnstitutunun rəhbəri Gültəkin Hacıbəyli və Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində olub. Bu barədə Pərviz Həşimli məlumat verib. ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Fanta Orr ilə keçirilən görüşdə Gültəkin Hacıbəyliyə qarşı son zamanlar baş verən təzyiqlər, Nəsimi Rayon Məhkəməsinin onun övladının əlindən alınması ilə bağlı qərarı, Milli Şuranın seçkilərlə bağlı planları, seçkiqabağı ölkədə insan hüquqları və demokratiya sahəsindəki durum, gənclərin həbsi, müxalifət funksionerlərinin bölgələrdə əhali ilə görüşlərinə yaradılan maneçilik və bir sıra məsələlər müzakirə edilib. Öz növbəsində ABŞ rəsmisi ölkəsinin Azərbaycanda baş verən prosesləri diqqətlə izlədiyini deyib.
Sorğu
Yeni dizaynımız necədir?