GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Üç məmurun şok “Sovetski” yeyintisi

Üç məmurun şok “Sovetski” yeyintisi

Tarix: 11-04-2014, 10:44 Bölmə :Manşet Baxış: 1 666
Üç məmurun şok “Sovetski” yeyintisi
Samir Şərifov, Abid Şərifov və İbrahim Mehdiyev əlbir olaraq
maxinasiyalar həyata keçirməyə, dövlət vəsaitini mənimsəməyə başlayıb


“Sovetski” məhəlləsinin söküntüsü kütləvi xarakter almasa da, köçhaköç davam edir. Əhalinin etirazlarına baxmayaraq, onlara kvadratına 1500 manatdan təzminat dəyişməz olaraq qalıb. Bu məhəllənin plana düşməsinin ajiotajı kimi sükutu də sirli oldu.
Hökumətin üzərinə yeriyən camaat qəflətən hücrəsinə çəkildi. Nə etirazlar var, nə tələblər. Ancaq ayrı-ayrı separat danışıqlar yolu ilə problemini həll edənlərin olduğu da istisna olunmur. Kollektiv mübarizədən imtina edənlər təklikdə işini həll etmək istəyirlər. İqtidarın isə üç məsuliyyətli məmuru “Sovetski”də “Qış bulvarı” kimi yeyintiyə yol vermək üçün plan cızıb.
Maliyyə naziri Samir Şərifov, baş nazirin müavini Abid Şərifov və Yasamalın icra başçısı İbrahim Mehdiyev əlbir olaraq maxinasiyalar həyata keçirməyə başlayıb.
Bu sensasion xəbəri verən mənbənin sözlərinə görə, üç məmur arasında gedən danışıqlarda “Sovetski” korrupsiyaya start verilib. “Qış bulvarı” layihəsi zamanı da Bakı meri Hacıbala Abutalıbov milyonlar mənimsəmişdi.
İndi eyni tendensiya bu məhəllədə yaşanır. Qaynağımız iddia edir ki, əməliyyat nəticəsində büdcədən ayrılan xərclər şişirdilib və vətəndaşlara çatacaq təzminat mənimsənilib. Vətəndaşlara isə 1500 manatdan verilməyə başlanıb.
Bakının “Sovetski” adlanan ərazisində 10 min evin sökülməsi nəzərdə tutulub. Milli Dram Teatrının yanından Hüseyn Cavid prospektinə qədər olan ərazidə köhnə tikililərin sökülməsi və böyük bir parkın salınması nəzərdə tutulur. Bu layihə əslində Respublika Sarayının arxasından Milli Dram Teatrının yanınadək inşa edilən Qış Bulvarı layihəsinin davamıdır, öncədən planlanmışdı.
Qış Bulvarı ərazisində söküntü işləri aparılan zaman baş verənlər yaddaşlardan hələ də silinməyib və eyni qanunsuzluqların yenidən təkrarlanacağı qorxusu yaşanır. “Sovetski” kimi tanınan ərazisində söküləcək tikililər Çingiz Mustafayev küçəsindən başlanacaq.
Ç.Mustafayev küçəsindən Süleyman Rəhimov küçəsinə qədər ərazini əhatə edəcək ilkin söküntü bumu hissə-hissə başqa küçələrə də çatacaq. Bəşir Səfəroğlu küçəsindəki tək nömrəli evlər, Çingiz Mustafayev küçəsində hamısı, Vidadi, Mirzağa Əliyev küçələrində cüt nömrəli evlər, Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan və “Sovetski”də bütün evlər yerlə-yeksan olunacaq.
Söküntü işlərinə hələ start verilməmiş korrupsiya maşını indidən işə düşüb. Artıq indidən sökülən evlərin hər kvadratmetrinə görə 1500 manat təzminat veriləcəyi bəllidir. Bu məsələdə istisnalar olmasaydı, korrupsiya risklərinin minimuma enəcəyini söyləmək olardı. Ancaq təəssüf ki, Bakı şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi qaydalar bu prosesdə də korrupsiya elementlərinin zəngin olacağından xəbər verir.
Ümumiyyətlə isə, korrupsiyada İbrahim Mediyevin qanundankənar əməllərindən, rüşvətxorluğundan, bizneslə məşğul olmasından, rayon ərazisində olan torpaqların tamamilə satılıb mənimsənilməsindən, rayonun bir neçə yerində şadlıq sarayları tikib ondan külli miqdarda qazanc əldə etməsindən, rayonun bütün idarə, müəssisə və təşkilatlarında rüşvətxorluğu və korrupsiyanı şişirtməklə pul qazanmasından, öz qohum - əqrəbasını rayonun müxtəlif təşkilatlarına rəhbər və digər vəzifələrə cəlb etməsindən geniş bəhs etməyə ehtiyac yoxdur.
İbrahim Mehdiyevə asan və çox qazanc gətirən sahələrdən birinin rayon ərazisində fəaliyyət göstərən küçə ticarəti obyektlərinin olduğu məktubda xüsusi olaraq göstərilir. Rayon ərazisindəki bütün küçə və xiyabanlarda, prospekt və parklarda fəaliyyət göstərən ticarət obyektlərində hökm sürən anarxiya, anti - sanitariya, özbaşınalıq və qayda - qanunsuzluq məhz İbrahim Mehdiyevin maddi marağının və ehtirasının təmin olunmasının nəticəsinin eybəcər məhsuludur.
Rayonun ərazisində özbaşınalıq hədd və sərhəd tanımır. Ona görə də “Sovetski” də təxmini hesablamalara görə, söküntü işlərinə və sakinlərin köçürülməsinə 1 milyard manatdan çox vəsait xərclənəcək.
10 min sakinin hər birinə orta hesabla 100 min manat təzminat verilsə, deməli, təkcə təzminat xərcləri 1 milyard manatdan az olmayacaq. Görünür, zəngin korrupsiya təcrübəsinə sahib olan məmurlar “Sovetski”də fərqli yeyinti texnologiyası tətbiq etmək niyyətindədirlər.
Bakının “Sovetski” məhəlləsində ticarət-iaşə obyektlərinin sahiblərinə 1 kv.m üçün hansı miqdarda vəsait ödəniləcəyi hələ müəyyənləşməyib.
Bunu Bakının “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyasının üzvü, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov deyib. S.İslamov 1 kv.m üçün 1500 manat vəsaitin mənzillər üçün müəyyənləşdirilərək Nazirlər Kabinetində təsdiqləndiyini bildirib.
ƏDALƏT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır

    Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır ...

    9-03-2014, 13:42

  • 
  • İbrahim Mehdiyev «Sovetski» sakinlərini dinləmək istəmir

    İbrahim Mehdiyev «Sovetski» sakinlərini dinləmək ...

    25-08-2014, 16:17

  • 
  • İbrahim Mehdiyevin «Sovetski» maxinasiyası

    İbrahim Mehdiyevin «Sovetski» maxinasiyası ...

    29-03-2014, 15:14

  • 
  • Hökumətin “Sovetski” planında yenilik

    Hökumətin “Sovetski” planında yenilik ...

    2-05-2014, 09:57

  • 
  • Rayon maşınları Bakıya buraxılacaq, amma... - Abid Şərifov qaydaları açıqladı

    Rayon maşınları Bakıya buraxılacaq, amma... - ...

    2-07-2015, 18:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu