Kərəm Həsənovun qardaşına məxsus “Sevgilim” kafesindəki hadisə barədə sensasion iddialar var; Malik Həsənovdan qisas alındığı deyilir
Aprelin 12-də Milli Parkda “Sevgilim” adlı kafe yanıb. Kafenin sahibi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənovun olduğu iddia olunur. Həsənov qardaşlarının Bakı şəhərində xeyli obyektlərinin, daşınmaz əmlaklarının olduğu deyilir. Hadisə ilə bağlı son yeniliklər “Gündəm-xəbər”ə sızdırılıb. Etibarlı mənbədən daxil olan məlumatlarda vurğulanır ki, kafe texniki nasazlıqdan yanmayıb. Obyektin yandırılması şübhəsi var. Restoran sahibi də qəflətən yanğın olmasına inanmır. Belə ki, kafenin yandırılması iddia olunur. Bunu edənlərin kimliyi bilinməsə də, deputatdan qisas alındığı ehtimalı var. Bildirilir ki, deputata qarşı olan adamlar bu işi sifariş verib. Kafesini yandırmaqla ona jest olunub və əzələ nümayiş etdirilib. Deputatın düşmənləri kafesinin külünü göyə sovurmaqla onun diqqətinə çatdırıblar ki, bizimlə oynama. Hər halda mənbənin iddiaları belədir və qeyd olunur ki, “Sevgilim” restoranı havaya sovrulub. Kafe tamamilə yoxa çıxıb. Deputat məsələ ilə bağlı araşdırmalara başlayıb və bunu düşmənlərindən kimin etdiyini öyrənməyə çalışır. Təfsilatı barədə daha geniş xəbərlər yayılacağını deyən qaynağımız dedi ki, bu yeri başqa adam işlədib. Ancaq M.Həsənova məxsusdur. Yaxınlıqdakı kafedə çalışan aşbaz isə mətbuata deyib ki, hadisə yerində yanğınsöndürənlər olmayıb. Kafe sahiblərinə hadisə barədə məlumat vermək istəyən aşbaz telefonlarının bağlı olduğunu görüb. Sitat: “Yanğının qısaqapanmadan baş verdiyini düşünmürəm. Onsuz da Azərbaycanda nə yanğın olursa, hamısına qısaqapanma diaqnozu qoyulur. Adını bilməsək də, bu kafenin bir dövlət məmurunun olduğu haqqında eşitmişik. O baxımdan gələn jurnalistlərə çəkiliş aparmağa icazə verilmir. Hətta, bunun üçün Milli Parkın mühafizəçilərinə xüsusi tapşırıq verilib”. Kafenin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus olduğu bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?