GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənovun biznesi təhlükədə

Kərəm Həsənovun biznesi təhlükədə

Tarix: 25-06-2013, 01:05 Bölmə :Manşet Baxış: 881
Kərəm Həsənovun biznesi təhlükədə

Komitə sədrinin deputat qardaşı ailə kapitalını ölkədən çıxarır

Deputat Malik Həsənov Novruz bayramından dərhal sonra Bakını tərk edərək Dubaya köçüb; ölkədəki siyasi qeyri-müəyyənlik Həsənov qardaşlarını bəzi qabaqlayıcı tədbirlər görməyə məcbur edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənov Novruz bayramından dərhal sonra Bakını tərk edərək Dubaya köçüb. Deputat Dubayda özünə biznes şəbəkəsi yaratmaqla məşğuldur. Bu barədə məlumatlı mənbələrdən xəbər daxil olub. Mənbənin məlumatına görə, M.Həsənov Dubaya getməzdən öncə Bakıdakı kiçik obyektlərini satmağa başlayıb: “M.Həsənov qardaşı K.Həsənovun yardımı ilə Bakının yaxşı yerlərində xeyli sayda qeyri-yaşayış sahəsi özəlləşdirib. Bu obyektlərin çoxu icarədə olub. M.Həsənov Dubay səfəri ərəfəsində bu obyektlərin çoxunu satıb. İndi də onun etibarnamə verdiyi xüsusi adamlar bu obyektlərin satışını davam etdirir. Obyektlərin satışından əldə edilən pullar Dubaya göndərilir və biznesə yatırılır”.
Mənbə deputatın əmlakının bir hissəsini Dubaya daşıması məsələsinə də aydınlıq gətirib: “Malik Həsənov yaxın ətrafına deyib ki, builki seçki çox gərgin keçəcəyindən vəziyyət yaxşı deyil. Yəni arzuolunmaz situasiya yarana bilər. Ona görə də hər ehtimala qarşı tədbir görmək lazımdır, riskə getməyə dəyməz”.
M.Həsənovun Dubayda olmasını yaxınları ilə dəqiqləşdirmək cəhdimiz alınmadı. Onun Milli Məclisdəki köməkçisi telefon zənglərimizə cavab vermədi. Ancaq parlament jurnalistləri Novruz bayramından sonra M.Həsənovun Milli Məclisin iclaslarına qatılmadığını təsdiqlədilər. Həsənovlar ailəsinə yaxın mənbələr də faktı təsdiqlədilər. Onların bildirdiyinə görə, indiki mərhələdə K.Həsənova qarşı xüsusi bir təhlükə olmasa da, siyasi qeyri-müəyyənlik, onun bəzi hakimiyyət daxili qruplaşmalarla münaqişə vəziyyətində olması yaxşı perspektiv vəd etmir. Hakimiyyət elitasında xüsusi söz sahibi olan vergilər naziri Fazil Məmmədovla qarşıdurma, müdafiə sənayesi naziri Yavər Camalovla əmlak mübahisəsi (sonuncu iki nazirlə mübahisələr indi məhkəmə müstəvisində çözülür-müəllif.) K.Həsənovun mövqeyini xeyli dərəcədə laxladıb. Üstəlik də ölkədəki siyasi qeyri-müəyyənlik Həsənov qardaşlarını bəzi qabaqlayıcı tədbirlər görməyə məcbur edib. Onlar sabiq nazirlərin aqibətini yaşayacaqlarından ehtiyatlanaraq indidən əmlaklarının ən azı bir hissəsini qorumaq üçün hərəkətə keçirlər. Onu da yaxşı bilirlər ki, “AZINKO-holdinq” kimi nəhəng müəssisələrdə real yox, virtual təsisçilik mövcuddur. Bir anın içində həmin müəssisə başqa adamın adına keçə bilər. Sabiq iqtisadi inkişaf nazirlərinə məxsus nəhəng holdinqlərin aqibəti buna sübutdur - Fərhad Əliyevə məxsus “Azpetrol” və Heydər Babayevə məxsus “ABU-holdinq” bir anın içində onlardan alınaraq başqa şəxslərin təsisçiliyinə və idarəetməsinə keçdi. Bu acı təcrübədən çıxış edən Həsənov qardaşları potensial təhlükə ərəfəsində əmlaklarının heç olması bir hissəsini təminatlı məkana transfer etməyə start veriblər. Kiçik obyektlərin satılması da bununla bağlıdır.
Mənbə bildirir ki, K.Həsənovun metal biznesinin monopoliyasından kənarlaşdırılması da onu əmlakının bir hissəsinin Dubaya köçürülməsini sürətləndirib. Son aylara qədər filizsaflaşdırma və poladəritmə sahələrində nəzarət paketi K.Həsənova məxsus idi. K.Həsənov dövlətin əmlakını idarə etməyə məsul olan qurumun başçısı kimi, “Azərboru” və “Daşkəsən Filizsaflaşdırma” ASC-ni, eləcə da 20-yə yaxın kiçik müəssisəni idarə edirdi. Ancaq bu yaxınlarda prezident sərəncamı ilə metal biznesi dövlətin nəzarətinə keçdi və K.Həsənov idarəçilikdən uzaqlaşdırıldı. Görünür, bunu ilk xəbərdarlıq kimi dəyərləndirən K.Həsənov əmlakının bir hissəsini xilas etmək üçün hərəkətə keçib. Çünki yaxın keçmişin təcrübəsində belə xəbərdarlıqların acı sonluğu barədə yetərincə nümunələr var - Fərhad Əliyev işdən çıxarılmazdan bir il öncə sənaye ilə bağlı səlahiyyətləri, bir ay öncə isə özəlləşdirmə ilə bağlı funksiyaları əlindən alındı. F.Əliyevin müavini olmuş K.Həsənov belə ssenarilərin sonunun nə ilə bitəcəyinin fərqindədir.

Tahir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pərviz Həşimli adlar çəkdi: Kərəm Həsənov, Malik Həsənəv və..."

    Pərviz Həşimli adlar çəkdi: Kərəm Həsənov, Malik ...

    12-11-2013, 21:34

  • 
  • Kərəm Həsənovun gizlinləri faş olur

    Kərəm Həsənovun gizlinləri faş olur ...

    15-03-2013, 10:57

  • 
  • Kərəm Həsənov üçün müdhiş korrupsiya mənbəyi

    Kərəm Həsənov üçün müdhiş korrupsiya mənbəyi ...

    6-12-2013, 17:54

  • 
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37

  • 
  • Kərəm Həsənovun qara günləri başlayıb

    Kərəm Həsənovun qara günləri başlayıb ...

    9-05-2014, 12:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu