GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Zakir Həsənovun “qətlə yetirdiyi” ordu - 4 aya 28 itki

Zakir Həsənovun “qətlə yetirdiyi” ordu - 4 aya 28 itki

Tarix: 17-04-2014, 10:10 Bölmə :Manşet Baxış: 683
Zakir Həsənovun “qətlə yetirdiyi” ordu - 4 aya 28 itki
Müdafiə Nazirliyində post-Əbiyev dövrü də “qara statistika” və ordunun
morqa çevrilməsi ilə müşahidə olunur; yeni nazirin qruplaşması prezidenti aldadır


Zakir Həsənov müdafiə naziri təyin olunduğu tarixdən ordudan tabutların evlərə göndərilməsi azalmayıb ki, artıb. Yeni nazir sələfinin qoyduğu sistemin idarəçiliyində etdiyi dəyişikliklər yalnız kadrlardan ibarət oldu. O da öz adamlarını yan-yörəsinə toplayıb, tayfa-klan idarəçiliyi yaratmaq təşəbbüsüdür. Səfər Əbiyevdən sonra da orduda qırğınlar dayanmayıb, əsgər qətlləri, səhlənkarlıqdan ölüm halları, intiharlar və s. özbaşınalıqlar davam edir.
Bunu statistika da təsdiqləyir. 2014-cü ilin yanvarından aprelin 14-dək Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 28 nəfər təşkil edib. Ötən müddətdə 35 nəfər yaralanıb və ya xəsarət alıb. Həmin dövrdə vəfat edənlərdən 6-sı döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 19-u isə qeyri-döyüş itkiləridir.
3 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 25-i Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır.
Müdafiə Nazirliyindəki qaynaqlardan “Gündəm-xəbər”ə sızdırılan xəbərdə qeyd olunur ki, nazir orduda dedovşina hallarının azalması ilə bağlı ilk günlərdə əmr verib. Orduda nizam-intizam yaradılması, qayda-qanun bərqərar olunmasına təlimat verib.
Bir müddət sonra başı kadr dəyişikliklərinə qarışan nazir, artıq ordudakı itkiləri və verdiyi tapşırıqları unudub. Bu da onun əmrinin qüvvədən düşməsinə gətirib çıxarıb ki, hazırkı son statistikada öz əksini tapıb.
Qaynağımız deyir ki, Z.Həsənov dövründə qeydə alınan itkilər post-Əbiyev dönəminin davamıdır. Müdafiə Nazirliyinin rəhbərliyi nazirlikdə bir dostlar klubu yaradıb və bu dostlar klubunda da özlərinə yaxın olan dostları, yoldaşları vəzifələrə təyin etməklə öz işlərini bitmiş hesab edirlər. Azərbaycan ordusu isə tamamilə yaddan çıxıb.
Ordumuzda kifayət qədər sosial yönümlü problemlər var ki, hörmətli generallarımız nədənsə bu problemlərlə məşğul olmaq istəmirlər. Kimisə gətirib vəzifəyə qoymaq onları daha çox maraqlandırır. Bütün bunlar da son nəticədə ordumuzda baş verən ölüm hallarının artmasına gətirib çıxarır. Zakir Həsənovun Azərbaycan ordusuna gətirdiyi yenilik ondan ibarətdir ki, hər hansısa bir hadisə olanda Müdafiə nazirliyinin rəhbərliyi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bununla da işlərini bitmiş hesab edirlər.
Yenilik yalnız bundan ibarətdir. Bu gedişlə də Müdafiə nazirliyi heç bir kardinal dəyişikliyə nail olmayacaq. Hərbi hissələrdə təcili olaraq psixoloq ştatlarının yaradılmasına ehtiyac var. Çünki, bu gün Azərbaycan cəmiyyətində kifayət qədər psixoloji problemləri olan gənclər var. Ona görə ki, orta məktəblərdə gənclərin psixoloji hazırlığına diqqət ayrılmır və son nəticədə də zərbə Azərbaycan adlı dövlətə dəyir.
Ona görə də hərbi hissələrdə psixoloq ştatlarının yaradılmasına ciddi ehtiyac var. Belə psixoloq ştatları və yuxarıda qeyd etdiyimiz problemlər həll olmayana qədər biz əsgərlərimizi, balalarımızı itirə - itirə gedəcəyik. Müdafiə Nazirliyi və aidiyyatı qurumlar azacıq da olsa bu məsələyə vicdanla yanaşsalar baş verən faciələrin xeyli hissəsinin qarşısını almaq olar. Ancaq çox təəssüf ki, onlar bu məsələ ilə maraqlanmırlar.
Zakir Həsənov adı rüşvət və korrupsiyada hallanan şəxsləri nazirlikdə yüksək vəzifələrə çəkməklə məşğuldur. Bacarıqsız generalların yüksək vəzifələrə çəkilməsi isə son nəticədə Azərbaycan ordusunda ölüm hallarının artmasına gətirib çıxarır.
Artıq 2014-cü il girəndən elə bir gün olmayıb ki, orduda bədbəxt hadisə baş verməsin, ölüm halları olmasın. Çünki Müdafiə Nazirliyinin rəhbərliyinin başı tamamilə başqa işlərə qarışıb. Adını da qoyublar ki, prezident orduda islahatlar aparmağı bu şəxslərə tapşırıb. Əgər onlar orduda islahatı belə aparacaqlarsa, heç düşmənə ehtiyac qalmayacaq.
Zakir Həsənov və onun komandası prezidenti yalançı çıxartmağa çalışır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ordumuzun itkiləri ilə bağlı statistika açıqlandı

    Ordumuzun itkiləri ilə bağlı statistika açıqlandı ...

    8-08-2014, 02:55

  • 
  • Ordumuzun itkiləri - 58 ölü, 72 yaralı

    Ordumuzun itkiləri - 58 ölü, 72 yaralı ...

    30-07-2013, 13:58

  • 
  • Azərbaycan ordusunun itkiləri: 30 ölü, 40 yaralı

    Azərbaycan ordusunun itkiləri: 30 ölü, 40 yaralı ...

    2-05-2014, 10:02

  • 
  • Orduda itkilərin statistikası: 50 nəfər dünyasını dəyişib, 98 nəfər yaralanıb

    Orduda itkilərin statistikası: 50 nəfər dünyasını ...

    1-08-2014, 01:36

  • 
  • Ölkədə 11 ayda 77 hərbçi ölüb

    Ölkədə 11 ayda 77 hərbçi ölüb ...

    1-12-2013, 22:41


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (188)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu