GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Teleqüllədə Abid Şərifovun adından qanunsuzluq

Teleqüllədə Abid Şərifovun adından qanunsuzluq

Tarix: 18-04-2014, 10:02 Bölmə :Manşet Baxış: 1 193
Teleqüllədə Abid Şərifovun adından qanunsuzluq
“Abid Şərifovun adından istifadə edərək həm özünün, həm də birlik daxilindəki
digər postların rəhbərlərinin istənilən qanunsuzluqlarına şərait yaradır”


Xeyli vaxtdır ki, Teleradio İstehsalat Birliyində korrupsiya, rüşvət və yerlibazlığın baş alıb getməsi barədə yazılar mətbuatın gündəmindən düşmür. Bizcə, bunun başlıca səbəbi Teleradio İstehsalat Birliyinin dövlətin son dərəcə mühüm strateji obyekti olmasıdır. Azərbaycanın elektron informasiya məkanının fəaliyyəti məhz bu birlikdən aslıdır. Burada hər hansı neqativ hala yol verilməsi son nəticədə ölkənin informasiya məkanının iflic vəziyyətə düşməsi ilə nəticələnə bilər. Birlikdə çalışan ayrı-ayrı şəxsləri də narahat edən əsas səbəbdir.
Bu günlərdə birliyin keçmiş əməkdaşı Şamil Məmmədov redaksiyamıza müraciət edərək birlik rəhbərliyi tərəfindən əmək haqqının mənimsənilməsindən, qanunsuz şəkildə işdən çıxarılmasından danışdı. O, 1998-ci ildən -2008-ci ilədək Rabitə Nazirliyinin Hərbləşdirilmiş Mühafizə İdarəsində Teleradio İstehsalat Birliyi üzrə mühafizəçi işlədiyini bildirdi:
“2008-ci ildə Teleradio İB-nin “Teleqüllə” müəssisəsinin istilik təhchizat sexində boş yer olduğu üçün məni ora operator vəzifəsinə işə götürdülər. Həm mühafizəçi, həm də operator kimi iş rejimim növbəli olduğu üçün, boş vaxtlarımda da ustalıqla məşğul olurdum. İş yerində usta olduğumu bilirdilər və işimdən əlavə rəhbərlik mənə nə tapşırıq verirdisə, yerinə yetirirdim. İşin həcmi az olanda pulsuz, çox olanda rəhbərliklə şifahi şəkildə razılaşırdıq. 2009-cu ildə “Teleqüllə” müəssisəsi ləğv olunaraq yerində Bakı Radio-Televiziya yayım filialı yaradıldı və Namiq Şirinovu ora rəis təyin etdilər. Həmin gündən Namiq Şirinov tabeliyində olan işçilərə qərəzli münasibət, ayrı-seçkilik, yerlibazlıq etməyə başladı. Şəxsən məni dəfələrlə kabinetinə çağrıb, hədə-qorxu gələrək şərəf və ləyaqətimi alçaldan sözlər deyib və “mən nə qədər burada rəisəm, sən nə mukafat, nə dərəcə alacaqsan”, - deyə təzyiq göstərib. Sonda əlavə edib: “Bu idarədə bir nəfər də olsa əslən Qərbi Azərbaycandan olan işçi saxlamayacam”.
Şamil Məmmədov, ümumiyyətlə, Teleradio İstehsalat Birliyində yerlibazlığın at oynatdığını bildirir. Onun dediyinə görə, burada əsas postları Şəki və Cəbrayıldan olanlar tutur. Bunun da səbəbi odur ki, “Birliyin baş direktoru Əflatun Şərifov Şəkidən, filial müdiri Namiq Şirinov isə Cəbrayıldandır. Digər bölgələrdən olanlara burada “ikinci sort” insanlar kimi baxılır, onlara müxtəlif şəkildə təzyiq edilir”. O, bu faktları 11.10.2010, 03.11. 2010, 17.09.2012, 14.09.2013-cü il iltarixlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 11.10.2010-cu il tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, 14.10.2010-cu il tarixdə isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova ünvanladığı məktublarda da qeyd etdiyini bildirir. “Mən həmin məktublarda Teleradio İstehsalat Birliyində ölkə prezidentinin dövlətçilik siyasətnə ciddi zərbə vurulduğunu yazmışam”.
Daha sonra Şamil Məmmədov başına gələnləri aşağıdakı ardıcıllıqla danışır: “2010-cu ildə birliyin istilik təçhizat sexi köhnə olduğuna görə bağlandı. O zaman Teleradio İB-nin rəis müavini Məsud Qocayev məni kabinetinə çağırıb inzibati bina üçün yeni istilik sisteminin tikintisinin vacib olduğunu bildirdi. Dedi ki, onun üçün otaq tikmək lazımdır, onun təmir işlərini sən görərsən. Sonra bildirdi ki, yeni istilik sexi Teleradio İB-nə tabe olacaq, həm bizim işçi olarsan, həm də Namiq Şirinovdan canını qurtararsan. Zəhmət haqqını şifahi olaraq 800 (səkkiz yüz) manata razılaşdıq. Mən onun göstərişini yerinə yetirib otağın suyunu, kanalizasiya xəttini çəkdim, alçipan, metlax və s. işlərini gördüm. Ancaq iyul ayının 19-da Namiq Şirinov məni yanına çağırıb dedi ki, səni keçiririk santexnika və su təchizat sexinə. Avqust ayında Məsud Qocayev yenə məni yanına çağırıb bildirdi ki, inzibati binanın qabağındakı mərmər-qranitin 35 kvadrat metrini söküb yenisi ilə əvəz etmək lazımdır, sonra əlavə etdi ki, büdcədə pul azdır, bir az ucuz qiymətə işləyərsən. Mən isə dedim ki, bu işin 1 kvadratmetrini başqa yerdə 25 (iyirmi beş) manata görürəm, sizə 20 (iyirmi) manata işləyərəm, razılaşdıq. Bütün işləri görəndən sonra pulumu istəyəndə o, mənə dedi ki, büdcədə pul yoxdur, rəis Əflatun Şərifov bu işlərə pul ayırmayıb, sən bizim işçisən pulsuz işləməlisən. Mən ona bildirdim ki, Məsud müəllim, mən 3 ay işləmişəm, 7-nəfərlik ailəm var, maaşım isə 140 (yüz qırx) manatdır, xahiş edirəm zəhmət haqqımı verin. O isə cavabında mənə “get, kimə istəyirsən şikayət elə, mənə heç kim, heç nə edə bilməz” dedi. Sonra mən birliyin rəisi Əflatun Şərifovun qəbuluna getdim, ancaq o, məni nəinki qəbul etmədi, üstəlik, Namiq Şirinova da göstəriş vermişdi ki, onun qəbuluna getməyimin qarşısını alsın”.
Şamil Məmmədov, ümumiyyətlə, Teleradio İstehsalat Birliyində özbaşınalıq hökm sürdüyünü, haqqını tələb edənlərin müxtəlif təzyiqlərə məruz qaldığını bildirir. Özünün də belə özbaşınalığın qurbanı olduğuna bir daha diqqəti çəkir. “Nə qədər tələb etsəm də, nəinki burada öz halal əmək haqqımı ala bilmədim, üstəlik səsimi çıxardığıma görə işdən də qovuldum. Buradakı bütün özbaşınalıqlara birliyin baş direktoru Ə.Şərifov rəvac verir. O, əmisi, baş nazirin müavini Abid Şərifovun adından istifadə edərək həm özünün, həm də birlik daxilindəki digər postların rəhbərlərinin istənilən qanunsuzluqlarına şərait yaradır”.
Şamil Məmmədov Teleradio İstehsalat Birliyindəki qanunsuzluqlar ucbatından uzun müddətdən bəri işsiz qaldığını, üstəlik, 1500 manat halal zəhmət haqqını bu günədək ala bilmədiyini bildirir. Yaxın günlərdə o, bu qanunsuzluqlarla bağlı məhkəməyə müraciət edəcəyini deyir.
Eldar Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər Kabinetindən açıqlama

    Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər ...

    30-11-2015, 18:32

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Yanan villa Abid Şərifovun imiş

    Yanan villa Abid Şərifovun imiş ...

    27-12-2012, 18:57

  • 
  • ABİD ŞƏRİFOVUN AİLƏ ŞİRKƏTİNDƏ BÖHRAN – İşçilər aylardır maaş almır

    ABİD ŞƏRİFOVUN AİLƏ ŞİRKƏTİNDƏ BÖHRAN – İşçilər ...

    31-08-2015, 18:54

  • 
  • Abid Şərifovun «mina biznesi»

    Abid Şərifovun «mina biznesi» ...

    8-12-2012, 16:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu