Noyabrın 26-də Pekində Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak edən baş nazirin müavini Abid Şərifovun səhhəti ilə bağlı ilginc xəbər yayılıb.
gundemxeber.az Musavat.com-a istinadən xəbər evrir ki, həmin görüşdən sonra Abid Şərifovun səhhətində kəskin problemlər yaranıb.
Buna görə də digər nümayəndə heyəti Bakıya qayıtsa da o, nəzərdə tutulan zamanda Azərbaycana dönə bilməyib. Abid Şərifov şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir. Görüşdən sonra onun vəziyyəti də məhz bu xəstəliklər səbəbindən pisləşib və o, Pekində dərhal xəstəxanaya yatırılıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Abid Şərifovun səhhəti ilə bağlı yayılan məlumatdan xəbərsiz olduğunu bildirib: “Bu barədə məndə məlumat yoxdur”.
Akif Əli məlumatı dəqiqləşdirməyimiz üçün Abid Şərifovun köməkçisi ilə telefon əlaqəsi yaratmağımızı məsləhət görsə də, köməkçi bu barədə məlumat almaq üçün mətbuat xidmətinə müraciət etməli olduğumuzu xatırladıb.
Sorğu
Yeni dizaynımız necədir?