Nizaməddin Quliyevin işdən çıxarılması haqda xəbərin yayılması kimə sərf edirdi?
Az əvəl belə bir məlumat yayıldı ki, Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifəsindən azad edilib. Bildirək ki, bu informasiya artıq bir neçə KİV tərəfindən işıqlandırılıb. DİA.AZ olaraq Goranboydakı mənbələrdən əldə etdiyimiz xəbər isə əslində bütün bunların həqiqətdən uzaq olduğunu ortaya çıxardı. Bu barədə redaksiyamıza açıqlama verən rayondakı mənbə bildirdi ki, neçə müddətdir Müqayis Verdiyev adlı iş adamı Goranboy rayon icra hakimiyyətinin rəhbərliyinə qarşı kampaniya aparır: «Bu kampaniya boyunca Müqayis Verdiyev icra başçısına qarşı olmazın böhtanlarını atdı. Halbuki onun həbsdən qurtarılmasında Nizaməddin Quliyevin müstəsna rolu olmuşdu.
Nizaməddin Quliyevin işdən çıxarılması haqda xəbərin yayılması kimə sərf edirdi? Amma buna baxmayaraq, böhtan kampaniyası davam etdirildi. Bu günlərdə isə Müqayis Verdiyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olundu. Və yəqin ki, onun yaxınları elə zənn edirlər ki, bu həbsdə icra başçısı hansısa formada rol oynayıb. Buna görə də öz aləmlərində Nizaməddin Quliyevə zərbə vurduqlarını zənn edirlər. Məlumat yayırlar ki, onu işdən çıxarıblar. Amma bu ölkədə qərarları hansısa ünvanda əyləşən dezinformasiya şəbəkələri yox, ölkə başçısı verir».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?