GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakim komandanın namizəd problemi

Hakim komandanın namizəd problemi

Tarix: 10-01-2013, 11:53 Bölmə :Manşet Baxış: 923
Hakim komandanın namizəd problemi

YAP susur, Fəzail Ağamalı və Faziı Mustafa isə
İlham Əliyevin alternativsizliyindən danışırt


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi rəsmən elan edilməyib. Ancaq ötən ilin sonlarında YAP funksionerləri bir-birinin ardınca namizədlərinin İlham Əliyev olacağını bildiriblər. Dekabrın 24-də YAP sədrinin müavini Əli Əhmədov «Azərbaycan 2013: yeni məqsədlər, yeni uğurlar» mövzusunda keçirilən konfransda çıxış edib və bildirib ki, onların yeganə namizədi İlham Əliyev olacaq: «2013-cü il prezident seçkilərində İlham Əliyevin qələbəsi «əsas uğur» olacaq».
Dekabrın 27-də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov AzərTac-a müsahibəsində deyib ki, 10 illik perspektivə hesablanmış «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır: «Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək».
Bəs digər siyasi partiya və qurumlar hakim partiyanın seçimi haqqında nə düşünürlər?

Hakimiyyətə təzə adam gələcək?

Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından olan yazıçı və kinodramaturq Rüstəm İbrahimbəyovun fikrincə, hakimiyyətə təzə adam gələcək: «Təzə bir üçüncü hərəkat gündəmdədir. Bu üçüncü qüvvə Azərbaycanda olan bütün partiyalar, ictimai birlikləri birləşdirəcək. Mənə elə gəlir ki, bu hərəkat öz namizədini irəli sürəcək. İndiki iqtidar öz nüfuzunu gündən-günə itirir. Bu vəziyyətdə bu təzə, üçüncü qüvvə mütləq bu seçkiləri udmalıdır».
O ki qaldı Yeni Azərbaycan Partiyasının İlham Əliyevdən başqa namizədinin olub-olmayacağına, Rüstəm İbrahimbəyov bunları deyir: «Hakim partiya şəraiti real qiymətləndirsə, İlham Əliyev seçkiyə qatılmalı deyil, çünki bu, Konstitusiyaya da ziddir, dünya da bunu yaxşı qarşılamayacaq. Mənə elə gəlir ki, onların namizədi olmalıdır. İqtidarda da qruplaşmalar var, yekdil deyillər. Həmin şəxs elə namizəd olmalıdır ki, qrupların hamısını razı salsın. Belə bir adam tapmaq çətindir».
Hakimiyyətə yaxın Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı İlham Əliyevi ən yaxşı namizəd sayır: «Mən Yeni Azərbaycan Partiyası adından hər hansı fikir söyləyə bilmərəm. Söyləməyim etik cəhətdən düzgün deyil. Mənə elə gəlir ki, Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyev olacaq. Düşünürəm ki, İlham Əliyev bu ölkəni bundan sonra daha da inkişaf etdirə bilər. Ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirə bilər.
Həyata keçirmiş olduğu islahatların, proqramların yerinə yetirilməsi ilə Azərbaycan dövlətini daha da gücləndirə, regionun güclü, qüdrətli bir lider dövləti kimi uğurlarını daha da artıra bilər».

İlham Əliyevdən başqa namizəd görünmür

AXCP sədrinin müavini Gözəl Bayramlı hakim partiyada İlham Əliyevdən başqa namizəd görmür: «Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyində israr edir. Seçkiqabağı proseslərdə insanların fəallığı artsa, situasiya başqa şey diktə etsə, ola bilər İlham Əliyev namizədliyini irəli sürməsin. Ancaq açığı, İlham Əliyevin seçkiyə qatılmayacağı təqdirdə YAP-ın başqa namizədini görmürəm».
Müsavat başqanının müavini Arif Hacılı alternativ namizəd məsələsini hakim partiyanın öz işi sayır: «Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi ölkənin xarici və daxili siyasətinə müdaxilə etmək imkanları yetərincə məhdud siyasi partiyadır. İqtidar komandasının taktiki gediş baxımından İlham Əliyevdən başqa da namizədi olsa, YAP-a həmin namizədi müdafiə etmək tapşırılacaq. Ancaq onların əvəzinə mən hansısa ikinci namizədin adını çəkmək istəməzdim. Bu, Yeni Azərbaycan Partiyasının və iqtidar komandasını daxili işidir».
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa YAP-ın İlham Əliyevdən başqa namizədi olacağına inanmır: «Yeni Azərbaycan Partiyasının namizədi ancaq İlham Əliyev olacaq. Çünki başqa namizədin olması müəyyən problemlər yarada bilər. Hər halda, indiki şərtlərlə onun xarizması partiyada başqası ilə əvəz oluna bilməyəcək».
Azərbaycanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək. Hələlik Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb.
Kəbiran Dilavərli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Mehdiyev komandasının 2020 bəyanatlarının sirri açıldı

    Mehdiyev komandasının 2020 bəyanatlarının sirri ...

    30-12-2012, 11:33

  • 
  • Mehdiyev komandasının 2020 bəyanatlarının sirri açıldı

    Mehdiyev komandasının 2020 bəyanatlarının sirri ...

    30-12-2012, 10:40

  • 
  • YAP iyunun 7-də prezidentliyə namizədini təsdiqləyəcək

    YAP iyunun 7-də prezidentliyə namizədini ...

    1-06-2013, 20:13

  • 
  • Yeni Azərbaycan Partiyasının ümumrespublika müşavirəsi keçirilir

    Yeni Azərbaycan Partiyasının ümumrespublika ...

    16-01-2016, 17:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu