GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Oqtay Şirəliyev “kassası”nı qurban verir

Oqtay Şirəliyev “kassası”nı qurban verir

Tarix: 29-04-2014, 09:52 Bölmə :Manşet Baxış: 963
Oqtay Şirəliyev “kassası”nı qurban verir
Hesablama palatası Səhiyyə Nazirliyində müdhiş yeyinti faktları aşkarladı

Nazir vəziyyətdən çıxmaq üçün “günah keçisi” axtarır

Dünən aldığımız məlumatlarda Səhiyyə Nazirliyi ilə bağlı kifayət qədər müdhiş faktlar və rəqəmlər vardı. Rəqəmlər dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin talan edilməsini əks etdirirdi.
Hesablama Palatasının auditi zamanı ən ciddi korrupsiya hallarından biri Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizatı Mərkəzində müəyyən olunub. Kiçik bir mərkəzdə büdcə talanının həcmi 100 min manata yaxındır. Əsas mənimsəmə halları isə “Şəkərli diabet üzrə Proqram”ın, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın, “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın, “Yolxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın, “Xroniki böyrək çatışmazlı üzrə Təbirlər Proqramı”nın icrası zamanı üzə çıxıb. Belə ki, büdcə vəsaitləri hesabına alınan preparatlar xəstələr üçün pulsuz paylanması nəzərdə tutulsa da, bu işlər həyata keçirilməyib. Bir tibb müəssisəsində bir şəkərli diabet xəstəsinə düşən xərc şişirdilmiş, bir sıra müəssisələrdə isə bir xəstəyə düşən xərc müxtəlif olub.
2013-cü ildə HİVAİDS-nin qarşısının alınması və müalicəsi üçün nəzərdə tutulan dərman preparatları və vaksinlərin böyük əksəriyyəti istifadə olunmadığı müəyyən edilib.
Səhiyyə Nazirliyinin Elm Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda aparılan yoxlamalar zamanı müəyyən olunub ki, bir nəfərə düşən qida normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq məhsulların silgisinə yol verilib, işçilərin adına əlavə əmahkaqqı yazılıb. Avtomobillərin cari təmirdə olduğu halda, həmin günlərdə onların yanacaq sərfiyyatı haqqında qanunsuz sənədləşmə aparılıb. Həmçinin, təyinatdankənar dərman, sarğı ləvazimatlarıvə materialları silinib. Audit dövründə institutda təqribən 65 min manatlıq büdcə vəsaitinin mənimsənildiyi üzə çıxıb.
Xəstəxanalarda “xəstə yeməyi”
Hesabat dövründə 3 saylı Şəhər Klinik Xəstəxanasında aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata yaxın olub. Əsas qanun pozuntusu isə mal və xidmətlərin alışı zamanı tender qaydalarının əməl edilməməsi zamanı baş verib. Bütün dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin adından artıq əməkhaqqları yazılaraq böyük həcmdə pullar silinib. Hesablama Palatasının təqdim etdiyi 115 min manat isə, əlbəttə ki, baş verən korrupsiya hallarının cüzi bir hissəsidir. Sabirabad rayon Xəstəxanasında da balansda olan avtomobillərə normadan artıq ehtiyat hissələri silinib, mal-material qiymətlərinin inventarizasiyası zamanı əskikgəlmə və artıqgəlmə halları müəyyən edilib. Bununla büdcəyə dəyən zərər nə az, nə çox 47 min manat civarında olub. Bu gün digər gəlirli sahələrdə olduğu kimi dərman-aptek biznesində də çox ciddi inhisarlaşma hökm sürür. Son günlər səhiyyə nazirliyi adından guya ki, dərman bazarının kontrola alınması məqsədilə atılan addımların da böyük əksəriyyətinin məhz dərman biznesi monapolistlərinin maraqlarına xidmət etməsi kimsə üçün sirr deyil.
Xatırladaq ki, bu gün dərman bazarında iki əsas favorit güc var: “Avromed” və “RiyadFARM”. Doğrudur, bu gün imkanlarına görə millət vəkili Cavanşir Feyziyevin rəhbərlik etdiyi “Avromed” daha geniş miqyası əhatə edir ki, bu da sırf olaraq səhiyyə nazirliyinin birbaşa olaraq deputatın şirkətinə dəstək verməsi ilə əlaqədardır. Təsadüfi deyil ki, hazırda dərman bazarının az qala yarısından soxu “Avromed”in nəzarəti altındadır. Bu gün səhiyyə nazirliyinin özü başda olmaqla, bu qurumun xətti ilə digər nazirlik və dövlət qurumlarının dərman təchizatı işi də məhz “Avromed” tərəfindən həyata keçirilməkdədir ki, bu da son nəticədə sözügedən şirkətin monapolistə çevrilməsinə gətirib çıxarıb.
Maraqlıdır ki, mərhum Aqil Əliyevin oğlu - İlqar Əliyevə məxsus olan “RiyadFARM”a belə bir şərait yaradılmır. Bu barədə açıqlama verən mötəbər mənbələr məsələni bu şəkildə izahlayırlar ki, əslində İlqari Əliyevin özü də bu məsələdə bir o qədər maraqlı görünmür: “Çünki bir neçə biznes sahəsinə baş vuran İlqar Əliyev üçün “RiyadFARM” başlıca hədəf olmadığından o, səhiyyə nazirliyinin “RiyadFARM”ın əsas rəqibi olan “Avromed”ə dəstək verməsinə göz yumur”.
Bildirək ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev birbaşa olaraq bu işdə maraqlı tərəf kimi çıxış edir və deputat Cavanşir Feyziyevlə həm dostluq və həm də işgüzar əlaqələri bu gün qosqoca nazirliyi bir şirkətin keşikçisinə çevirib. Məlumatlara görə, bu iki şirkətlə yanaşı, “QafurFARM” da dərman bazarında ciddi paya malikdir və səhiyyə nazirliyinin bəzi yetkililəri tərəfindən dəstəklənən bu şirkətin dərman bazarında təxminən 15-20 faizlik imkanlarının olduğu söylənilir.
Oqtay Şirəliyevin baş pulyığanı kimdir?
Bununla bağlı redaksiyamızı bilgiləndirən səhiyyə nazirliyindəki məlumatlı mənbənin iddialarına görə, bu gün adları çəkilən hər üç şirkət əslində səhiyyə nazirliyinə dövlət büdcəsindən dərmanların alınması üçün ayrılan milyonlarla vəsaitin həzm-rabedən keçirilməsi üçün bir vasitədir. Hətta, birbaşa olaraq əsgərlərimizin can təhlükəsizliyi mövzusuna cavabdeh olan Müdafiə Nazirliyinin Tibb İdarəsi də məhz səhiyyə nazirliyindəki dəllal çevrənin təhriki ilə həmin üç şirkətlə çalışmaq zorundadır.
Mənbəmiz bu arada səhiyyə nazirliyindəki dərman dəllalları ilə bağlı maraqlı faktları da açıqladı. Məlumatlardan belə aydın olur ki, sən demə, böyüklüyündən-kiçikliyindən asılı olaraq bu gün nazirlik adından bütün apteklərdən aylıq “dolya” alınırmış: “Bəzi yerlərdə aylıq haqqın qiyməti 2000 manata çatsa da, əksər yerlərdə 200-500 manat arası təşkil edir. Amma elə yerlər də var ki, 1000-1500 manat arası pulu hər ay səhiyyə nazirliyinin pulyığanlarına çatdırmaq zorundadırlar. Əks halda, nazirliyin “qara siyahısı”na düşərlər və sonra da müxtəlif bəhanələr altında həmin apteki bağlayarlar”.
Mənbəmiz bildirir ki, bu işə nazirlikdə birbaşa olaraq səhiyyə nazirinin müavini Elsevər Ağayev nəzarət edir. Bildirək ki, əslində, Elsevər Ağayevin bu gün nazir Oqtay Şirəliyevin kassiri qismində çıxış etməsi heç də təəccüblü deyil. Çünki əksəriyyət onu yaxşı tanıyır və hər kəsə məlumdur ki, hazırda məhbəs həyatı yaşayan keçmiş səhiyyə naziri Əli İnsanovun da zamanında kassirliyini etmiş Elsevər Ağayev neçə-neçə xəstəxana ərazisinin satılıb, pulunun mənimsənilməsi prosesində də ad çıxarıb.
İndi isə onun xidmətlərindən Oqtay Şirəliyev istifadə edir. Bu isə o deməkdir ki, artıq Oqtay Şirəliyevin nədən Elsevər Ağayevə qıymamasının səbəbləri də bəlli olur. Çünki Elsevər Ağayev bu gün nazirlikdə qalan yeganə kadrdır ki, həm də Əli İnsanovla bərabər çalışıb. Deməli, Oqtay müəllimə öz işini yaxşı bilən kadrlarla yanaşı, həm də Elsevər Ağayev kimi pul işini yaxşı bilən kadrlar da lazım imiş.
Onu da bildirək ki, birbaşa olaraq səhiyyə nazirliyində qərarlaşan dərman mafiyası ilə bağlı redaksiyamıza yeni əlavə faktlar da daxil olub. Araşdırmalarımız davam edir. Yaxın vaxtlarda həmin materialları da diqqətinizə çatdıracağıq. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləməkdə davam edin...
R.Əlicanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda xəstələrə pulsuz verilməli olan dərmanlar - (Siyahı)

    Azərbaycanda xəstələrə pulsuz verilməli olan ...

    8-04-2015, 16:35

  • 
  • Hesablama Palatası hansı məmurları çökdürəcək?

    Hesablama Palatası hansı məmurları çökdürəcək? ...

    29-04-2014, 09:54

  • 
  • Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası»

    Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası» ...

    18-04-2013, 10:33

  • 
  • Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

    Azərbaycanda şəkərli diabet xəstələrinin sayı ...

    12-11-2013, 11:39

  • 
  • Hesablama Palatası məmurlarla baglı materialları prokurorluğa göndərəcək

    Hesablama Palatası məmurlarla baglı materialları ...

    17-02-2014, 17:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu