GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səhiyyəmizin “Rauf Nağıyev problemi”

Səhiyyəmizin “Rauf Nağıyev problemi”

Tarix: 30-04-2014, 10:07 Bölmə :Manşet Baxış: 4 443
Səhiyyəmizin “Rauf Nağıyev problemi”
Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavininin qanunsuz əməllərinə “dur” deyən tapılmır

Azərbaycan səhiyyəsinin acınacaqlı durumu, bu sistemdə hökm sürən rüşvət və korrupsiya halları barədə çox deyilib, çox danışılıb. Dövlət büdcəsindən hər il külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, səhiyyə sistemi ən problemli sahə olaraq qalmaqdadır. Elə bu günlərdə Hesablama Palatasının açıqladığı hesabatda aparılmış auditin nəticəsində üzə çıxarılmış korrupsiya faktları öz əksini tapmışdı. Acınacaqlısı odur ki, dövlətin milyonlarla vəsaiti hesabına alınan və bir çox xəstələrə pulsuz paylanmalı olan dərman preparatları məsuliyyətsizlik ucbatından ünvanlarına çatdırılmayıb, ambarlarda yığılıb qalıb. Dərmanların paylanıldığı xəstəxanalarda isə balans gözlənilməyib, bəzilərinə lazım olduğundan çox, bəzilərinə isə az miqdarda göndərilib. Təbii ki, bunun adı təkcə məsuliyyətsizlik yox, həm də insan talelərinə biganəlikdir. Səhiyyə sistemində rəhbər postlarda oturan bir çox məmurlar isə daha çox şəxsi mənafelərini təmin etmək, əllərinə düşən fürsətdən yararlanmaq niyyətindədirlər. Belə məmurlar səhiyyə sistemində özbaşınalığın yaranmasına, rüşvət və korrupsiyanın çiçəklənməsinə şərait yaradırlar. Az-çox uğurlar qazanan özəl klinikalara belə “işbaz” səhiyyə məmurları tərəfindən elə divan tutulur ki, onlar ya bağlanmaq təhlükəsi ilə üz-üzə qalır, ya da qoyulan şərtlərlə razılaşmalı olurlar. Lisenziya almaq üçün edilən müraciətlərə müxtəlif süni maneələr yaradılır, yüksək məbləğdə rüşvət tələb olunur. Təsadüfi deyil ki, belə total rüşvət və korrupsiyanın əsarətində boğulan Azərbaycan səhiyyəsi dünyada ən bahalı səhiyyə sistemlərindən hesab olunur. Səhiyyə Nazirliyinin lisenziyaların verilməsi üzrə komissiyası özəl tibbi müəssisələr üçün keçilməz səddə çevrilib. Özəl klinikaların qarşısında elə şərtlər qoyulur ki, həmin şərtlərə heç dövlət xəstəxanalarında belə riayət olunmur. Komisiyyanın rəhbəri Rəşad müəllimin isə qəbuluna düşmək müşkül məsələdir. Çünki, Rəşad müəllim hər “xırda-para” işlərə vaxt ayırmır. Elə dəfələrlə onun qəbuluna düşmək istəsək də, nədənsə məqsədimizə nail ola bilmədik.
Səhiyyənin ümumi problemlərinin daha dərin kök saldığı Bakı şəhər səhiyyə sisteminin vəziyyəti də ürəkaçan deyil. Paytaxtın səhiyyə infrostrukturunun təşkilinə, bu sahəyə rəhbərliyə cavabdeh olan Bakı şəhər Baş Səhiyyə İdarəsi isə daha çox şəxsi maraqların təmin olunduğu, konkret şəxslərin mənafelərinin qorunduğu bir təşkilata çevrilib. Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev burada özünə məxsus idarəetmə sistemi formalaşdıraraq səhiyyəmizin inkişafına öz “töhfələrini” verir. 2011-ci ilə qədər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasında baş həkimin müavini olan Rauf Nağıyev sonradan “xidmətlərinə” görə mükafatlandırılaraq paytaxtın baş səhiyyə idarəsinə rəis müavini gətirilir. Onun Bakı şəhər TTTYS-da baş həkimin müavini olduğu dövr fəaliyyətinin “xüsusi mərhələsini” təşkil edir. Bu dövr rüşvətxorluğun pik həddə çatdığı, tibbi yardım stansiyalarında dərin kök saldığı illərdir. Bu “çiçəklənmə mərhələsində” Rauf Nağıyevin xüsusi “əməyi” var. Lakin, belə “səmərəli” fəaliyyətdən sonra o, hansısa vasitələrlə iş yerini daha yüksək posta dəyişməyə müvəffəq olur.
Rəis müavini təyin olunan Rauf Nağıyev işə başlar-başlamaz öz qanunlarını diqtə etməyə başlayır. Ətrafına yaxınlarını toplayaraq Bakının səhiyyə sistemində monopoliya yaradan rəis müavini yeni idarəetmə strukturu formalaşdırmağa nail olub. Onun daha çox hədə-qorxu, təhdid dili ilə danışmasını tabeliyində olanlar çox gözəl bilirlər. İradlarını bildirənlərə “hara istəyirsən, kimə istəyirsən şikayət edə bilərsən” deməsi isə onun artıq ölkə qanunlarını bir heç sanması, onlara məhəl qoymaması anlamına gəlir. Ötən il bir qrup həkimin ölkə prezidentinə ünvanladığı müraciətdə Rauf Ağayevin hansı metodlarla idarəçilik həyata keçirdiyini tam aydın görmək olar. Həmin müraciətdə bir qrup həkimin Rauf Nağıyevin qəbulunda üzləşdikləri təhqirlər, hədələr göstərilmişdi. Hətta qadınları belə təhqir etməkdən çəkinməyən bir məmurdan hansı humanizmi, xalqa məhəbbəti gözləmək olar? Paytaxtın səhiyyə müəssisələrində hökm sürən rüşvətxorluq və korrupsiya hallarına biganəlik göstərən, bəlkə də bu hallara rəvac verən Rauf Nağıyev özünü bu qədər toxunulmaz hesab etməyə gücü haradan və kimdən alır görəsən? Hər halda onun Bakı şəhər Baş Səhiyyə İdarəsinə rəis müavini gəldiyi gündən burada hansısa uğurdan danışmaq bulanıq suda balıq axtarmağa bərabərdir. Və yaxud onun apardığı kadr “islahatları”ndan biri haqqında elə Səhiyyə Nazirliyinin rəsmi Facebook səhifəsində informasiya yerləşdirilib. Məlumatda göstərilib Bakı şəhəri Təcili Tibbi Yardımın 19 saylı stansiyasının müdiri olan Arzu Qurbanova 2005-ci ildə 4 saylı köməkçi stansiyadan “saxta sənəd düzəltmə” ittihamı ilə işdən azad olunub. Bir ilə yaxın işsiz qaldıqdan sonra Rauf Nağıyevin köməkliyi ilə 19 saylı Təcili Tibbi Yardım stansiyasına müdir vəzifəsinə keçirilib. Görəsən, əvvəlki iş yerindən saxta sənəd düzəltmə maddəsi ilə azad olunan bir şəxsi Rauf Nağıyev hansı meyarlara əsaslanaraq rəhbər vəzifəyə gətirib? Bu onun tutduğu vəzifədən hansı məqsədlərlə istifadə etdiyini göstərir. Paytaxtın ayrı-ayrı səhiyyə ocaqlarında onun himayə etdiyi imtiyazlı kadrlar ordusu fəaliyyət göstərir. Belə kadrlar üçün heç bir qanun, göstəriş mövcud deyil. Onlar yalnız Rauf Nağıyevin əmrlərinə tabedirlər. Vəzifə səlahiyyətlərindən istifadə edən R.Nağıyev öz doğma bacısını da unutmayıb. Qardaşının köməkliyi ilə paytaxtın səhiyyə müəssisələrindən birində rəhbər vəzifəyə təyin olunan İradə Musayeva da Azərbaycan səhiyyəsinə öz “əvəzsiz xidmətlərini” göstərir.
Hesablama Palatasının apardığı auditin nəticəsində paytaxtın səhiyyə müəssisələrində xeyli sayda “ölü ştatların” olduğu üzə çıxarılıb. Maraqlıdır ki, bütün şəhər səhiyyəsini nəzarətdə saxlayan Rauf Nağıyev belə faktları görmürmü?
Ölkə başçısının sərəncamı ilə bu il fevralın 17-dən Azərbaycanda əhalinin icbari müayinəsi həyata keçirildi. Lakin, daha çox pul almağa öyrənmiş həkimlər belə pulsuz müayinələrə o qədər də həvəs göstərmədilər. Müayinələrin başdansovdu, tezbazar həyata keçirilməsi, daha çox statistika xatirinə aparıldığı barədə çoxsaylı məlumatlar yayıldı. Bu işdə Bakı şəhər Baş Səhiyyə İdarəsinin də nəzarətsizliyi özünü büruzə verdi. Dəfələrlə rəis müavini Rauf Nağıyevə bu barədə məlumatlar verilsə də konkret addımlar atılmadı. Tez-tez mətbuat səhifələrində kompaniyanın uğurla aparılmasına dair hesabatlar verən R.Nağıyev baş verən neqativliklərə göz yumaraq əslində hər şeyin “plan doldurmaq” xatirinə olduğunu göstərdi.
Vəzifə pillələrində sürətlə irəliləyən Rauf Nağıyevin ambisiyaları hələ də bitmək bilmir. Əldə etdiyimiz məlumatlara görə, daha yüksək postları hədəfləyən rəis müavinini indiki statusu artıq qane etmir. Nazirlikdə mühüm bir kresloya iddia edən R.Nağıyev məqsədinə çatmaq üçün gərgin iş aparır.
Bu gün səhiyyə sistemi daha çox məmurların şəxsi maraqlarına qurban verilərək acınacaqlı duruma düşüb. Rauf Nağıyev kimi “səhiyyə xadimləri” öz sahələrində yol verdikləri qanunsuzluqlarla Azərbaycan tibbini məhv olmaq təhlükəsi ilə üz-üzə qoyublar. Qeyd etdiyimiz kimi, daha böyük kürsülərə iddia edən Nağıyevin gələcək fəaliyyətinin səhiyyəmizə nələrə başa gələcəyini düşünmək belə qorxuludur. Bu barədə lazımi şəxslər və qurumlar əməli addımlar atmasalar sonra gec ola bilər. Özü də çox gec!
Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatası hansı məmurları çökdürəcək?

    Hesablama Palatası hansı məmurları çökdürəcək? ...

    29-04-2014, 09:54

  • 
  • Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası»

    Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası» ...

    18-04-2013, 10:33

  • 
  • Akif Səlimov Laçın Səhiyyəsini də korrupsiya bataqlığına çevirib

    Akif Səlimov Laçın Səhiyyəsini də korrupsiya ...

    20-02-2014, 23:31

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Azərbaycanda xəstələrə pulsuz verilməli olan dərmanlar - (Siyahı)

    Azərbaycanda xəstələrə pulsuz verilməli olan ...

    8-04-2015, 16:35


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu