GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nazirin oğlunu xilas etməsinin şok detalları - “Gündəm xəbər”də

Nazirin oğlunu xilas etməsinin şok detalları - “Gündəm xəbər”də

Tarix: 13-05-2014, 10:18 Bölmə :Manşet Baxış: 0
Nazirin oğlunu xilas etməsinin şok detalları - “Gündəm xəbər”də
Ziya Məmmədov özünə və ailəsinə qarşı kampaniyanın gedişində övladının
zədələnmiş reputasiyasını necə bərpa edə və hadisələrdən yayındıra bildi? - təfsilatı


Hər şey bir yana qalsın, bu proseslərin içərisindən ən sağlam çıxan Anar Məmmədov oldu. Söhbət Məmmədovlar klanına qarşı başlanmış piar kampaniyanın gedişində nazir oğlunun özünü hədəfdən yayındıra bilməsindən gedir.
Nəqliyyat naziri Ziya Məmmədov oğlunun hadisələrdən uzaq tutmaq, imicini müsbət xarakterizə etdirmək, zədələnmiş reputasiyasını bərpa etmək planları qismən baş tutub. Bu barədə hadisələri “Gündəm-xəbər”ə şərh edən qaynağımız qeyd edir ki, hələ 1 milyonluq ayı kababı məsələsi ortaya çıxanda nazirin başı uzun müddət ağrıdı. Amma nazir balasını qoruya, nəzərdən saxlaya, medianın və ictimaiyyətin qınağından yayındıra bildi. Əldə etdiyimiz xəbərə görə, nazir balasının ABŞ-da lobbiçilik fəaliyyətinə başlaması onun qara zolaqdan çıxışına yardımçı olub.
Nazir oğlunun Amerikada Azərbaycanla bağlı apardığı işlər, Xocalı soyqırımı və digər təbliğatı işlərdə iştirakı onu ölkə rəhbərliyinin gözündə qaldırıb. Hətta prezident nazirə “bax, mən bütün uşaqları belə görmək istəyirəm” deyib.
Prezidentin məmnunluğunu oğlunun diqqətinə çatdıran nazir həm sevincək olub, həm də prosesdən sağlam çıxmasını təmin edib. Nazir oğlunun nəzərinə çatdırıb ki, davam etsin, köhnə işlərə qayıtmasın və vəziyyət ağırdır deyə indiki məqamda “çp” buraxmasın.
Həqiqətən də Anar Məmmədov artıq özü haqda formalaşdırdığı mənfi obrazı darmadağın etmək üzrədir və Amerikada lobbiçiliklə müsbət imic qazanmağa nisbətən müvəffəq olub.
Qaynağımız qeyd edir ki, Anar Məmmədovla bağlı Ziya Məmmədovun strateji planlarında oğlunun siyasi səhnəyə transferi xüsusi yer tutur. Bu özündən sonra varis anlamında yox, gələcəkdə, ölkənin idarəçiliyində iştirak istəyindən doğan bir hirs kimi başa düşülməlidir. Çünki nəqliyyat naziri ömürlük bu postda oturacaq biri olmadığının fərqindədir və rəqibi kimi onun da oğlunun aparıcı fiqur olması lazımlıdır.
Eyni zamanda, Anar Məmmədovun ABŞ-ın siyasi dairələri ilə tanış edilməsi də həmin gələcək planın reallaşdırılması üçün körpü funksiyasını həyata keçirmək niyyətindən irəli gələ bilər. Amma Ziya Məmmədovun sonunu yaxınlaşdıran bir təhlükə var ki, onu dəf etmək gərəkdir. Bu da son dövrlər mətbuatda geniş yayımlanan “avtoş”luq məsələsidir.
Nazirin deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun bahalı maşınlarda “avtoşluq” etməsi, onun ümumiyyətlə, Azərbaycanda “avtoşlar”a dəstək verən xarici qurumlarla əlaqəsinin üzə çıxması, ən əsası isə bunları əks etdirən videokadrların meydana çıxması nəqliyyat nazirini çıxılmaz vəziyyətə salıb.
Üstəlik, bu əsnada “Yeni Müsavat”ın müxbiri Fərahim İlqaroğlunun məhz Aynar Məmmədovun dostu tərəfindən döyülməsi işləri lap korlayıb. Bu işin ucundan tutub, ucuzluğa gedilməsi isə təkcə Ziya Məmmədovun deyil, həm də qardaşı Elton Quliyevin karyerasının sonu demək olacaq. Məmmədovlara qarşı kampaniyanın ona antaqonist olan qüvvələr tərəfindən körüklənməsi isə işini çətinləşdirib.
Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə müşavirələrdə etdiyi çıxışları zamanı məmurlara xəbərdarlıqlar edib. İsmayıllı olaylarından sonra daha da intensiv şəkil alan bu xəbərdarlıqların ən başlıcası məmurların övladları və onların bütün sərhədləri aşması ilə bağlı idi. Məsələn, İsmayıllı hadisəsindən sonra icra başçısı işdən çıxarıldı və bir müddət sonra hadisənin günahkarı sayılan nazir oğlu da cəzalandırıldı.
Bunun ardından nazir Fizuli Ələkbərov da işdən çıxarıldı. Eyni aqibəti həmçinin oğlu “avtoşluq” edərkən 2 nəfərin həyatına son qoymuş Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəis müavini də yaşadı. Analoji durum faktiki olaraq Ziya Məmmədov üçün də yaşanır.
Sadəcə, Ziya Məmmədovun tutduğu mövqe və hələ ki gücünün yerində olması bu prosesi yubatmaqdadır. Amma bunun nə qədər vaxt aparacağını demək çətindir. Çünki tezliklə eyni vəziyyət nəqliyyat naziri üçün də yaşana bilər.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Daha ayı əti yeyə bilmir…

    Daha ayı əti yeyə bilmir… ...

    18-03-2017, 00:34

  • 
  • Nazir oğlunun Qəçrəşdəki villası söküldü

    Nazir oğlunun Qəçrəşdəki villası söküldü ...

    2-10-2015, 18:46

  • 
  • Nazir oğlunun əxlaqsız təklif edən işçisi tapıldı

    Nazir oğlunun əxlaqsız təklif edən işçisi tapıldı ...

    13-08-2014, 02:10

  • 
  • "Heç kim məni istintaq orqanlarına çağırmayıb" - KEÇMİŞ NAZİR ZİYA MƏMMƏDOV TƏKZİB ETDİ

    "Heç kim məni istintaq orqanlarına ...

    5-02-2021, 12:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu