163 sayli orta məktəbin direktoru Nemət Məmmədov Oqtay Gülalıyevin oğlunu qanına qəltan etdi
gundemxeber.az Bu günlərdə Ağstafa rayonunda orta məktəblərin birində bir müəllimin şagirdləri əməlli-başlı kötəkləməsi məsələsi bütün ölkədə böyük rezonans doğurdu. Amma buna rəğmən təhsil nazirliyinin yetkililəri hələ də videosu yayılan bu olayla bağlı hansısa ölçünü götürmədilər ki, bu da çox pi sbir presdent yaradıb. Elə bu gün baş verən hadisəni də bu qəbildən hesab etmək olar. Qəzetimizə daxil olan informasiyaya görə, 163 saylı orta məktəbin direktoru şagirdlərdən birinə qarşı vəhşilik törədib. Şagirdi vəhşicəsinə döyən direktor hətta onun başını da partladıb. Redaksiyamızın əldə etdiyi bilgilərə görə, həmin şagird hüquq-müdafiəçisi, «Kür» Vətəndaş qərərgahının koordinatoru Oqtay Gülalıyevin övladı- Təbriz Gülalıyevdi. T. Gülalıyev adı çəkilən məktəbin 9-cu sinfində təhsil alır. Hər halda, hətta şagirdin hansı dərəcədə günahkar olması şəraitində belə kiminsə belə bir cəzanı tətbiq etməsinin doğru olmadığını hər kəs bilsə də, deyəsən, şagird döyməyi, güclərini şagirdlərin üzərində sınamağı artıq vərdişə çevirmiş Misir Mərdanovun müəllimləri bundan xəbərsizdirlər. Bildirək ki, 163 saylı məktəbin direktoru Nemət Məmmədovdur. N. Məmmədovla əlaqə saxlasaq da o baş verənlərin yalan olduğunu bildirdi: “Belə bir hadisə baş verməyib. Sadəcə Təbrizi sinifə dəvət etmişik, o da acıq edib gedib.” Direktor bizimlə söhbətində Təbrizin atasının Oqtay gülalıyev olduğunu xüsusi vurğuyla deməyi də unutmadı. Son anda aldığımız məlumata görə hadisə ilə bağlı şikayət edilib və 163 saylı orta məktəbin direktoru Nemət Məmmədov Xətai rayon 37-ci polis bölməsinə çağırılaraq dindirilib. Onu da bildirək ki, Nemət Məmmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun qardaşıoğludur. “Gündəm xəbər”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?