GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Hökumət monolit deyil”

“Hökumət monolit deyil”

Tarix: 20-05-2014, 10:06 Bölmə :Manşet Baxış: 0
“Hökumət monolit deyil”
“Azərbaycan çox təhlükəli regionda yerləşir”

Amrika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morningstar “Azadlıq” radiosuna geniş müsahibə verib. Müsahibədə iki ölkə arasındakı münasibətlərin hazırki səviyyəsi, regionda baş verən son proseslər, Qarabağ probleminin həlli yolları və Azərbaycanda demokratiyanın mövcud durumu ilə bağlı bir sıra maraqlı fikirlər səsləndirilib. Səfir bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş 7 Azərbaycan rayonu ilə bağlı ABŞ-ın mövqeyi dəyişməzdir. “Onlar Azərbaycana qaytarılmalıdır. Biz bununla bağlı mövqeyi aydın ifadə edirik”. Dağlıq Qarabağla Ermənistanı birləşdirən kiçik bir koridorun olmasının vacibliyini qeyd edən səfir Dağlıq Qarabağın yekun statusunun danışıqlar vasitəsilə həll olunmasının vacibliyini vurğulayıb. “Amma, bunların heç biri iki ölkə prezidenti razılığa gəlməklə bağlı iradə nümayiş etdirməsə mümkün olmayacaq. Biz buna kömək etməyə hazırıq. Amma, məcbur edə bilmərik”.
Müsahibədə səfir Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas rol oynadığını dolayısı ilə olsa da etiraf edib. “ Hər iki ölkəyə, bəlkə də daha çox Ermənistana göstərə biləcəkləri təzyiqləri nəzərə alsaq, Rusiya sülhün qarşısını almaq istəsə, buna nail ola bilər”. Rusiyanın Qarabağ münaqişəsindən hər iki ölkəyə təsir mexanizmi kimi istifadə etdiyi qənaətində olan Morningstar sülhün olmamasında daha çox Rusiyanın maraqlı olduğunu bildirib. “ Digər sual da budur ki, Rusiya necə, status-kvodan tam razıdırmı? Çünki, hal hazırda Rusiya Ermənistanın da, Azərbaycanın da üzərində təsir alətinə malikdir və sülhün olmaması təsirin davam etməsi deməkdir”. Morningstarın fikrincə, Amerika Dağlıq Qarabağ danışıqlarının ədalətli şəkildə davam etdirilməsi üçün bufer rolunu oynayır. Xüsusilə Ukrayna böhranından sonra problemin həlli daha da vacib olub. Ukraynada baş verənlər problemin həllinə olan münasibətin məğzinə təsir etməsə də sürətlənməsini vacib edib. “Bizim mövqeyimizə o baxımdan təsir edib ki, indi Dağlıq Qarabağ münaqişəsinin çözümünü daha vacib hesab edirik. Hər zaman vacib idi. Amma, Ukrayna böhranından sonra daha vacibdir”. Rusiyanın Krımı işğal etməsinin Qərb siyasi dairələrində problemlərin həlli barədə olan fikirlərə daha çox təsir etdiyini bildirən səfir ölkəsinin bu məsələni daha çox qabartmağa çalışdığını vurğulayıb. “Azərbaycana Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdə qeyri-sabitliyin qalması lazım deyil. İstənilən vaxt partlayış ola biləcək bir vəziyyətin qalması kimə fayda verir?
Rusiyanin Krımda etdiklərindən sonra kim bilir, Rusiya, yaxud üçüncü bir tərəf bu vəziyyətdən necə faydalanmaq istəyə bilər? “
ABŞ-ın ölkəmizdə enerji sahəsində xüsusi maraqları olması barədə danışan səfir Azərbaycanı enerji sahəsində Rusiyanın monopoliyasına qarşı mühüm tərəfdaş kimi dəyərləndirib. “ Bəli, enerji bizim vecimizədir. Amma, bilirsiz, biz Azərbaycandan neft ya qaz almayacağıq. Lakin, biz Rusiyanın monopoliyasına qarşı durmağı vacib sanırıq”. Azərbaycan hakimiyyəti daxilində Rusiya meyilli qüvvələrin olduğuna diqət çəkən səfir bildirib ki, belələri ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır. “Hökumətə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir, ona görə də qərb təşkilatlarının işini çətinləşdirmək, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar. Amma hökumətdə başqa mövqedə olan çoxlu adam da var”. Bu baxımdan Azərbaycan hökumətini monolit hesab etməyən Morningstar həmin qüvvələri yaxşı tanıdığını deyib. “ İlk növbədə mən həmin adamların kim olduğunu bilirəm”.
Azərbaycanda korrupsiya hallarının olmasını vurğulayan səfir deyib ki, hökumət də, yuxarılar da korrupsiyanın olduğunu qəbul ediblər. “Mən ədalətli və obyektiv olmağa çalışıram. Məncə, hökumət, prezident anlayıb ki, gündəlik korrupsiya cəmiyyətdə problemlər yaradır, onlar qəbul edirlər ki, yerli məmurların hakimiyyətdən sui-istifadə etməsi həddən artıq uzağa gedə bilər”.
Amerikanın Azərbaycanda baş verən proseslərə təsir imkanlarını qiymətləndirən Morningstar bir çox məsələlərin iki ölkə arasında münasibətlərdə qıcıq yaratdığını vurğulayıb. “Biz sehirli çubuğu qaldırıb məsələləri həll edə bilərikmi? Yox. Biz məsələləri qaldıra bilərik, bu məsələlərə ikitərəfli münasibətlərdə xüsusi önəm verə bilərik, biz məsələni ciddi şəkildə qabartmaqda davam edə bilərik. Amma dəyişikliklərin baş verməsi yenə də Azərbaycan hökumətindən və vətəndaşlarından asılıdır”.
Səfir bildirib ki, çoxlu ölkələr var ki, orada vəziyyət Azərbaycandan daha yaxşıdır. Lakin vəziyyətin pis olduğu ölkələrin də olduğunu deyən səfir “bu ən pis ölkə deyil” deyərək vəziyyəti qiymətləndirib. “Məncə, Azərbaycan hökumətinin nəzərə almalı olduğu məsələlər var. Və Azərbaycanı başqa ölkələrdən fərqli edən bir cəhət var. Azərvbaycan özünü demokratiya kimi təqdim edir. Daha pis ölkələr var, amma əgər Azərbaycan özünü demokratik dövlət kimi təqdim edirsə, məncə, burda baş verən bəzi şeylərin olmamasına məsuliyyət daşıyır”.
Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Mən Qarabağın adından danışa bilmərəm...”

    “Mən Qarabağın adından danışa bilmərəm...” ...

    10-09-2018, 12:32

  • 
  • Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

    Bu ölkə Azərbaycana yeni səfir təyin etdi ...

    2-01-2015, 22:49

  • 
  • ABŞ-dan təklif: «Danışıqları davam etdirin»

    ABŞ-dan təklif: «Danışıqları davam etdirin» ...

    11-05-2016, 18:33

  • 
  • ABŞ Azərbaycana yeni səfir göndərir

    ABŞ Azərbaycana yeni səfir göndərir ...

    10-07-2014, 01:24

  • 
  • "Rayonları qaytarmadan sülh olmayacaq" - İRƏVANDA MÜZAKİRƏ

    "Rayonları qaytarmadan sülh olmayacaq" ...

    27-08-2017, 13:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu