Ağ ev Azərbaycana səfiri postuna Robert Cekutanın namizədliyini irəli sürür.
Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir. Əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
Cekutanın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səlahiyyət müddəti bu yay başa çatır. Morninqstar ABŞ-ın Azərbaycanda səkkizinci səfiridir. Əvvəllər bu postu Riçard Mayls, Riçard Kozlariç, Stenli Eskudero, Ross Uilson, Rino Harniş, Enn Dörsi, Metyu Brayza tutublar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?