GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Füzuli Ələkbərovun daha iki obyekti yağmalandı

Füzuli Ələkbərovun daha iki obyekti yağmalandı

Tarix: 22-05-2014, 10:08 Bölmə :Manşet Baxış: 0
Füzuli Ələkbərovun daha iki obyekti yağmalandı
Sabiq nazirin restoranları əl dəyişdi, başqa məmurun istifadəsinə keçdi, onun
biznesi əlindən tamamilə alınır; Ələkbərov qardaşları arasında soyuqluq yaranıb


Sabiq nazir Füzuli Ələkbərovun daha iki obyekti əlindən alınıb. Əmək və əhalinin sosial müdafiəsinə uzun müddət rəhbərlik etmiş Füzuli Ələkbərovun biznesi çökdürülür. Nazir postundan uzaqlaşdırılandan sonra F.Ələkbərovun obyektləri ilə də haqq-hesab çürüdülməyə başlayıb.
Onun İsmayıllıdakı mal-mülkü əlindən alınıb. Ardınca bu günlərdə Bakıda daha iki restoranı əl dəyişib. Etika və reklam olmasın deyə həmin restoranların adlarını çəkmirik. Amma bəllidir ki, restoranlar sabiq nazirə məxsus olub.
Mötəbər mənbədən “Gündəm-xəbər”ə verilən məlumatda deyilir ki, sabiq nazir tamamilə öz hücrəsinə çəkilib, vəzifəsindən kənarlaşdırılması onu məyus edib və son aylar heç özünü yaxşı hiss etmir. Sabiq nazir vaxtının çoxunu bağ evində və ailəsi ilə keçirir. Nazir vəzifəsindən kənarlaşdırılmasını gözləməyən F.Ələkbərov indi başına gələnlərə görə çox bədbindir. Bu günlərdə isə daha iki obyektinin pay-puş edilməsi əhvalını lap korlayıb.
Mənbə iddia edir ki, F.Ələkbərovun restoranları vəzifədə olan başqa bir məmurun nəzarətinə keçib: “Füzuli Ələkbərov özünü təqsirkar bilmir. O, bütün bəlaların baiskarı kimi qardaşı Nizami Ələkbərov və oğlunu görür. Çünki İsmayıllıda məlum hadisələrin baş verməsində onların günahı olub. Amma özünün rolu olmayıb. Nazir gözləməyib ki, prezident onu işdən çıxarar”.
Qaynağımız iddia edir ki, F.Ələkbərov qardaşı ilə əlaqələri kəsib: “Sabiq nazir icra başçısı olmuş qardaşı ilə danışmır. Bu hadisələrdən sonra iki qardaş arasında soyuqluq yaranıb. Füzuli Nizami ilə münasibət saxlamır. O, vəzifədən getməsinin və hakimiyyətdən alınmasının günahını qardaşında görüb. Bu da iki qardaş arasında mübahisəyə səbəb olub.
Nizamiyə deyib ki, sən prosesi bu dərəcə böyüməyə qoymazdın. Bu, bizim iqtidardan getməyimizin sonu oldu. Hadisələri yatıra və işi bağlamaq olardı. Ona görə də uzun müddətdir ki, iki qardaş arasında soyuqluq var. Nizami qardaşı ilə danışmaq istəsə də, sabiq nazir möhkəm qəzəblidir”.
Mənbə deyir ki, Ələkbərovlar klanı hakimiyyətdən getməklə bütün dayaqları itirilib. Bununla da iqtisadi rıçaqlar da əldən gedib.
Xatırladaq ki, Füzuli Ələkbərovun rəhbərliyi ilə “İmprotex” şirkəti 1991-ci ildə yaranıb. Hazırda bu holdinq daha çox “İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib.
Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçdi.
Hazırda “İmprotex Group” ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin - “İmair”in yaradılması da məhz “İmprotex”in adı ilə bağlıdır. Hazırda “İmprotex” Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir, bir sıra xarici dövlətlərdə nümayəndəliyini yaradır, tanınmış brendlərin Azərbaycan bazarına gətirilməsinə nail olub.
Daha bir şirkət - “İmprotex Distribution Center” isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. “Brook Bond” çaylarının yayılması ilə öz fəaliyyətinə başlayan şirkət əhatə dairəsini genişləndirə bilib. Onun əməkdaşlıq etdiyi biznes qurumları içərisində Gillette Group kimi iri şirkətin adı daxil idi. Hazırda Unilever, Vestel, Scarlet, Philips kimi şirkətlərlə əməkdaşlıq mövcuddur.
Şirkət əsasən Kosmetika - “Rexona”, “Dove”, “Axe” dezodorantları; “Lux”, “Dove” maye və quru sabunları, saça baxım vasitələri - “Sunsilk”, “Dove”, “Timotei” şampun və kremləri, məişət kimyası - “Domestos”, “OMO”, ağız boşluğuna baxım vasitələri - “Pepsodent”, “Signal” diş məsunları və diş fırçalarının satışı ilə məşğul olur.
Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53

  • 
  • Devrilmiş başçıya müdhiş qadağa

    Devrilmiş başçıya müdhiş qadağa ...

    23-05-2014, 09:45

  • 
  • Füzuli Ələkbərov üçün MƏHKƏMƏ ŞOKU: Sabiq nazir külli miqdarda cərimə ödəyəcək

    Füzuli Ələkbərov üçün MƏHKƏMƏ ŞOKU: Sabiq nazir ...

    15-10-2019, 11:29

  • 
  • Füzuli Ələkbərovun rüşvət aldığı məmurların siyahısı hazırlanır – Özəl

    Füzuli Ələkbərovun rüşvət aldığı məmurların ...

    2-12-2013, 12:57

  • 
  • İşdən çıxarılan Füzuli Ələkbərov danışdı

    İşdən çıxarılan Füzuli Ələkbərov danışdı ...

    23-10-2013, 11:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu