Nizami Ələkbərov rayona buraxılmır, əmlakı müsadirə edilir, hakimiyyət ona ağır cəza tətbiq etməklə gücünü göstərir
Nizami Ələkbərova İsmayıllıya getmək qeyri-rəsmi qadağan olunub. Bu barədə mötəbər mənbədən əldə etdiyimiz xəbərə görə, sabiq icra başçısı rayona buraxılmır. Hakimiyyətin mərkəzindən verilən əmrə görə, N.Ələkbərov rayona getməməlidir. Mənbə qeyd edir ki, sabiq icra başçısının rayona obyektləri, malikanəsi olub. Amma qeyri-rəsmi şəkildə əlindən çıxıb və rayona gedib biznesi ilə maraqlanmaq imkanından məhrum olunub. N.Ələkbərov hadisələrdən sonra İsmayıllıya gedə bilməyib. Onun devrilməsi təkcə vəzifə itkisi yox, həm də rayon üzünə həsrət qalması ilə nəticələnib. Mənbə bildirir ki, N.Ələkbərovun İsmayıllıya buraxılmamasının ilginc səbəbləri var: “Rayonda camaat ona nifrət edir. Heç kəs Nizaminin üzünü görək istəmir. Onun qohumu əhalini təhqir edib. O isə üzr istəmək əvəzinə işi ört-basdır etmək istəyib. Hakimiyyət ehtiyatlanır ki, Nizami Ələkbərovu İsmayıllıda daş-qalaq edərlər, üstünə hücum çəkərlər və yenidən ara qarışar. Ona görə də İsmayıllıya yolları bağlanıb”. Mənbənin sözlərinə görə, Ələkbərovlar klanı yıxıldıqdan sonra qara günlərini yaşayır: “Artıq onların hakimiyyət erası bitib. İqtidarda olan adamlarla da əlaqələri qalmayıb. Hökumətə ciddi baş ağrısı yaratmış adamla heç kəs əlaqə saxlamaz. Çünki bu Ələkbərovlarla dostluq edən vəzifəlinin karyerası təhlükə altına düşə bilər. Ona görə də Ələkbərovların karyerasının qürub çağıdır. Nizami Ələkbərov da İsmayıllıya gedə bilmir. Yaxın vaxtlarda onların bütün əmlakı müsadirə ediləcək”. Mötəbər mənbədən “Gündəm-xəbər”ə verilən məlumatda deyilir ki, sabiq başçı tamamilə öz hücrəsinə çəkilib, vəzifəsindən kənarlaşdırılması onu məyus edib və son aylar heç özünü yaxşı hiss etmir. Sabiq başçı vaxtının çoxunu ailəsi ilə keçirir. Onun mətbuata danışması da yasaqlanıb. Xatırladaq ki, N.Ələkbərov sabiq nazir qardaşı ilə də əlaqələri kəsilib. Sabiq nazir icra başçısı olmuş qardaşı ilə danışmır. Bu hadisələrdən sonra iki qardaş arasında soyuqluq yaranıb. Nizami Ələkbərov 2 iyun 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1973 - cü ildə Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirib.1973 - ildə Şəki ipək istehsalat birliyində mühasib işləyib. 1976 - ildə Birliyin boya tamamlama istehsalatının böyük mühasibi, 1981-də Şəki rayon icraiyyə komitəsində sədr müavini, 1982 -də Rayon Sovetinin deputatı, Şəki rayon xalq məhkəməsinin xalq iclasçısı olub. 1983-cü ildə Azərbaycan SSSR Ədliyyə Nazirliyi sistemində kadrlar şöbəsinin rəis müavini işləyib. 1986 - cü ildə Nazirliyin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması İdarəsinin baş məsləhətçisi 1987 - ci ildən 1993-cü ilə kimi Bakı şəhəri Yasamal rayonunun xalq hakimi olub. 1993 - 1994 cü ildə “İmprotex Holdinq Qrup” şirkətinin vitse-prezidenti, 1994 - 1995 cü ildə “İmair” avia şirkətinin icraçı direktoru olub. 1995 - 2000- ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2001 - 2006 “ cü ildə İmprotex” şirkətinin vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 sentyabr 2006-cı il tarixli sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İ.Bağırzadə
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?