GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Yeltsinin Klintona qapalı MƏKTUBU: “Bakı daima boynunun ardında bizim nəfəsimizi hiss etməlidir”

Yeltsinin Klintona qapalı MƏKTUBU: “Bakı daima boynunun ardında bizim nəfəsimizi hiss etməlidir”

Tarix: 30-05-2014, 09:12 Bölmə :Manşet Baxış: 0
Yeltsinin Klintona qapalı MƏKTUBU: “Bakı daima boynunun ardında bizim nəfəsimizi hiss etməlidir”
Rusiya və ABŞ prezidentlərinin açıqlanan qapalı yazışmalarında Qarabağla bağlı ilginc məqamlar var. Rusiyanın təhlükəsizlik sahəsində yazılarla çıxış edən “qlobalafris” jurnalı Rusiyanın keçmiş prezidenti Boris Yeltsinlə ABŞ prezidenti Bill Klinton arasında 90-cı illərin ikinci yarısında aparılmış qapalı yazışmaların bəzilərini dərc edib. İki ölkə rəhbərinin bir-birilərinə yazdıqları məktublarda dünyadakı problemlər və münaqişələrlə bağlı məsələlər müzakirə edilib.

“Əziz Bill, Qafqaz Moskva üçün böyük əhəmiyət kəsb edir"

Bu yazışmalardan biri də Dağlıq Qarabağla bağlıdır. Yeltsinin 12 iyul 1997-ci ildə Klintona yazdığı məktubda Cənubi Qafqazdakı mövcud münaqişələri “aktual beynəlxalq problem” adlandırır. “Əziz Bill” müraciəti ilə başlanan bu yazışmada Yeltsin qeyd edir ki, Cənubi Qafqaz regionu Moskva üçün mühüm əhəmiyyət kəsb edir. “Tarix elə gətirib ki, Zaqafqaziya bizim maraqlar üçün mühüm region olub. Rus siyasətinin bu regiona yönəlik əsas işi özünün cənub sərhədlərində sabitliyin təmin edilməsidir. Orada bizə dost olan Azərbaycan, Ermənistan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı birgə səylərin aparılması mühüm olan məsələdir”-deyə Rusiya prezidenti Klintona yazır.

Yeltsin: “Hazırkı “nə sülh, nə müharibə” vəziyyəti yeni təhlükələr yaradır

” Qapalı yazışmada Cənubi Qafqazı postsovet məkanında “barıt çəlləyi” adlandıran Yeltsin Klintona yazır ki, Dqğlıq Qarabağ münaqişəsinin həll edilməməsi bölgədə yeni müstəqil dövlətlərin inkişafına mane olur və bütövlükdə Qafqazda vəziyyəti pisləşdirir. “Sən özün də başa düşürsən ki, bu vəziyyətin belə davam etməsi Rusiya üçün xüsusilə ağrılıdır. Biz BMT və ATƏT-in və digər maraqlı olan dövlətlərin köməyi ilə münaqişəni müsbət istiqamətə yönəldə bilmişik: Atəşkəs rejiminə riayət edilir, müvafiq danışıqlar prosesi aparılır. Amma hazırkı “nə sülh, nə müharibə” vəziyyəti yeni təhlükələr yaradır”.

“Heydər Əliyevi inandıra bildik ki...

” Daha sonra mərhum prezident Heydər Əliyevlə danışıqları barədə Klintona məlumat verən Yeltsin qeyd edir ki, Azərbaycan prezidenti ilə danışıqlar asan keçməyib. “Amma sonda Əliyevlə aramızda anlaşa bildik. Biz Heydər Əliyevi inandıra bildik ki, münaqişənin həll olunması üçün daha çevik və konstruktiv yanaşma vacibdir. Mən artıq XİN-ə münaqişə tərəfləri ilə bağlı aparılan işi intensivləşdirmək barədə göstəriş vermişəm”.
Bununla da Rusiyanın həlledici söz sahibi olmasına eyham vuran Yeltsin dərhal Klintonun ürəyini almaq üçün diplomatk ifadələrə keçir: “Əziz Bill, mən istəməzdim ki, sözlərim Rusiyanın Qarabağ məsələsində ayrıca xətt yürütməsi kimi başa düşülsün. Biz danışdığımız kimi gələcəkdə də Rusiya ABŞ və Fransanın iştirak etdiyi formatda hərəkət edəcəyik. Bu xətdən çəkilməyi düşnmürük”.

“Azərbaycan və Ermənistan anlasın stola qoyulmuş sülhdən başqa digər yolu yoxdur”

Daha sonra Yeltsin münaqişə tərəflərinə güclü təzyiqlər göstərilməsinə tərəfdar olduğunu yazır. “Vacib olan odur ki, münaqişə tərəfləri boyunlarının ardında bu üç böyük dövlətin nəfəsini daim hiss etsinlər. Azərbaycan və Ermənistan anlasınlar ki, üç dövlət tərəfindən danışıqlar stoluna qoyulmuş sülhə və razılığa aparan rasional və qeyri-standart təkliflərdən başqa onların digər yolu yoxdur. Ümid edirəm ki, biz yuxarıda qeyd etdiyim məsələlər barədə bir-birimizi anlaya bilərik. Biz öz tərəfimizdən ABŞ-la birgə Cənubi Qafqazda sabitliyin və təhlükəzisliyin təmin edilməsi üçün birgə işləməyə hazırıq. Hörmətlə B.Yeltsin”. Göründüyü kimi böyük dövlətlərin Qarabağla bağlı danışıqlarında daha çox öz sərhədlərinin təhlükəsizliyi və birgə maraq dairələrinin bölüşdürülməsi daha qabarıq nəzərə çarpır.
[b]Xaqani SƏFƏROĞLU[/b]
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eks-prezidenti söydü, sonra üzr istədi

    Eks-prezidenti söydü, sonra üzr istədi ...

    13-07-2013, 09:00

  • 
  • Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi

    Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi ...

    26-01-2018, 11:42

  • 
  • Koronanı Bill Qeyts buna görə yaradıb – Sensasion iddia

    Koronanı Bill Qeyts buna görə yaradıb – Sensasion ...

    14-04-2020, 15:46

  • 
  • Trampın impiçmenti ilə bağlı yekun səsvermə keçiriləcək

    Trampın impiçmenti ilə bağlı yekun səsvermə ...

    4-02-2020, 15:21

  • 
  • Bill Klintonun evinə içində partlayıcı olan bağlama göndərilib

    Bill Klintonun evinə içində partlayıcı olan ...

    24-10-2018, 19:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu